post-title

Solun “Troya atı”- “islam sosializmi”

Bu mövzuya müraciət etməyim heç də təsadüfi deyil. Oktyabr ayının ortalarında Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Telman Nurullayev və digər partiya rəsmisi ilə görüşümüz oldu. Onları tanımaq xoş idi. Onlar Azərbaycanda ən azından sol adına bir partiyanın varlığı üçün əllərindən gələni edirlər.



Ancaq yoldaş Nurullayevin dediklərində narahatlıq doğuran bir məqama toxunmaq istərdim. Onun dediklərinə inansaq, partiyanın cənub rayonları üzrə təşkilatlarından birində dindarlar partiyanın yuxarı eşalonlarına yerləşə biliblər. Hətta bu azmış kimi vaxtaşırı partiyanın təməl prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən təkliflər də edirlər. Məsələn, islam dini ilə sosializm arasında oxşarlıq(???) aşkar etmək kimi. Yəni Quran və marksizm klassiklərinin əsərləri paralel tədqiq olunsun və s.

Və yaxud anladığım qədər burada məqsəd kapitalist və imperialist qütbləşməyə qarşı sosialistlərlə islamçıları bir araya gətirməkdir. Sözügedən ideyanın ( hələ buna ideya demək mümkünsə) nə qədər reallıqdan uzaq, sol üçün birbaşa təhlükə ərz etdiyini deyəsən partiya rəhbərləri anlamır.

Bir kərə islam teoloqları “islam sosializmi” deyilən məfhumu qəbul etmirlər. Onlar iddia edirlər ki, islamın özünəməxsus iqtisadi, siyasi və mədəni təsisatları var. İslamda hakimiyyət, mülk Allaha məxsusdur. İnsanların Quranın şərhinə dair istənilən cəhdinə yol verilmir. 
İslamda iqtidar bir qrup azlığın- əbalı mollanın əlində cəmləşir. Hər şey onların iki dodaqlarının arasından çıxan cümlələrə bağlıdır. Bir şərtlə ki, dini ehkamlara uyğun olsun.

Başqa bir nüans: islam şağdaş dünyada yeganə dindir ki, siyasi hakimiyyətə iddialıdır. İslam insanların şəxsi həyatlarındakı ən xırda detalları belə müəyyən etməyə can atır- nə yeyeəcəklərini, nəyi yeməyəcəklərini, necə yeycəklərini, nə və necə geyinməyi, kişi qadını necə döyməlidir kimi absurd hesab edəcəyimiz postulatalara malikdir islam. Sosoializmlə onu tərəzinin eyni gözünə necə qoymaq olar?

İslamçılarla solçuların siyasi arenada ittifaqına gəlincə. İranda 1978-79-cu illərin antişah aksiyalarını yada salmaq kafidir. İlk başda solçularla islamçılar birlikdə idilər. Sonra nə oldu? Hakimiyyətini möhkəmlətdikdən sonra Xomeyni solçuların antiamerikan, sosial arqumentasiya bazalarını mənimsədikdən sonra ən müxtəlif cəza tədbirləri vasitəsilə yolüstü müttəfiqlərindən azad oldu.

Məsələyə bir başqa yöndən yanaşsaq tam başqa bir mənzərə çıxır ortalığa: ölkədə gün keçdikcə dinə meyl artmaqdadır. Bəlkə AKP Azərbaycanın gələcəyinin dinçi elektoratdan asılı olacağını mənimsəmişdir. Ona görə də dinə “ stavka” etmək yolunu tutub.

P.S. AKP fəalları üçün polemika mövzusu. Bir halda ki, marksizm-leninizm azəri solunu dinə doğru sürükləyir, o zaman marksist-leninist postulatlardan imtina olunsun.

Aqşin Kərimli

Kultura.Az

Yuxarı