Kultura.az на русском
Video
Turan
Contact
Arxiv
Səsvermə
Azərbaycan dünyadan nə istəyir?
Ədalət və məhəbbət
Qarabağın qaytarılmasını
Qız qalasına heyranlıq
Azərbaycan həqiqətlərini əxz etməsini
Dolma və Sarı gəlinin bizimki olduğunu bilməsini
Canına azzar istəyir



Nəticələr

Cəmi səslər 4167

Səsvermənin arxivi
Qəhbəlik və xəyanət haqqında
Aprel 16, 2013
Bir qadın haqqında dedilər ki, qəhbədir. Onu yatağında başqa kişi ilə sevişəndə görüblər. Özü də gənc deyil, yetkin qadındır, uşaqları var. İndi hamı deyir ar olsun, yekə arvaddır. Ancaq bu qadın nə etsin ki, həyat yaşayıb, hər yerdə qəhbəlik görüb?

 

 
 
 
İkiüzlülük, yaltaqlıq, söz verib sözdə durmamaq, pul atmaq, rüşvət, korrupsiya, qohumbazlıq və s. İndi bunları edən bu sifətdə olanlar ona qəhbədir deyir! Halbuki qəhbəlik mənəvi də olur və o, ən dəhşətlisidir. Mənəvi qəhbəlik pozğunluğun ən yüksək dərəcəsidir!
 
İndi bu kimi şeyləri edən kişilərin sadəcə qadın orqanı yoxdur ki, onu versinlər. Olsaydı verərdilər. Nədir o ayaq arasındakı deşik ki, bu boyda biabırçılıqların yanında? O qadın, o yerini verdisə, kimə nə etdi? Kimin evini yıxdı? Bununla da iş bitdi. Balam mal onundur, kimə istəyər verər. Kimə nə?
 
Məgər qəhbəlik elə bədənin verilməsindədir? Bəs o yuxarıda göstərdiyim hər gün rastlaşdığımız şeylər nə oldu? Necə olur, o qadın qəhbə olur, bunlarsa yox? Əslində qəhbə elə onlardır. Çünki başqa adamlara ziyan vururlar, toplumun düzənini pozurlar. O qadınsa məlaikədir. Sadəcə özününkü olan, ayağının arasındakı halal malını kimə istəyir verir.
 
Bu qədər pozğun insanlar özlərinə baxmadan, özlərini görmədən elə bu kimi qadınları suçlayırlar, onlara qəhbə deyib, daşqalaq etmək istəyirlər. Güya bunu daşqalaq etdin, dünya düzələcək? Hamı öz mənəviyyatına girən qəhbəliyi o qadının üstünə atır. Deyir o qəhbədir, mən yox. Əslində isə min sifətlə yaşayan, ikiüzlü, mövqesiz, əqidəsiz olan hər bir kəs qəhbənin ən böyüyüdür. O qadın onun qabağında günahsızdır.
 
İsa Məsihin rəvayəti bizim toplumumuza necə də yaraşır! O, fahişəni daşqalaq etmək istəyən yəhudilərə dedi: "Qoy o qadına birinci daşı günahsız atsın!". İndi ey "günahsızlar", vurun o qadını!
 
O qadın haqqında həm də deyirlər ki, kişisinə xəyanət edib. Bu barədə də düşünülməlidir. Xəyanət nədir? Kiməsə, ya da nəyəsə sədaqətin pozulmasıdır. Bu ensiklopedik anlamdır. İndi hər bir insan verdiyi sözə, gördüyü işə, əqidəsinə və s. sadiq olmalıdır? Sözsük ki, olmalıdır.
 
İndi gəlin bu olayı araşdıraq. O qadın ərinə xəyanət edib. Başqaları da düşüb onun üstünə ki, xainsən və qəhbəsən. Etdiyinə görə hətta ölməlisən.
 
Ancaq, bununla belə, o qadını suçlayanlar özləri haqqında, öz xəyanətləri haqqında düşünmək istəmirlər. Deyirlər o qadın xəyanət edib, qəhbədir. Biz isə belə şey etməmişik. İndi o qadını suçlayanlar bir özləri haqqında düşüncələrə qapılsınlar və etiraf etsinlər ki, özləri nə qədər yaşamları boyu xəyanətlər ediblər?
 
Bunu etsələr görəcəklər ki, sən demə onların özləri bu qadından dəfələrlə çox xəyanət ediblər. Birincisi, o qadını suçlayan bir çox kişilər öz arvadına xəyanət edib: gizli ya da açıq; başqa şəhərlərdə ya da aşna ilə yaxınlıq edəndə; ya da homoseksual ilişkiləri ilə. İkincisi, hər kəs neçə dəfə verdiyi sözdən yayınır, qaçır. Daha sonra, o qadını suçlayan kimə neçə dəfə pul, mal və s. atdığını yad etsin. Sonra yad etsin ki, necə adamın üzünə gülüb, arxasında onun evini yıxıb; neçə dəfə ona buna böhtan atıb, şərləyib. Daha sonra yad etsin ki, neçə dəfə əmanətə xəyanət edib. Bu siyahını hələ çox davam etdirmək olar.
Bu sualları qoyan adam anlayar ki, elə onun özü ən böyük xaindir. Həyatı boyu, hər an çevrəsində olanlara xəyanət edir. İndi bu xainlər yığışıb o qadını kişisinə xəyanətdə suçlayırlar! O qadın xəyanət edibsə belə, bəs onu mühakimə edənlər kimdir? Ondan betər olan xainlər! Bax budur həqiqət!
 
“O qadın xəyanətinə görə ölməlidir” deyən bir kəs düşünsün ki, o özü etdiyi saysız xəyanətlərə görə gündə neçə dəfə ölməlidir?
 
Bax bu suallara cavab arayanda görürsən ki, o qadının günahı onu suçlayanlardan dəfələrlə azdır. İndi, ey o qadını xəyanətdə suçlayan xainlər, siz özünüz haqında düşünün. O qadın sizin yanınızda məlakədir! Çünki onun xəyanəti ancaq bədənlə olmuşdur. Əslində onun kişisinin heç bir yerinə ziyan dəyməmişdir. Əslində o qadın kişisinin namusu da deyil. Çünki ayrı bir şəxsiyyətdir. Etdiyindən sonra kişisi onunla ya barışıb, ya da ondan ayrıla bilər. Bu da onların öz işidir.
 
Ancaq yuxarıda göstərdiyim xəyanətlər bədənlə edilənlərdən dəfələrlə pisdir. Onlar başqa adamlara zərbə vurur, onları yıxır, toplumu pozur, hamıya ziyan yetirir.
 
Beləliklə burada da, bədənlə edilən və mənəviyyata girən xəyanətlər vardır. Seçim qarşısında olanda demək olar ki, mənəvi və başqa çeşid xəyanətlər bədənlə edilən xəyanətdən daha pisdir!
 
Aydın Əlizadə

Portalın seçimi
21 Aprel, 2013
Sizi unutmayacaqlar
22 Aprel, 2013
Biz üç kişi idik
10 Noyabr, 2012
«Spasibo İлХАМ»
Müəllifin digər məqalələri
В наличии на складе стационарные радиостанции Midland имеют отличный прием. . зубной имплант. читать тут .
Tamga
  Site by Jeykhun Imanov Studio