post-title

Türklər seksdə yeni pozalar kəşf ediblər

Bu çox qədim bir pozadır. Belə güman edilir ki, bu poza hələ Osmanlı imperiyası dövründə istifadə olunurdu, ən çox da imperiyanın daha parlaq dövrlərində yəni, 15-ci və 16-cı əsr arasındakı dövrü əhatə edən möhtəşəm yüzillikdə.

 

Yeni tapılan bu poza sirlərlə dolu  olduğundan hələ də tam öyrənilməyib. Haqqında ancaq mülahizələr yürüdülür.
 
Beləliklə, bu yeni pozanın adı: At üzərində seks.
 
Giriş üçün bir qədər məlumat verək... bəlkə sizin də nəzərinizə çarpıb - əgər siz bir müddət Türkiyədə yaşamış və ya bir neçə türklə doslaşmısınızsa, biz türklər özümüzü elə aparırıq ki, sanki həyatımızda heç seks yoxdur.

Konservativ türk insanı (Anadoluda yerləşən kiçik şəhərlərdə və ya meqapolislərin ətrafındakı nisbətən kasıb şəhərlərdə yaşayan insalar) öz uşaqlıq və gənclik illərini əks cinsin iştirakı olmadan keçirir. Qızlar qızlarla, oğlar oğlanlarla vaxt keçirirlər. Əgər bunlar təsadüfən bir-biri ilə rastlaşarlarsa, bir növ kiçik toqquşma baş verir. Ya birinin ürəyi gedir, ya sifəti qızarır, ya da danışıq qabiliyyətini itirir. Bütün bu hallar mühafizəkar valideynlər tərəfindən normal qəbul olunur və onlar bunu övladlarının gələcəkdə sağlam seks həyatının göstəriciləri kimi qəbul edirlər. 
 
Bütün konservativ cəmiyyətlərin konsepsiyasına görə, sekslə bağlı hər şey gizlədilir, xüsusilə söhbət əgər tarixdən gedirsə.  Onlara görə ağıllı qadının və ağıllı kişinin düşünülmüş münasibətləri olmalıdır. Homoseksuallıq ümumiyyətlə mövcud deyil, xüsusilə məmurların gözündə. Uşaqlar sadəcə doğulurlar və bu haqda hər hansı izah tələb olunmur. Bizim tariximiz və tarixi şəxsiyyətlərimiz seksdə azad olub, xüsusən də konservativ siyasətçilərimiz.
 
Atlar üzərində seksə qayıdaq, hələ də onların bunu necə etdiyi sona kimi aydınlaşdırılmayıb, amma bizim ulu babalarımız atların üzərində sevişmənin bir yolunu tapmışdılar.

Osmanlı sultanlarının çox sayda uşaqları var idi. Xüsusən imperiyanın möhtəşəm yüzilliyində, baxmayaraq ki, imperiyanın yüksəlişi və süqutu zamanı sevgililərin sayı eyni idi  Birinin hətta 130 uşağı doğulmuşdu,
Bizim epik, qəhraman əcdadlarımız müharibələrə gedib döyüşür, yeni-yeni torpaqlar zəbt edir və möhtəşəm qələbərlə geri dönürdülər. Bu məktəbdə  tarix dərsindən bizə öyrədilənlərdir. Bəs qadınlarla cütləşmək üçün vaxtı hardan tapırdılar? Bu məlum deyil.
 
İndi onların ailəsindən heç kim həyatda yoxdur və qadınların, anaların, arvadlarının ölkənin idarəçiliyində və əlaqələrində hökmdara necə təsir etdiyi bizə tarix dərslərində öyrədilmirdi.
 
Poeziyada bir çox bu cür suallara cavab vermək üçün ipucları tapmaq olar.

Beləliklə, adi bir türk insanı, xüsusən də əgər o konservativdirsə, əlavə heç bir məlumat almadan böyüyür və gələcəkdə ailə və ya sevgi həyatına hər hansı bir cəhd göstərmək və ya həyat yoldaşı (oh, qadın?) tərəfindən deyilən hər hansı bir söz bu onun tərəfindən təhqir kimi qəbul olunur.

Belə baxanda, tarixi tarixçilərə buraxaq.
Lakin praktiki cəhətdən diqqət yetirək. Əgər bir sultan ömrünün 30 ilini at belində keçirirsə, bu zaman o qadınla hər zaman və hər yerdə cütləşməyi bacarmalıdır. Əgər bunu edə biliblərsə, bunu da artıq tarixçilər araşdırmalıdırlar.

Əslində, əlyazmalarda heçbir sübut yoxdur ki, at üstündə seks necə həyata keçib. Mən özüm həqiqətən belə bir araşdırma apardım.
At çapmağa seksual konteksdən baxanda, yaranan yeganə fikir ondan ibarət olur ki, qızlar yəhərlənməmiş atları çapan zaman, hərəkət boyunca onların hissiyatlı hissələrində xoş qıcıqlanma müşahidə olunur. Lakin bizim mövzumuz o haqda deyil. Həm də belə hallarda məlumdur ki, insanlar heyvanlarla da cinsi əlaqədə olurlar. Bu da həmçinin bizim mövzumuza aid deyil.

Belə bir deyim də var ki, at sürənlər ən yaxşı seks partnyoru olur. Kim bilir, bəlkədə.

Buna görə də mən belə fikirləşirəm ki, bu yeni seks pozası uydurmadan başqa bir şey deyil. Yerdə  qalan hər şey bizim təxəyyülümüzə qalır.

P.S. Bütün bunlar bir zarafat idi. Ciddiyə almayın bunları.
P.P.S. Mən qanunla bağlı narahatlıq yaşamaq istəmirəm. Xahiş edirəm bunu bir zarafat kimi qəbul edəsiniz. Bu sadəcə sizi güldürmək üçün uydurulmuşdur.
P.P.P.S. Bu bir təxəyyül məhsuludur. Adlar, xarakterlər, yerlər və hadisələr müəllifin təxəyyülünun məhsuludur. Bütün yer, ölü və diri insan adları, oxşarlıqlar tam təsadüfidir.

Müəllif: Belgin Tan
Qaynaq: Hürriyet.com.tr

Tərcümə etdi: Leyla

Kultura.az

Yuxarı