Zaxar Prilepinlə müsahibə

Интервью

 

Bugün gənc klassikin əsərlərini böyükdən kiçiyə hamı oxuyur.  Kitabları böyük tirajla çap olunur. Onun müxtəlif mükafatlarının, nəşrlərinin, tərcümələrinin sayı günbəgün artır və az uğur qazanan həmkarlarını təəccübləndirir.

Zaxar Prilepini tapmaq çox çətindir. Necə deyərlər “əhatə dairəsi xaricindədir”. Lakin mənim böyük səylərim nəticəsini verdi.  Qoy, oxucu qərar versin buna. Beləliklə biz başladıq.

Necə olduki siz, çeçen kompaniyasinda iştirak eden OMONçudan yazıçıya çevrildiniz, təkmilləşdiniz?

— OMONdan sonra mən bir il gecə klubların birində mühafizə , bir neçə ildən sonra isə jurnalist işləməyə başladım.  Həm də mənim filologiya üzrə ali təhsilim vardı. Buna görə də heç bir təkmilləşməyə ehtiyac olmadı. Sadəcə olaraq o vaxtlar mən cavan idim, sağlam idim və hara xoşuma gəlir, orda işləyirdim.

—Belə demək olarmı ki, sizin ən birinci romanınız-“Patologiya”dan başlamış bütün kitablarınızda əsas qəhrəman siz özünüzsünüz?

—Yox, “Patologiya” romanının qəhramanı Yeqor Taşevski, “Sanka” romanında isə Qrişa Tişindir. Amma mən o oğlanların hər ikisini tanıyıram və onlarla çox vaxt keçirmişəm.

— “Sanka” romanı cəmiyyətdə böyük rezonans doğurdu.  Sizin bankir Petr Avenlə mübahisəniz roman qədər müzakirə olundu  (O yazıçını baş qəhraman- Saşa Tişinin siyasi mübarizə aparan antisosial tip kimi təsvir etməsində günahlandırırdı-M.T.). Necə fikirləşirsiz, nəyə görə müzakirələr bu qədər qızğın oldu?

— Insanlar yeni yüzillikdə hakimiyyətdən və həyatdan başqa bir  şey gözləyirdilər. Onlara elə gəlirdi ki, onlarla hakimiyyət arasında səssiz razılaşma var- biz onlara oğurlamağa icazə veririk, onlar isə bizə insan kimi yaşamağa şərait yaradır və  bununla bərabər üzr istəyirəm Vətən kimi bir anlayışı da unutmurlar. Sonra isə məlum olduki, əslində heç bir razılaşma olmayıb. Sadəcə olaraq onlar istədikləri qədər oğurlayırlar, çətin anlarda bizi və həmin o Vətəni unudurlar. Yəni bunu mən başa düşmüşdüm, bəziləri hələdə anlamamışdırlar, bəziləri artıq anlayırlar. Məhz bütün bunlar romanda yazıldığı üçün, roman ətrafında belə səs küy oldu.

—2008-ci ildə “Günah” romanını yazdınız. Mən romana daxil olmuş eyni adlı hekayəni oxuyanda çox dərin emosional sarsıntı keçirmişdim.   Kənd həyatı, 17 yaşlı gənc oglanın əmisi qızları Ksyuşa və Katyaya olan incə hissləri Buninin “Natali”sini xatırlayır.   İvan Alekseyeviç Buninin yaradıcılığındakı dərin lirik motivlər müxalifətçi üçün yad gəlmir?

—Bilirsiniz, “Günah” kitabının və eləcə də başqa kitablarımın müxalifətçiliyimlə heç bir əlaqəsi yoxdur.  Mən yazı yazıram və çalışıram bu məndə yaxşı alınsın. Hər şeydən əlavə mən qətiyyən yazıçıları onların partiya mənsubiyyətinə görə ayırmıram. Amma etiraf edim ki, Bunin heç vaxt mənim sevimli yazıçım olmayıb. Onun bir neçə möhtəşəm hekayələri var, amma “Qaranlıq xiyabanlar” heç xoşuma gəlmir, bəlkə də başa düşmürəm...  Əgər Bunin ənənəsinə yaxın olan böyük stilistlərdən, rus dilinin böyük ustadlarından danışsaq mən hər zaman Qayto Qazdanova üstünlük vermişəm. O, sehirli yazıçıdır, məni valeh edir.

—Siz təcrübəli inqlabçısınız, Limonovun milli bolşevik partiyasıyla başlamışdınız və bü gün də göründüyü kimi  hakimiyyətin tərəfində deyilsiz.  Necə fikirləşirsiz,  Rusiyada yaxşı yazıçı hər zaman hakimiyyətə qarşı olmalıdır ?

—Yox, yaxşı yazıçı özü özüylə dürüst olmalıdır və özüylə mənasız sövdələşmələr etməməlidir.  Amma həyatda hər şey olur. Valentin Katayev həyatı boyu çox axmaqlıqlar eleyib, və bəlkə də insan kimi də yaxşı  insan hesab olunmurdu, amma onun son povestlərindən “Verter artıq yazıldı” və ya “Oberonun sehirli buynuzu” sözsüz şah əsərlərdir. Onsuzda hakimiyyəti sevənlərində, ona nifrət eliyənlərində arasında kifayət qədər qabiliyyətsiz adamlar var.  Tanrının işini bilmək olmur. Kimə istedad verəcək, kimə verməyəcək- bunu artıq biz bilə bilmərik.

Zənnimcə ideala yaxın olan yazıçı -həm müxalifətçidir həmdə müşahidəçidir, həm qərb yönlüdür həmdə slavyanpərəst, həm aristokratdır həmdə marginal - hər kəsdən bir az. Məsələn, çox uzaga getməyək, Puşkin kimi. Biz Dostoyevskini, Qorkini də misal kimi göstərə bilərik amma, bu onların həyatında mərhələlər şəklində olmuşdur. Puşkin isə bütün yuxarıda sadaladıqlarımın hamsını özündə cəmləşdirə bilmişdi və bütün bunlarla bərabər o özü kimi idi, dostlarının, ədəbiyyatın, ümid edirəm elə Tanrının da qarşısında təmiz qalmağı bacarmışdı.  Tapmacadır!

—Söyləyirsiniz ki, “Qara meymun” romanınızda Rusiyada yaşayan kişinin ağlında olanlar haqqındandır. Rusiyada yaşayan kişinin ağlındakılarla fransiz və ya portuqal kişinin aglındakılar nəylə fərqlənir?

— Mən heç vaxt portuqal olmamışam və heç bir nəfər də portuqal tanışım yoxdur. Məncə aramızda çox oxşarlıqlar var və məncə hamı başa düşür orda söhbət nədən gedir. Fərq ondadır ki, Rusiyada başqa bir tarixi dovrdür-biz İmperiyanın süqutu və süqut olmuş imperiyadan qurtulma dövründə yaşayırıq. İmperiyanın çöküşü ilə bərabər biz öz passionarlığımızı, insanlığımızı, inamımızı itiririk, mənən kasıblayırıq, cılızlaşırıq. Bu məni çox sındırır.  Amma portuqalı bəlkə də artıq sarsıtmaz.

Mən istəmirəm ki, ruslar qara torpaqlarda yaşayan cılız millətə çevrilsinlər, və hər hansı anlaşılmamazlıq yaranan zaman özlərini Suvorovun, Dostoyevskinin, Çaykovskiylə Repinin varisləri olduqlarıyla təsəlli etsinlər.

—Lev Danilkin hesab edir ki, sizin ən yaxşı romanınız “Qara meymundur”. Və həm də əlavə edir:”onun əvvəlki yazıları adamın qulağını kəsir.” Məhşur tənqidçinin bu fikri xətrinizə dəymir?

—Söylədiyi fikrin birinci yarısını qəbul edirəm, ikincisi yarısını isə oxumuram.  “Qara meymun” xoşuna gəlib - lap yaxşı. Əvvəlki yazılarım haqqında kifayət qədər loyal, səmimi fikir bildirirdi. Ona görə də incimirəm. Lev ağılsız adam deyil. Onun “Patalogiya”da və “Sanka”da qulağını kəsən yerləri mümkün olan qədər sakit və gözədəymədən düzəltmişəm. O, lazımlı şərhlər bildirirdi.  Məndə ona qulaq asırdım. Çalışaram ki, imkan daxilində daha kobud şəkildə “qulaqlarını kəsməyim”, vəhabi deyiləmki...  İndən sonra yavaş kəsərəm.

— “Yeni insanlar” da stəkanda tufan elədi. Prokreml gənclər təşkilatı Nijniy Novqorod şəhərinin bir sıra kitabxanalarını gəzərək belə bir nəticəyə gəlib ki, sizin kobud sözlər istifadə etdiyiniz “Sanka” və “Qara meymun” kitablarınız uşaqlara cox pis təsir göstərir. Və o kitablara uşaq kitabxanaslnda yer olmamalıdır.  Onlar sizdə nəyi  tutmaq istəyirdilər, yoxsa bu düşünülmüş bir PR addım idi?

—Bu PRla bağlı boş söhbəti kənara qoyun. Bəlkə mən onlara 300 manat vermişəm ki, bu  boş söhbətlə məşğul olsunlar? Elə bilirsiz bizdə belə boş işlərlə pulsuz məşğul olan adamlar azdı?

Məndə nəyi tutmaq istədikləri aşkardır. Onların fikrinə görə mən ekstremist və cüvəllağıyam. Və məni belə adlandırmağa onların özlərinə görə əsasları da var. Sadəcə olaraq onlara heç kim başa salmayıb ki, Rusiyada bütün klassiklərin yarısı sağlıqlarında ən qatı ekstremist və cüvəllağı olublar. Məndən nə istəyirlər, bilmirəm.

—Bir müsahibənizdə Surkovla nəinki yerli, hətta uzaq qohum olduğunuzu demisiz. Indi siz Vladislav Yuriçlə yaxın qohumluq edirsiz?

—Mən nəinki indi, heç vaxt yaxın qohumluq eləməmişəm. Biz onunla ancaq bir dəfə- dörd il əvvəl Kremldə görüşmüşük, o görüşdə 15 başqa yazıçı da var idi. Şəxsən biz- o və mən- iki dəqiqə ədəbiyyat haqda danışmışıq. Həm də biz onunla qan qohumu deyilik- nəvaxtsa onun hansısa əmisi oğlu mənim bacımla evli olub- hansı qohumluqdan söz gedə bilrər?. Amma istəsək burda düşünülmüş PR addım da görə bilərsiz.

Hələ OMONda da PRa görə işləmişəm.

Bu arada, dörd uşağm da PR məqsədilə  doğulub.

—Sizin yaradıcılığınızda JZL (Jizn Zameçatelnıx ludey) seriyasından yazdığınız Leonid Leonov haqqında kitab xüsusi yer tutur. Bu sovet klassiki sizə nəylə yaxındı?

—O, mükəmməl bir yazıçıdır, məni tamamilə valeh edir. Əgər sizin oxumaq hissiniz, duymaq qabiliyyətiniz ölməyibsə, onun “Evgeniya İvanovna” və ya “Okeana gedən yol” povestlərini oxuyun, başa düşəcəksiz söhbət nədən gedir. Həm də onun həyatı çox qəribədir- o Rusiyada 95 yaş yaşamış yeganə dahi yazıçıdır. Bir əsr!  Və ən vacibi, o bu nəhəng, facəvi, qeyri-adi əsrlə bərarər addımlayıb. Bu əsrə görə böyük məsuliyyət daşıyıb.

Nə danışım onun haqqında, kitabı oxuyun biləcəksiz. Amma ən yaxşısı elə Leonovun özünü oxuyun.

—Hansısa bir məqalənizdə demişdiz ki, uşaqları o qədər də yaxşı başa düşmürəm, bilmirəm onlarla nə danışım. Amma özünüzün dörd uşağınız var. Öz uşaqlarınızla necə, dil tapırsız? 

—Mən bilmirəm o vaxt söhbət nədən gedib, gərək müsahibəni yadıma salım- adam şəraitdən asılı olaraq çox şey danışa bilər.

Öz uşaqlarımla asanlıqla dil tapıram, onlar məni sevir, məndə onları. Amma bütün şəxsi problemlərini onlar analari ilə yəni mənim həyat yoldaşımla müzakirə eləyirlər.

Mən onları təmkinli,  dözümlü, müstəqil və səbirli olmağa öyrədirəm. Yəni onlara atam mənə öyrətdiklərini öyrədirəm, o da mənlə heç vaxt söhbət eləməyib, buna baxmayaraq mən əmin idim ki, mənim yanımda böyük, yaraşıqılı və güclü bir kişi yaşayır. Bu hiss “oğlum, kişi kimi ol” və ya  “qızım, bu xala kimi olma” söhbətlərindən daha vacibdir.

—Bu sualı da verməliyəm- yeni kitabınız nəyə həsr olunub?

—Mən hələ onu yazmağa başmamışam. Indi mənim “Kiniqaçet” adlı bir kitabım çap olunacaq, orda rus ədəbiyyatının son 10 illk məzmunu əks olunub.  Bir nəfər bizi əmin etmək istəyir ki, ədəbiyyat get-gedə tənəzzülə uğrayır, oxumağa heç nə yoxdur,  mən isə əksini subut edirəm.  Yəni tənqidçi rolundayam. Lev Danilkin məni tənqid elədiyi kimi, məndə hərdən onu tənqid eləyə bilərəm...

Mariya Taroşina, "Mediaryazan" 13.07.2012

(Tərcümə Leyla Cahangirova)

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade