Ermənistanda Azərbaycan Filmləri Festivalı

Кино

 

Festivalda 1-i sənədli, 3-ü bədii olmaqla ümumilikdə 4 qısa metrajlı film göstəriləcək. Filmlər 2007-2008-ci illərdə Azərbaycanda istehsal olunub. Festivalda tamaşaçıların səsverməsi əsasında “Tamaşaçı simpatiyası” mükafatı da veriləcək.

QSTM-in məlumatında deyilir ki, humanist ideyaların cırlaşdırılması və sağlam düşüncənin inkarı hesabına dövr edən təbliğat şəraitində “Stop” Azərbaycan Filmləri Festivalı cəmiyyətlər arasında birbaşa ünsiyyət imkanı yaradacaq. Festival Azərbaycanın müasir kino sənətinin gözəl nümunələri ilə tanışlıq üçün unikal imkan yaradır.

Xatırladaq ki, bu tədbirin 2010-cu ildə keçirilməsi planlaşdırılırdı. Amma o zaman icarəyə götürülmüş binanın rəhbərliyi sonradan təşkilatçılarla müqavilələrini pozmuş və tədbirin keçirilməsindən imtina etmişdilər.

QSTM rəhbəri Georgi Vanyan festivalın nədən məhz Gümrü şəhərində keçirilməsinə tədbirdən sonra aydınlıq gətirəcəyini deyib. Jurnalistlərin festivalın yarıboş zalda keçməsindən narahat olub-olmadığı barədə suala isə G.Vanyan “Siz niyə elə hesab edirsiniz ki, bizim cəmiyyət yalnız vəhşilərdən və zombiləşdirilmişlərdən ibarətdir?” şəklində cavab verib.

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade