FOKUS jurnalı geri döndü

Кино

 

“Daha çox peşəkarlar üçün nəzərdə tutulan FOKUS jurnalı həm də bir tədris vəsaiti kimi də qeyd olunmalıdır. Belə ki, son illər dünya kino nəzəriyyəsi, kino marketinq haqqında Azərbaycan dilində hansısa kitablar hazırlanmır və ya tərcümə olunmur. Jurnal bu boşluğu aradan qaldırmaq üçün xarici dillərdən müasir kinoindustriyanın getdiyi yollardan, cərəyanlardan, kommersiya layihələrindən bəhs edən müxtəlif məqalələrə geniş yer ayırıb”.

Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunmuş FOKUS bu dəfə daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb.

Ötən il Cannes Film Festivalının “Qızıl palma budağı” mükafatını qazanmış Terens Malikin “kino fəlsəfəsi” iki kinoşünas tərəfindən müzakirəyə çıxarılıb. Master klass, peşəsi rejissor, sərbəst mövzu, rakurs, nəzəriyyə və digər bölümlərdə də dünyanın ən son kino hadisələri və prosesləri haqqında özəl olaraq maraqlı materiallar hazırlanıb.

Budəfəki FOKUS jurnalının əsas müsahibi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdir. Nazir müavini Azərbaycan tamaşaçısı və milli kinematoqrafiyada gedən proseslərdən və ortaya çıxan problemlərdən də söz açıb.

Ə.İ.Cabbarov bildirdi ki, yerli teleməkanda xarici serialların qadağan olunmasından sonra efirə verilən seriallarımız, onların keyfiyyəti, qarşıya çıxan problemlər və tamaşaçı qazanma yolları da jurnalın bu sayında maraq kəsb edən materiallardandır. Milli istehsal- kinoproses Yavər Rzayevin “İlahi məxluq” , Teymur Daiminin “Sonuncu” bədii filmləri haqqındakı materiallarda, Vahid Mustafayevin (“Xoca”), Ənvər Əblucun (“Tərsinə çevrilmiş dünya”) müsahibələrində də müzakirə mövzusudur.

Nəzəriyyə bölümündə sənətşünaslıq elmləri doktoru Aydın Dadaşovun “Əbədi mövzuların ekran həlli”, sənətşünaslıq namizədi Elçin Əlibəylinin “Azərbaycan teleməkanında videokliplərin yaradıcı axtarışları TV tədqiqatının əsas obyekti kimi” məqalələri də yer alıb.

FOKUS ənənəsinə sadiq qalaraq bu dəfə Toğrul Cuvarlı və Valeri İvçenkoya məxsus “Həniyevin həyatı” tammetrajlı filmin ssenarisini oxucularına təqdim edib.

Kultura.az | Developed by Samir Yahyazade