Noam Çomski – Televizorları söndürün

Альтернатива

 

 
Kütləvi informasiya vasitələrinin köməyilə “Manipulyasiyanın 10 üsulu”
 
1. Diqqəti yayındırmaq
 
Cəmiyyəti idarə etməyin başlıca üsulu, siyasi və iqtisadi idarəetməylə məşğul olanlar tərəfindən, kütlənin diqqətini, həlli vacib olan problemlərdən yayındırmaq üçün informasiya məkanını daim önəmsiz, lakin maraqlı məlumatlarla doldurmaqdır. Diqqəti yayındırmanın belə üsulu insanların, iqtisadiyyat, psixologiya, neyrobiologiya və kibernetika elmləri sahəsində mühüm bilikləri qazanmağa mane olmaq üçündür.
“Vətəndaşların diqqətini daim əsl sosial problemlərdən yayındırmaq üçün, onları gerçək önəmi olmayan mövzulara yönləndirmək, beləliklə onların ara vermədən, nəyləsə məşğul olmasına və düşünməyə vaxt qalmamasına nail olmaq kapitalist idarəetmənin əsas simasıdır. Onlar bununla insanları bütün başqa heyvanlar kimi sahələrdən damlara qovulmaq prinsipi ilə yaşamağa sövq etmək istəyirlər (“Sakit müharibə üçün, sakit silah” kitabından sitat)”.
 
 
2. Problem yaratmaq, daha sonra onların həll yollarını təklif etmək
 
Verilmiş metodu həm də “problem-reaksiya-həll” adlandırmaq olar. Hansısa “şəaritdə”, kütlə arasında müəyyən reaksiya doğurmağa hesablanmış problem yaradılır ki, kütlə özü yuxarılara sərf edən tədbirləri görməyi tələb etsin. Məsəlçün, hakimiyyət şəhərlərdə zorakılığın artan xətlə inkişaf etməsinə gizlicə dəstək verir və qanlı terror aktları təşkil edir ki, vətandaşlar təhlükəsizliyi artırmaq üçün tədbirlər görülməsini tələb etsin, bu da son nəticədə vətəndaşın öz azadlığının məhdudlaşmasına gətirib çıxarır. Yaxud iqtisadi böhranlar vasitəsilə hökümətə əl verən şəkildə insanların sosial haqlarını pozmaq və dövlət qulluğundakı əlavə iş yerlərini ixtisar etmək buna misal ola bilər.
 
 
3. Tədricən qəbul etdirmək üsulu
 
İnsanlar tərəfindən qəbul edilməyən hansısa tədbiri görə bilmək üçün, onu tədricən, günbəgün, ilbəil həyata keçirməklə qəbul edilən şəklə salmaq olar. Məhz bu yolla keçən əsrin 80-90-cı illərində tamamilə yeni sosial-iqtiasadi həyat şərtləri (neoliberalizm) cəmiyyətə yeridildi.
Dövlətin funksiyalarını minimuma endirib, cəmiyyəti korporasiyaların istismarına buraxmaq, həyata inamsızlıq, qarışıqlıq, kütləvi işsizlik, normal həyat şərtlərini təmin etməyən aşağı əmək haqları; əgər bütün bunlar eyni vaxtda baş versəydi yəqin ki, inqilabın başlaması qaçılmaz olacaqdı.
 
 
4. Vədlərin yerinə yetirilmə vaxtını uzatmaq
 
Hal-hazırda xalq üçün əhəmiyyətli olan hansısa mühüm problemi özünə sərf edən şəkildə unutdurmaq üçün, başqa bir önəmsiz problemi “ağrılı və mühüm” adlandıraraq, önəmli problemin həllini gələcəyə saxlmaq adıyla xalqı aldadıb razı salmaq. Hal-hazırda nə isə qurban verməkdənsə, qurbanı gələcəyə saxlamaq insanlar üçün daha asandır.
Birincisi bu dərhal baş vermir. İkincisi xalq təbiətinə uyğun olaraq həmişə “hər şeyin sabah yaxşılaşacağına” və nə isə qurban verməkdən yaxasını qurtara biləcəyinə sadəlövcəsinə ümid edir. Bu həmçinin vətəndaşların dəyişikliklər barəsində fikirlərə öyrəşməsi və vaxtı gələndə onları asanlıqla qəbul etməsi üçün yaxşı üsuldur. 
 
 
5. Xalqa müraciət edərkən balaca uşaqmış kimi davranmaq
 
Geniş publikaya hesablanmış təbliğat çıxışlarının çoxunda elə dəlillərdən, personajlardan, söz və intonasiyadan sitifadə edirlər ki, sanki müraciət olunan kütlə əqli cəhətdən geri qalmış məktəb yaşında uşaqlar ya da hələ formalaşmamış şəxsiyyətlərdən ibarətdir.
Çıxış edən şəxs dinləyiciləri nə qədər möhkəm aldadıb, başını tovlamaq istəyirsə, nitqini bir o qədər uşaqlara təsir etməyə hesablanmış elementlərlə zənginləşdirir. Niyə? “Əgər kimsə uzun müddət yetişkin insanla on iki yaşlı uşaqmış kimi davransa, onun inandırma gücü daha çox olur və buna müvafiq cavab ya da reaksiya alınır, həmçinin insan tərəfindən tənqidi qiymətləndirmə də xeyli azalır”.
 
 
6. Diqqəti şüurlu düşüncədənsə emosiyalar üzərində toplamaq 
 
Emosiyalara təsir etmək, insanların rasional analiz etmə qabiliyyətini iflic etmək, nəticədə isə baş verənlərə ümumiyyətlə tənqidi yanaşmasının qarşısını almağa hesablanmış klassik üsuldur. Digər tərəfdən, emosiyonal faktordan istifadə etməklə şüuraltının qapılarını açıb, oraya arzulara, qorxulara, təhlükələrə, ehtiyaclara sövq edən davranış modelləri yeritmək olar. 
 
 
7. İnsanları cahillikdə saxlamaqla, haqqını tələb edə bilməyən qabiliyyətsiz nəsil yetişdirmək
 
İnsanların hansı metodlarla idarə edilib vahid iradəyə tabe edildiyini anlaya bilməmələri üçün savadsız qalmaqları vacibdir. “Cəmiyyətin aşağı təbəqəsinə verilən təhsil mümkün olduqca daha zəif və kortəbii olmalıdır ki, aşağı təbəqədə yayılmış savadsızlıq insanlara, yuxarı təbəqənin çatdığı mənsəbə çatmasına mane olsun”.
 
 
8. Vətəndaşlarda geridəqalmışlığa həvəs yaratmaq
 
Əhalinin beyninə axmaqlığın, geridəqalmışlığın və tərbiyəsizliyin dəbdə olduğu düşüncəsini yeritmək.
 
 
9. Günah hissini gücləndirmək
 
İnsanı bədbəxtiyində yalnız özünün günahkar olduğuna inandırmaq. Güya bu onun əqli keyfiyyətlərində çatışmamazlıqdan və kifayət qədər əzmkar olmamasından doğur. Nəticədə insan iqtisadi sistemə üsyan etmək əvəzinə hər şeydə özünü günahkar bilərək özünü alçaltmağa başlayır, bu isə öz növbəsində ayağa qalxmalı olan kütləni əksinə fəaliyyətsizliyə, əzikliyə və depressiyaya sürükləyir. Fəaliyyətsizlik vəziyyətində isə heç bir inqilabdan söz gedə bilməz!
 
 
10. İnsanlar haqda özləri özləri haqda bildiklərindən çox bilmək
 
Son 50 il ərzində elmin inkişafındakı uğurlar, sadə insanların biliyi ilə hakim təbəqənin sahib olduğu və xalqa qarşı istifadə etdiyi bilik arasında get-gedə böyüyən uçurumun əmələ gəlməsinə səbəb olub.
Biologiya, neyrobiologiya və tətbiqi psixologiyanın sayəsində “sistem” insan, onun psixikası və fiziologiyası haqqında mühüm bilikləri əlində cəmləşdirir. Bu minvalla hakimiyyətlər adi insanlar haqqında onların özləri özləri haqda bildiklərindən çox bilik toplaya bilmişlər. Bu əksər hallarda sistemin daha geniş hakimiyyətə sahib olması və insanları daha yüksək səviyyədə idarə edə bilməsi anlamına gəlir.
 
Çeviri: Namiq Hüseynli
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade