Bakı küləklər, odlar şəhəridir yoxsa sürüşmə?

Медиа

 

Mütəxəssislər bu prosesləri təsadüfi saymır və bu hissədəki sürüşmənin Baku Flames göydələnlərin tikintisi ilə əlaqədar olduğunu istisna etmirlər.

Sözügedən üç 40 mərtəbəli bina Dağüstü parkın yaxınlığındakı  təhlükəli yamacda tikilib. Burada hər 10 ildən bir mütləq sürüşmə baş verir. Bu dəfə sürüşmə zonası genişlənib. Belə ki, vaxtaşırı olaraq Həsən Seyidbəyli küçəsində (Nərimanov heykəlindən aşağıda) ucaldılan yeni binaların özülündə torpaq silkələnməsi baş verir. Bir neçə il əvvəl məhz orada böyük sürüşmə baş vermişdi.

O zaman mütəxəssislər burada hər hansı binanın inşasının yolverilməz olduğunu bildirirdilər. Lakin bir neçə ay keçdi və tikinti davam etdi.

Bu sətirlərin  müəllifi bu gün səhər həmin göydələnin yuxarı hissəsində 20-30 santimetr enində çatın olduğunu görüb. Yeri gəlmişkən, bu hissə də növbəti tikinti üçün ayrılıb. Onun sahiblərinin nə düşündüyünü ehtimal etmək çətindir, çünki məntiqə görə,  tikinti üçün daha təhlükəsiz yerin axtarılması vacibdir.

Yeri gəlmişkən məntiq barədə. Baku Flames  layihəsinin müəllifləri biləndə ki, göydələnlər harada  tikiləcək, onlar həmin yerdə tikintinin yolverilməz olduğunu bəyan etdilər. Lakin onlara qulaq asan olmadı. 

Tikinti işlərinə yaxın mənbələrdən məlum olub ki, göydələnlərdən birinin altında 150 metr uzunluğunda çat əmələ gəlib və gecə-gündüz ora beton tökürlər.

Belə təsəvvür yaranır ki, ölkə və şəhər rəhbərləri Discovery və  National Geografic telekanallarının verilişlərinə tez-tez baxırlar. Orada müntəzəm olaraq Dubayda və qruntun göydələnlərin inşasına imkan vermədiyi digər yerlərdə mürəkkəb mühəndislik məsələlərinin həlli barədə filmlər göstərilir. Bu mürəkkəb işlərin hər birinin həlli ondan xəbər verir ki, çıxılmaz vəziyyət yoxdur. Lakin bizdən fərqli olaraq, Dubayda Hacıbala Abutalıbov kimiləri yoxdur və bizdə olduğu kimi korrupsiya da yoxdur. Üstəlik, Dubayın ali rəhbəri şeyx Məhəmməd mühəndislərin fikirlərini öyrənir, qadın şıltaqlığından irəli gələn qərarlar qəbul etmir.

Xülasə, əgər bir gün görsəniz ki, göydələn Mehdi Hüseyn küçəsinə sürüşüb düşüb, təəccüblənməyin, əksinə  sevinin ki, başınıza uçmayıb.

Korbuzye

Contact.Az

Kultura.az | Developed by Samir Yahyazade