post-title

Ədalətsizliyi necə aradan qaldıraq?

Con Roulzun nəzəriyyəsi

 
 
 
Giriş
 
Bir çoxlarımız yaşadığımız cəmiyyətin bir az, hətta tamamilə “ədalətsiz” olduğunu hiss edirik. Amma biz bu ədalətsizliklə bağlı hiss etdiklərimizi, heç bir subyektiv qərəz olmadan, varlı insanlara rasional şəkildə izah etməkdə ciddi çətinlik çəkirik. 
 
Məhz buna görə bizim Con Roulzun (ing: John Rawls - 1921-2002) fəlsəfəsinə ehtiyacımız yaranır. 20-ci əsr Amerikan filosofu olan Con bizə nəyin həqiqətən ədalətsiz olduğunu göstərir və ədalətsizliyi necə aradan qaldıracağımızı özünün hazırladığı təcrübə modeli ilə izah edir. 
 
1921-ci ildə Baltimorda dünyaya gələn Roulz – ona Cek deyə xitab edirdilər - artıq çox gənc yaşlarından müasir dünyanın ədalətsizlinə öz gözləriylə tanış olmuşdu. Uşaq vaxtı yaşadığı Maynda dəhşətli bir yoxsulluq hökm sürürdü. Onun onu çox sevən vəkil atası və sosial aktivistliklə məşğul olan anası vardı, amma onun həmyaşıdlarının əksəriyyəti ən bəsit qayğılardan belə məhrum idilər. 
 
Roulz ədalətsizliyi yalnız sosial məsələlərdə deyil, öz şəxsi həyatında da yaşamışdı. Onun iki qardaşı infeksiya nəticəsində ölmüşdü, istəmədən də olsa, əsas səbəbkar o idi. Onun necə əzablar yaşadığını göstərmək üçün sadalanan faktlar bəs etmirsə, əlavə olaraq deyə bilərik ki, Roulz İkinci Dünya Müharibəsinin və Avropa Kampaniyasının dəhşətlərini də öz gözləri ilə görmüş adam idi.
 
Başına gələn bu hadisələr Roulzun akademiyaya üz tutması üçün stimul rolunu oynadı. O istəyirdi ki, yaşadığı dünyanın ədalətsizliyini öz ideyalarının gücü ilə dəyişdirsin. 
 
 
Roulz Harvard və Kornelldə parladıqdan sonra, İsayya Berlin, H.L.A. Hart və Stüart Hempşir kimi şəxslərlə birlikdə dövrünün dünyaca məhşur filosoflarından birinə çevrilməkdə idi. Onların hamısı gördükləri işləri ilə dünyanı dəyişdirmək istəyirdilər. Sonradan onlar Roulzun dostuna çevrildilər. Roulzun 1971-ci ildə “Ədalətin Nəzəriyyəsi” adlı kitabı nəşr olunduqdan sonra, onun adı daha da məşhurlaşdı. Bill Klinton onun kitabını oxuduqdan sonra, Roulzu “20-ci əsrin ən böyük siyasi filosofu” adlandırmışdı. Klinton prezident olduğu dönəmdə Roulzu tez-tez Ağ Evə nahara dəvət edirdi. 
 
Amma bütün bunlara baxmayaraq, uğur heç zaman Roulzun başın gicələndirmədi. O, son dərəcə nəzakətli və sadə insan idi... Başqalarının narahatlığını bölüşən, onların problemlərini özünün siyasi və şəxsi problemi səviyyəsinə qaldıran Roulz, yaşadığı Boston şəhərində uşaqlar və imkansız cavanlarla bağlı bir çox sosial layihələrdə çalışır, gənc yaşda ölən iş yoldaşının da uşaqlarının maddi problemlərini həll edib onları böyüdürdü. O, zərif ədaları olan biri kimi tanınırdı. Bir dəfə yaşlı Roulz doktorluq işinin müdafiəsi zamanı həyəcandan səsi titrəyən gənc tələbəsinin öz tezisini normal müdafiə edə bilməsi üçün günəşin şualarının qarşısını kəsərək ona kömək etmişdi.  
 
Ədalətin canlı təmsilçisi olan bu insanın dünyaya deyəcəkləri nələr idi?
  
1. İndiki halında bir çox şeylər ədalətsizdir 
 
Statistikaların hamısı cəmiyyətin çox ədalətisiz olduğunu göstərir. Orta yaş müddəti və gəlirlərlə bağlı müqayisəli cədvəllər bizə durumun nə qədər dəşhətli olduğunu göstərməkdədir. Ancaq bütün bunlara baxmayaraq, biz bu ədalətsiz durumu ciddiyə almır, həyatımıza mənfi təsir etdiyini qəbul etmirik. Çünki günümüzdə çox sayda insan bizə deyir ki, əgər varlanmaq istəyiriksə, dəqiq hədəflərə köklənməklə gərgin və uzun müddət işləməliyik. 
 
Roulz “Amerikan Arzusu”nun siyasi sistemə və insanların ürəyinə necə dərin kök atdığından xəbərdar idi. O, həm də bu arzunun insanları necə aşındırdığını və tənəzüllə apardığını bütün çılpaqlığı ilə görürdü. Tam əminlikə demək olar ki, uğur hekayələrinə inanan insanlar həddindən artıq çox olub: bir zamanlar heç nəyi olmayan insanın prezidetliyə yüksəlişi, vaxtı ikən cibində qara qəpiyi olmayan yetim uşaların indi sənayeçilər sırasında olması... və mətbuatın bu hekayələri bizim gözümüz qarşısında parlaq şəkildə təqdim etməsi bizi bu yanlış sualla üz-üzə qoyur: Əgər onlar bunu bacarıbsa, biz öz taleyimizdən necə şikayət edə bilərik ki?
 
Roulz bu düşüncə tərzini rədd edirdi. Əlbəttə ki, o uğur hekayələrin çox eşitmişdi, amma statistikaya əsaslanan biri kimi bu fenomenlərin çox nadirən baş verdiyini yaxşı bilir və bir siyasi nəzəriyyəçi kimi bu hekayələrə ciddi yanaşmırdı. Doğurdan da, bu tipli hekayələri dəfələrlə dövriyyəyə buraxmaqla, siyasi hakimiyyət güclü insanların cəmiyyətin ədalətli olması üçün islahatlar keçirməsinin qarşısını hər zaman ala bilib.   
 
Roulz bizə sübut edirdi ki, əgər sən Birləşmiş Ştatlarda və Avropanın bir çox ölkələrində kasıb ailədə doğulmusansa, ömrünün sonuna kimi elə kasıb qalma ehtimalın (və cavan yaşda ölmən) daha çoxdur.  
 
Bəs biz bu məsələ ilə bağlı nə edə bilərik? Roulz siyasi cəhətdən praktik düşüncəli biriydi. O, çox yaxşı anlayırdı ki, ədalətsizlik və onun ləğv edilməsi ilə bağlı aparılan istənilən müzakirə və mübahisələr həmişə detallara yuvarlanmaqla ildən ilə öz təsir gücünü itirir və insanların nəsə etmək həvəsini öldürür.
 
Roulz sadə yolla insanlara öz cəmiyyətlərinin necə ədalətsiz olduğunu göstərməklə yanaşı, onun öhdəsindən necə gəlməyin yollarını da göstərirdi. Onun seçdiyi yol mübahisələri yerindəcə kəsir, insan ürəyinə və ağlına birbaşa təsir edə bilirdi. Roulz emosiyanın siyəsətdə necə əhəmiyyətli olduğunu çox dəqiq bilirdi. 
 
2. Sənin sən olmadığını təsəvvür etməyə çalış  
 
Cəmiyyətlərin ədalətsiz olmasının ən böyük səbəbi bəzi insanların mövcud ədalətsizlikdən faydalanması və həmin insanların başqa şərtlər daxilində dünyaya gəlmək ehtimalı haqqında heç zaman düşünməmələridir. Önyarğılar və qərəzlilik həmin insanların düşüncələrində dərin köklər ataraq, onlara imkan vermir ki, başqa şərtlər altında dünyana gələ bilmə ehtimallarını təsəvvür edə bilsinlər. 
 
Roulz intiutiv şəkildə dərk edirdi ki, ilkin olaraq məhz bu insanları hədəf almalı və onların təsəvvürlərinə, daxili və mənəvi dünyalarına təsir etməlidir. Və beləliklə, o siyasi fikir tarixinə mükkəməl bir eksperiment gətirdi. Onun bu eksprimentinin dəyəri Tomas Hobbs, Jan-Jak Russo və İmmanuel Kantın irəli sürdüyü fikirlərdən heç də geri qalmırdı.
 
O, bu eksprementin adını “bililməzlik pərdəsi” qoymuşdu. Bu eksperiment vasitəsi ilə Roulz bizi maraqlı bir testdən keçirir. O ilkin olaraq, bizim doğulmadığımızı, amma şüurumuzun və intellektimizin yerində olmasını bizdən təsəvvür etməyimizi istəyirdi. Daha sonra bizim hansı şərtlər altında dünyaya gələcəyimiz haqqında kiçik də olsa məlumatımızın olmadığını düşünməyimizi tələb edirdi. Bir sözlə, o, bizim gələcəyimizi "bilinməzlik pərdəsi" ilə örtürdü. Bu eksperiment vasitəsi ilə, sanki biz Planetin zirvəsində duraraq müəyyən edə bilmirik ki, bizim valideyinlərimiz necə adamlar olacaq, qonşularımız necə olacaq, məktəblərimizin təhsil səviyyəsi necə olacaq, yerli xəstəxanlar bizə necə xidmət edəcək, polis və məhkəmə sistemi bizimlə necə davranacaq... və sair.
 
Roulz bizim hamımızdan daha dərin düşünməyimiz üçün belə bir sual soruşur: Əgər biz harda doğulacağımızı bilməsəydik, necə bir cəmiyyətdə dünyaya gəlməyimizi istərdik? Hansı siyasi sistemin olduğu dövlətdə doğulmağı və qalmağı seçərdik? 
 
Əlbəttə ki, ABŞ-da deyil. Sösüz ki, ABŞ-ın sosial-iqtisadi durumu elədir ki, orda doğulmaq bir çoxlarımız üçün xoş olardı. Ölkənin bir çox yerlərində yüksək keyfiyyətli təhsil verən məktəblər, təhlükə doğurmayan qonşu dövlətlər, çoxlu sayda kolleclər, prestijli iş yerləri, çoxlu sayda əyləncə məkanları və s. var…Ümumilikdə ABŞ əhalisinin 30% bu imkanlardan maksimum istifadə edə bilir. Buna görə sistemin dəyişməməsi heç də təəcüblü deyil, çünki millyonlarla insan bu sistemdən faydalanmaqdadır. 
 
Ancaq elə məhz bu anda “bilinməzlik pərdəsi” bizim köməyimizə gəlir. Bu dərhal bizim bütün bu xoş şeylər haqqında düşünməyimizin qarşsını kəsir və bizim diqqətimizi ABŞ-da doğulmağın gətirəcəyi risklərə yönləndirir. Bu lotoreya bileti kimi bir şeydir, "bilinməzlik pərdəsi"nin köməyi ilə biz anlayırıq ki, biz çox rahatlıqla ortodoks Skottsdeyl və ya Arizona aliəsində, yaxud Detroitdə (ABŞ-ın sosial-iqtisadi və mədəni cəhətdən geridəqalmış şəhərləri -tərc) tənha qalmış qaradərili ananın uşağı kimi dünyaya gələ bilərik.  
Doğurdanmı hansısa ağıllı bir insan pis keyfiyyətli səhiyyə sistemindən, evsizlik problemindən, aşağı keyfiyyətli hüquq müdafiə sistemindən və bərbad təhsil müəsissələrindən əziyyət çəkən 70%-lik bir kütlənin içində doğulmaq istəyər? Yoxsa bu lotoreyanı oynayan ağıllı adam imkanlı həyat yaşayan ilk 30%-liyə düşmək üçün oyunun qaydalarını dəyişməyə çalışardı? 
 
3. Nəyi düzəltmək lazım olduğunu bilirsiz?
 
Roulz bu suala bizim yerimizə cavab verir: “bilinməzlik pərdəsi” eksprementindən keçmiş istənilən ağıllı adam, təbii ki, bir çox şeyin yerli yerində olduğu cəmiyyətdə doğulmaq istəyəcək. Şübhəsiz ki, hər kəs yüksək keyfiyyətli təhsil verən məktəblərin olduğu (dövlət məktəbləri daxil), xəstəxanların əla işlədiyi (onların hamısı, hətta pulsuz olanlarının da) yüksək keyfiyyətli hüquqi müdafiəyə çıxışın mümkün olduğu, ədalətli qanunların mövcud olduğu və hər kəsin yaşaması üçün  normal evinin olduğu bir dövlətdə dünyaya gəlmək istəyəcək. 
 
"Bilinməzlik pərdəsi" exsprimentini keçmiş insanlar istəyəcək ki, onlar Danimarka və ya İsveçrə kimi sistemi olan ölkədə dünyaya gəlsinlər. Elə bir yer ki, orda hər şey kifayət qədər əla durumdadır, məsələn, yerli nəqliyyatın, məktəblərin, xəstəxanaların və siyasi sistemin layiqli və ədalətili olduğu bir yer. Başqa sözlə, sən artıq necə bir ölkədə yaşamaq istədiyini bilirsən. Sadəcə bu günə kimi bu haqqda ciddi düşünməmisən. 
 
Roulzun bu təcrübəsi bizə imkan verir ki, biz ədalətli cəmiyyətin necə olmalı olduğu haqqında obyektiv formada düşünə bilək və onun haqqında görüşümüz detallı olaraq formalaşsın. 
 
Biz sərvətlərin bölüşdürülməsi haqqında qərar verərəkən, qeyri-obyektivliyimizin öhdəsindən gəlmək üçün, özümüzə bu sualı verməliyik: Mən “bilinməzlik pərdəsi”nin nə olduğunu bilə-bilə necə qərar verərdim? Ədalətli qərar məhz bu andan sonra veriləcək.
  
4. Növbəti addım 
 
Bir çox şey sizin yaşadığınız cəmiyyətdə nələrin pis olmasından asılıdır. Bu mənada Roulzun doktrinası yararlı olur. O bildirir ki, "bilinməzlik pərdəsi" eksperimenti müxtəlif kontekslərədə müxtəlif məsələləri aydınlaşdıra bilir. Bəzi cəmiyyətlərdə ətraf mühitin doğurduğu problemin aradan qalxmasına, bəzilərində təhsildə olan problemlərin ləğvində kömək edə bilər.  
 
Roulzun son dərəcə gözəl və sadə olan ekpriment vasitəsi ilə bizim öz cəmiyyətimizə tənqidi yanaşmamıza kömək edir. Biz bu ekspriment vasitəsi ilə necə ədalətsiz bir cəmiyyətdə yaşadığımızı dərk edəcək və bizim hansı səbəblərdən dəyişə bilmədiyimizi anlayacağıq. Məhz bu andan biz cəmiyyətə, dövlətə baxşımızı daha da şəfaflaşdıracaq və ədalətli cəmiyyət üçün nələri etmək lazım odğunu fikirləşməyə başlayacağıq. 
 
İngilisdilli materiallar əsasında
 
tərcümə etdi: Emin Aslan
 
Kultura.az
Yuxarı