Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası

Альтернатива

 

 
Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində başqa ölkəyə verilməsini mümkün hesab etmir. O, SSR-i, ya da Rusiyanı İkinci Dünya müharibəsi illərində olduğu kimi Almaniya, Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır. 
 
“Əgər ruslar imperiyalarını yenidən bərpa etmək kimi bir axmaqlığa cəhd etsələr, özlərini elə münaqişələrə salacaqlar ki, Çeçenistan və Əfqanıstan onun yanında piknik istirahəti kimi gələcək”.
 
“Biz Sovet İttifaqını dağıtdıq, Rusiyanı da dağıdacağıq. Başqa şansımız yoxdur”.
 
“Rusiya ümumiyyətlə, artıq ölkədir”.
 
“Pravoslaviya Amerikanın əsas düşmənidir”.
 
“Məncə Qərb Putindən qorxmamalıdır, hətta o heç bizə qarşı ən cəlbedici fiqur da deyil. O mahiyyətcə rusların milli özünüdərk ərəfəsində ortaya çıxmış tipik rus avtokratıdır. Qərb şəxsi maraqlarını dəqiq müəyyən etməli və onları müdafiə etməyi bacarmalıdır. Rus imperiyasının yenidən qurulması ilə bağlı istənilən cəhdin qarşısını Rusiya ilə ortaq maraqlarda əməkdaşlıq etməklə almalıdır”.
 
“Rusiya – məğlub edilmiş səltənətdir. O nəhənglərin savaşında uduzub. İndi isə deyir ki, “məğlub olan Rusiya deyil, Sovet İttifaqıydı” – deməli gerçəklikdən qaçır. Əslində isə bu Sovet İttifaqı adlanan Rusiya idi. O Rusiyaya meydan oxuyurdu. O məğlub olub. İndi Rusiyanın böyük səltənət olması illüziyasına aldanmaq olmaz. Belə düşüncədən qaçmaq lazımdır... Rusiya doğranacaq və ayrı-ayrı dövlətlərin vassallığı altına salınacaq.
 
“Rusiya ya imperiya, ya da demokratik dövlət olmalıdır, ancaq o eyni zamanda hər ikisindən ola bilməz. Əgər Rusiya Avrasiya dövləti kimi qalsa, Avrasiya məqsədlərinə xidmət etməlidir, bu halda o imperiya kimi qalacaq, imperiya ənənələrinə sadiq Rusiyanı isə dünyadan təcrid etmək lazımdır. Biz bu vəziyyətə seyirci qalmayacağıq. Bütün Avropa dövlətləri və Birləşmiş Ştatlar Rusiyaya qarşı münasibətdə vahid cəbhə halında birləşməlidir”.
 
“Rusiya kimi böyük miqyaslı, on saat qurşağını tutan bir ölkə əslində uğurla inkişaf edə bilər. Lakin bunun üçün o mərkəzləşdirilməməli, illərlə eyni vəzifəni tutan, get-gedə daha çox parazitləşən elita tərəfində idarə olunmamalıdır”.
 
“Rusiyanı Avropa hissəsi, Sibir Respublikası və Uzaq şərq Respublikası kimi üç müstəqil konfederasiyaya bölsəydilər Avropa və Mərkəzi Asiyanın yeni yaranmış dövlətləri, həmçinin şərq dövlətləri ilə sıx iqtisadi münasibətlər qurub, bununla Rusiyanın inkişafını sürətləndirə bilərdilər”.
 
“Rusiyanın beynəlxalq arenada mühüm rola sahib olması üçün bircə geostrateji seçimi var” – bu Avropa Birliyi və NATO tərəfində genişəndirilən transatlantik Avropaya daxil olmaqdır.
 
“Yeni Dünya Düzəni Rusiyaya qarşı, Rusiyanın xarabalıqları üzərində və Rusiyanın hesabına qurulacaq”.
 
“Rusiyanın neçə çemodan nüvə silahı olursa olsun, ancaq neçə ki rus elitasının 500 milyard dollar pulu bizim banklarda yatır, onda bu elitanın kimə məxsus olduğunu müəyyən etmək lazımdır. Sizinmi, yoxsa artıq bizim?”
 
“Sovet İttifaqından öncə də mövcud olan bütün imperiyalar son nəticədə daxildən dağılıb hissələrə ayrılıb. Onlar daha çox birbaşa xarici hərbi məğlubiyyətlərin deyil, daxildən dezinteqrasiya (qapalı cəmiyyət), sürətlənən iqtisadi və sosial problemlərin qurbanı olub”.
 
Çeviri: Namiq Hüseynli
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade