post-title

Ana qızını oğlanla söhbət elədiyinə görə öldürdü

Pakistanda qızlarını bir oğlanla söhbət edərkən tutan valideynlər yeniyetməni öldürüblər.

 

“Lenta.ru”nun verdiyi xəbərə görə, insident Kəşmir bölgəsində qeydə alınıb. 16 yaşlı qızın valideynləri onun evin yaxınlığında bir oğlanla söhbət edərkən görüblər. Qızcığazın cəzası ağır olub, valideynləri onun sifətinə sulfat turşusu atıb. Başından, boynundan və əllərindən 3-cü dərəcəli yanıq xəsarətləri alan qız xəstəxanaya aparılarkən yolda keçinib.

Xəstəxanın baş həkiminin sözlərinə görə, qızın anası onun intihar etdiyini deyib. Ancaq qızın ölümündən sonra polis şöbəsində valideynlər qətli törətdiklərini etiraf ediblər.

Pakistan İnsan Hüquqları Komissiyasının hesabatına əsasən, 2011-ci ildə minə yaxın qadın “namus-qeyrət” məsələlərinə görə qətlə yetirilib. 2004-cü ildə bu tip cəzalandırma üsulları qanunla qadağan edilib, qanunu pozanları ölüm cəzası gözləyir. Hüquq müdafiəçilərinin sözlərinə görə, Pakistanda dövlətin qoyduğu bu qanun işləmir, çünki baş verən bu tip hadisələr ya gözə görünmür, ya da dövlət tərəfindən araşdırılmır.

Kultura.az

 

Yuxarı