Ana - Əli Əkbərdən hekayə (18+)

Литература

 

Avqust günəşinin tərlətdiyi nakam və fani bədənlər, sərinlik tapmaq ümidi ilə Bakının dörd bir yanından Bulvara axışırdı. Saat axşam altı olsa da, göydən sanki od ələnirdi. İstidən halsız düşən qağayılar, dənizin səthindəki nəcisə qarışan bublik qırıntılarını dimdikləyib, narazı sifətlə göyə pərvaz edir, ləçər boğazlarla qıy vurub, talelərini söyürdülər.

Miriş də dörd dostu ilə birlikdə, Dənizkənarı parka tələsən orqanizmlərə qoşulmuşdu. Dostların istiqaməti Saat qülləsinin altında sərin pivə verən çayxana idi.

Kukla teatrının qarşısındakı yeraltı keçidlə Bulvara çıxdılar. Yolboyu ucadan danışaraq bir-birlərinə söz atır, zarafatlaşır, qızlara sataşır, qərəz olduqca şən görünürdülər. Dördü də cib dəsmallarını qatlayıb boyunları ilə köynəklərinin yaxalarının arasına qoymuşdular. Tərdən çıpa-çıp su içində olan yaylıqlarını tez-tez sıxır, çırpır, barmaq uclarına dolayıb fırladır sonra təzədən yerinə qaytarırdılar. Ağ köynəklərinin düymələri sinələrinə qədər açıq idi, tükləri görünürdü. Ütüsüz qara şalvarlarında ləkələr vardı, ucuşiş qara ayaqqabıları da toz içindəydi. Zəhmətkeşlərə oxşayırdılar.

Hamıdan çox canfəşanlıq edən, dıbır kimi atdanıb-düşən, qışqırıb-bağıran Miriş, Kukla Teatrının yanındakı ayaqqabı təmizləyən kişinin bürünc təpəsinə bir qapaz ilişdirdi və şən dostlar sola, attraksionların olduğu tərəfə döndülər.

Attraksionlara yaxınlaşanda, Miriş burada quraşdırılan zərbə aparatını görüb ayaq saxladı. Çoxdandır əlinə çəkic alıb, onu qara dəri üzlü səthə endirmək, gücünü göstərmək istəyirdi. İndikator təpəyə qalxıb, qələbəni bildirən qırmızı işıq yansaydı, Miriş həm dostlarının gözündə ucalar, həm də ətrafda dayanıb, yarışan oğlanlara tamaşa edən qalınqaş, ismətli qızların diqqətini cəlb edərdi.

Özünə çox arxayın idi. Yarım il əvvəl qayıtdığı əsgərlikdə xeyli idman eləmişdi – qaçmışdı, dartınmışdı, sürünmüşdü, molodoyları təpikləmişdi.

Sevincək olub dostları Zakirə, Rasimə və Mehdiyə baxdı:

- Ala, gəlün vuraq, görək kimin gücü çoxdu.

Zakir bərkdən güldü:

- Ala, sənin gücün nə gəzir? Özüvü də, bizi də biabır eləmə.

- Sən onu yarıya qədər qaldıra bilsən, mən adımı dəyişərəm, - bunu da Rasim dedi və pis-pis qımışdı.

Miriş dostlarından incidi:

- Soxun içüvüzə, ala! Oğraşdı yalan deyən, çəkici elə vuraram, aparat dağılar. Prosto eləmirəm.

- Ala, sən onu yarıyacan qaldırsan oğulsan. Heç bilirsən bu nə güclü şeydi!?

- Mən qaldırım sən də bax.

Miriş hövsələsini itirirdi. Onlardan qabaqda, növbədə üç iri orqanizm dayanmışdı. Yoğun peysərlərindən, gərgin duruşlarından, şaqqıldatdıqları boyunlarından niyyətlərinin ciddi olduğu hiss olunurdu - ən yüksək göstəriciyə nail olmaqda qərarlıydılar.

Çəkici əlinə götürən birinci orqanizm, onu var-gücü ilə dəri yastığa endirdi. İndikator sürətlə yuxarı qalxıb, dirəyin təpəsindəki əngələ çırpıldı. Qırmızı işıq yandı. Oğlan qürurla ətrafına göz gəzdirdi. Çevrədə dayanıb yarışanlara tamaşa edənlər arasından üç-dörd nəfər ehtizaza gəlib oğlanı alqışladılar, sinələrinə hava doldurub ucadan uladılar.

Onun ardından iki nəfər də əllərinə çəkici götürüb dirəyin təpəsindəki qırmızı işığı yandıranda, Zakir ehtiyatla Mirişin qulağına əyildi:

- Ala, biabır eləmə bizi. Görürsən nə gücdü qaqaşlardı? Özüvə bax, onlara bax...

- Ala, mən onlardan da yaxşı eləyərəm.

Söhbəti eşidən Mehdi irişib soruşdu:

- Yalançının?

- Ala yalançının lap anasını... – Miriş əsəbiləşib dişlərini qıcıdı, dostlarına bir-bir baxdı. – Başa düşdüz, ala?

- Ana söyüşü qoyursan qaqa? – Zakir boynunu xırçıldatdı. – Görək də.

- Ala, deyir eləyərəm, deməli eləyər də. Qoy baxaq görək. – Rasim çiyinlərini dartdı.

- Hə də ala, sıç qurtar rənginə baxaq, gedək pivəmizi içək. İstidən bişdim, – Zakir bezgin halda mızıldandı.

Nəhayət növbə Mirişə çatdı. İyirmi bir yaşlı gənc, çəkici əlinə götürüb uşaqlıq illərindən yadında qalan ərəbcə duanı oxudu. Bu duanı ona nənəsi öyrətmişdi. Dua Ayətül-Kürsi adlanırdı. Lakin Miriş, onun yalnız birinci cümləsini əzbər bilirdi.

Çəkici qaldırıb üzünə qəzəbli ifadə qatdı, dodaqlarını büzdü, alnını qırışdırdı. Bərkdən qışqırıb çəkici var-gücü ilə dəri üzlü sərt səthə endirdi. İndikator yarıdan bir qədər yuxarı qalxıb, tənbəlcə aşağı sürüşdü. Mehdi bircə bunu deyə bildi:

- Oy blya!

Əsəb və xəcalətdən qulaqları qızaran Miriş isə, Ayətül-Kürsini axıra qədər yadında saxlamadığına görə özünü söyürdü.

***

Qara Porsche Panamera Bakı-Ələt yolunda sürətlə şütüyürdü. Pəncərələr bağlı olsa da, maşının içi işləyən kondisionerdən cənnət kimi sərin idi.

Sükan arxasında oturan gənc, yaraşıqlı oğlanın yanındakı sərnişin də elə sürücünün özünə oxşayırdı. Onlar, sanki əkiz qardaşdılar. İkisinin də gözündə Paco Rabanne-dan qara şüşəli eynəklər, əyinlərində Pal Zileridən ağ köynəklər, Valentinodan qara ipək, nazik qalstuklar və vücudlarına qutu kimi oturan qara, Hugo Boss kostyumlar vardı. Sifətləri heç nə ifadə etmirdi. Susurdular, hətta tərpənmirdilər deyə heykəllərə oxşayırdılar. Heç musiqiyə də qulaq asmırdılar. Sadəcə yola baxırdılar.

Ələtə çatanda, sağ tərəfdəki birinci kəndin tozlu yoluna döndülər.

***

Mirqasım kişi ilə qarısı Xeyransa kəndin ağsaqqalı və ağbirçəyi sayılırdılar. Ağır seyid nəslindən gəldiklərinə görə, bu kənddə və ətraf kəndlərdə möhtərəm şəxsiyyətlər kimi tanınırdılar.

Mirqasım kişi, ağır cəddinin köməyi ilə kəramətlər də göstərirdi. Şəfa tapmaq ümidi ilə bölgənin və ölkənin dörd bir yanından Mirqasım ağanın ocağına pənah gətirən xəstələri – diabetləri, sarılıq tutanları, sirozları, sifilisləri – bircə günə sağaldır, evlərinə yollayırdı. Özü də zərrəcən əziyyət çəkmədən bunu edirdi – sadəcə xəstələrin ağızlarına tüpürürdü. Onlar da bu mübarək tüpürcəyi udub, şəfa tapırdılar. Mirqasım ağa, özünün güclü nəfəsi və ağır cəddinin mənəvi yardımı ilə, Hepatit C kimi ən ağır xəstələri belə, indicə doğulmuş körpələr kimi, sağ-salamat yola salırdı. O, heç kəsə qiymət oxumurdu – kimin könlündən nə keçirsə, imkanı nəyə çatırsa onu verirdi. Hədiyyələr natural təsərrüfatla olduğu kimi, nağd pulla da ola bilərdi.

Mirqasım eyni zamanda öz kəndinin və ətraf kəndlərin mürdəşiri idi. Kişi cinsindən olanları özü yuyub kəfənləyirdi. Arvadı Xeyransa isə rəhmətə gedən qadınların mürdəşiri idi. Nur üzlü, ağbirçək Xeyransanın vacib işlərindən biri də, kəndin yaxınlığından keçən trassda tez-tez baş verən qəzalardan sonra asfalta yapışan insan qalıqlarını – bağırsağı, beyni, qanı - asfaltdan yuyub təmizləmək idi.

Xeyransa ilə Mirqasımın Bakıda, Akkord inşaatın tikdiyi Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində briqadir köməkçisi işləyən oğulları, bu gecə fəhlə dostları ilə kəndə qonaq gəlməliydi. Onlar, gözlərinin ağı-qarası, bircə oğullarının gəlişinə ciddi hazırlaşırdılar – Mirqasım, ocağa gətirilən toğlulardan birini kəsmişdi, indi də içalatını təmizləyirdi. Xeyransa isə həyətdəki təndirdə oğlunun xoşladığı xaş-xaşlı çörək yapırdı.

***

Xeyransa təndirin başına əyilib, pişmiş çörəklərdən birini ehtiyatla götürdüyü dəmdə, Mirqasımgilin darvazalarının qabağında, qara Porsche Panamera dayandı. Maşından düşən yaraşıqlı, üzləri ifadəsiz iki gənc, kənd camaatının heyranlıq dolu baxışlarının müşayiəti altında darvazanı açıb həyətə daxil oldu. Qonşular bu qapıya bahalı maşınların, forslu adamların tez-tez gəlməsinə öyrəşmişdilər, amma indiyə qədər maşının və ziyarətçilərin beləsini görməmişdilər. 

Xeyransa ilə Mirqasım başlarını qaldırıb gələn qonaqlara baxdılar. Oğlanlar isə düz təndirin yanına yaxınlaşıb, başlarını sinxron olaraq, cəld endirib qaldırdılar və onlardan biri:

- Xeyransa sizsiniz, - dedi. Soruşmadı, məhz dedi.

Qarı təəccüblə ərinə baxdı. Mirqasım iki addım qabağa gəldi:

- Siz kimsiniz bala? Nə istəyirsiniz?

Oğlanların üzündəki ifadə zərrə qədər dəyişmədi:

- Xeyransa bizə lazımdır. O, bizimlə gələcək.

Arvad əlləri ilə ağzını bağladı, gözlərini bərəltdi:

- Booooy! Siz kimsiniz a bala? Hara gəlməliyəm sizinlə? Hara gedirik?

- Siz vergilərdən gəlmisiniz oğlum? – Mirqasım üzündə yaltaq ifadə ilə soruşdu. Eşitmişdi ki, sağaltdığı adamlardan yığdığı pullara görə, gec-tez vergilərdən onu narahat edəcəklər. Onda da, onlara hörmət etmək lazım gələcək.

- Xeyr. Biz, mələklərik, - gənc, ciddi-ciddi dedi.

Mirqasımın gözləri bərəldi:

- Oğlum, sən məni dolamısan? Ağır seyid adamam, cəddim tutar səni.

- Sənin cəddini sikim Mirqasım. Az danış! - oğlan dedi və Xeyransa ilə Mirqasım tərəfə yüngülcə üfürdü. Ərlə arvad - ikisi də huşlarını itirib yerə yıxıldılar.

Gənclər Xeyransanın təndirin yanına sərilən cansız bədənini qaldırıb, darvazaya yönəldilər. Yenə də kənd əhlinin heyrət və dəhşət dolu baxışlarının müşayiəti altında qarını arxa oturacaqlara uzandırıb qapını bağladılar.

Maşına minib, beşcə saniyə içində gözdən itdilər.

***

Miriş çəkici qaldırıb üzünə qəzəbli ifadə qatdı, dodaqlarını büzdü, alnını qırışdırdı. Bərkdən qışqırıb çəkici var-gücü ilə dəri üzlü sərt səthə endirdi. İndikator yarıdan bir qədər yuxarı qalxıb, tənbəlcə aşağı sürüşdü. Mehdi bircə bunu deyə bildi:

- Oy blya!

Əsəb və xəcalətdən qulaqları qızaran Miriş isə, Ayətül-Kürsini axıra qədər yadında saxlamadığına görə özünü söyürdü. „Nahaq ana söyüşü söydüm“ deyə düşündü və bu məqamda hardansa qəfil peyda olan qara Porsche Panamera, düz attraksionun qabağında saxladı. Ətrafdakı yüzlərlə adam mat-mat bahalı maşına baxırdılar. Bəzilərinin ağzı açıq qalmışdı.

Maşından düşən iki yaraşıqlı, qara eynəkli, üzləri ifadəsiz gənclər arxa qapını açıb, özünə gəlməyə başlayan Xeyransa qarını oradan çıxardılar. Qollarından tutaraq zərbə aparatının yanına gətirdilər, qollarını buraxdılar. Qadın aparatın qabağında diz çökdü, gözlərini döyə-döyə sürüşən kəlağayısını düzəltdi. Şokdaydı. Və...

Birdən oğlu ilə göz-gözə gəldi. Miriş anasının yanına qaçmaq istəyən yerdə, qara eynəkli gənclər onu qollarından tutdular:

- Dayan! Sən ancaq tamaşaçısan!

Onlar, çırpınaraq əllərindən çıxmaq istəyən Mirişi möhkəmcə tutub aparatın beş addımlığındakı palmanın yanına gətirdilər. Oğlanlardan biri, cibindən çıxartdığı yoğun iplə Mirişi palmanın gövdəsinə bağladı. Hər şey bir göz qırpımında baş vermişdi. Hadisənin şahidləri hələ də şokda idilər. Xeyransa ana isə diz çökdüyü yerdən tərpənə bilmir, ancaq yüksək səslə ağlayır, oğlanları qarğıyırdı:

- Buraxın balamı, əlləriniz qurusun! Sizi igid öləsiniz! Ya Həzrət Abbas, hardasan! Ya, imam Bağır kömək elə!

Miriş də anası kimi ağlayır, qışqırır, yalvarırdı. Gözlərindən sel kimi yaş axırdı. Bu selin arxasından anasının nurlu üzünü bulanıq görürdü. Burnunun fırtdığı göz yaşlarına qarışıb, ağ köynəyinin üstünə tökülürdü.

Ana ilə balaya fikir verməyən oğlanlar, Mirişi palmaya möhkəmcə bağladıqdan sonra, onlardan biri sərt səslə və ucadan hayqırdı:

- İndi isə, kişi cinsindən olanlar, hökmü icra etsinlər! Gözləriniz sizi aldatmasın! Qarşınızdakı nazənin pəridir! Bütün zamanların və məkanların ən gözəl hurisidir! Haydı! Başlayın!

Birdən Rasimə də, Zakirə də, Mehdiyə də, attraksionun qarşısına toplaşmış bütün kişilərə, oğlanlara da elə gəldi ki, diz çöküb ağlayan qoca Xeyransa əslində çılpaq vəziyyətdə yerə sərilmiş, barmaqlarını gah ağzına aparan, gah da vaginasını sığallayan və şəhvət dolu gözlərlə, ehtirasdan quduraraq onları ağuşuna səsləyən iri döşlü, tumurcuq giləli bir dünya gözəlidir.

Kişilərin gözləri ehtirasdan parıldadı, beyinləri dumanlandı, varlıqları xumarlandı, alətləri polad nizələr kimi şahə qalxdı. Hamısı qadına hücum etdi. Birdən qara eynəkli oğlanlardan biri qışqırdı:

- Növbə ilə! Növbə ilə! Vaxtımız çoxdur! Hamıya bu ətirli, sulu mamışdan çatacaq bu axşam!

Kişilər itaətlə növbəyə düzüldülər. Xeyransaya əvvəl Rasim, Zakir və Mehdi yaxınlaşdılar. Biri qadına daldan, biri qabaqdan getdi, biri də ağzına verdi. Növbədə gözləyənlər isə maraqla bu mənzərəyə tamaşa edir, bir yandan da alətlərini oynadırdılar.

Zakirin qamışını götündə hiss edən Xeyransa ağrıdan çığırdı. Birinci dəfə qız vaxtı, qonşuluqdakı Qulam adlı oğlana, samanlıqda daldan vermişdi. Heç onda belə ağrı duymamışdı. Bu gün isə, sanki Zakir onun anal dəliyinə qırx düymlük isti boru soxmuşdu. Bir ara Rasim də öz şeyini vaginadan çıxarıb, Zakirinki ilə bir yerdə arvadın götünə soxdu. „Double anal“ əməliyyatı, bu çılğın orgiyaya tamaşa edən hər kəsin çox xoşuna gəldi. Kişilər bir anlıq əllərini şeylərindən çəkib, Rasimlə Zakiri alqışladılar.

Anasının bütün dəliklərdən qayırıldığını gözləri ilə görən Miriş xəcalət və hiddətdən pörtmüşdü, ancaq zarıya bilirdi. Çünki nə ağlamağa, nə qışqırmağa artıq taqəti qalmamışdı.

- Ana can! Ana! – təkcə bunları deyə bildi və anası ilə göz-gözə gəldi.

Xeyransa Mehdinin alətini ağzından bir anlıq çıxarıb, gözündən gillənən yaşı sildi. Əlindəki aləti oynada-oynada:

- Oğlum! Nə etdin sən?! – hayqırdı.

Elə bu anda, Mehdi anqıraraq nur üzlü Xeyransanın sürüşüb yerə düşmüş gül ətirli kəlağayısına boşaldı.

Əli Əkbər

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade