Quram Odişariya: “Bütün Gürcüstan üçün prezident tamadadır”

Интервью

 

- Batono Quram, sizi yeni siyasi "Gürcü arzusu" hərəkatının lideri Bidzina İvanişvili ilə nə birləşdirir?

- Bidzina İvanişvili mənim oxucumdur və mənim Cənubi Qafqazda sülh naminə olan bütün təşəbbüslərimi qiymətləndirir. Bizim tanışlığımız 2011-ci ilin dekabrında olub. Məhz həmin vaxt o ilk dəfə  Gürcüstanın gələcəyi mövzusunda öz siyasi ambisiyaları haqda bəyanat verdi və demək olar ki, tam bir ildən sonra qələbə dalğası ilə bu gün o, yeni Nazirlər Kabinetini təqdim etdi. Bu gün mənim üçün Bidzina bir nömrəli  liberal-demokratdır. Bizi birləşdirən odur ki, o da mənim kimidir - sadə bir gürcü ailəsindən, əyalətdən çıxan biridir. Bidzina Amerika arzularının simvoludur, özünü indi olduğu kimi inkişaf etdirəndir. Gürcüstan Dövlət Universitetinin əyani şöbəsinin tələbəsi olarkən, o, gecələri  sənaye müəssisəsində dəzgahla işləyib, eyni zamanda kitabxananı da ziyarət etməyə vaxt tapıb.

Elə onda, ilk görüşdə o öz xeyirhaxlığı mövzusunda  kifayət qədər  gürcücəsinə filosofluq etdi: "Şərab-Tanrının nektarıdır, Tanrı onunla  insanın rifahını sınayır. Nə zaman ki, şeypur (buynuz) şərabla doludur, onda mən əhvalımı və ruhumun vəziyyətini mənimlə bölüşə biləcək hər kəslə paylaşıram". Bu, o deməkdir ki, o, hər gün süfrəyə oturanda  Sakartvelo adlı  Tanrı torpaqlarında məskunlaşmış sadə insanları düşünür.

O, provaslav kilsələrinin tikilməsi və restovrasiyaları, həmçinin  kasıb təbəqə, Abxaziya və Cənubi Osetiyadan olan qaçqınlar üçün sosial layihələr həyata keçirən və bu möhtəşəm xeyirxah əməlləri ilə yanaşı, öz sadəliyi ilə tanınan əfsanəvi şəxsiyyətdir.  2012 -ci ilə qədər onun internet şəbəkəsində cəmi 2 fotosu var idi. O, hər zaman kölgədə qalmağa çalışırdı və Vətəni qarşısındakı borcunu sözlə yox, əməli ilə həyata keçirirdi. O, gürcü xalqı arasında mistik bir şəxsiyyətdir.

 Qraf Monte-Kristo kimi şöhrətlənib.  O, ağır 90-cı illərdə elm və incəsənət məbədlərini dəstəkləyirdi, gənc istedadların isə peşəkar inkişafını stimullaşdıraraq, onlar üçün  mükafat təsis etmişdi. O dövrdə maestro Robert Struanın başçılığı ilə fəaliyyət göstərən Rustavelli teatrının kollektivinin qorunub saxlanması da  İvanişvilinin xidmətidir. Həmçinin ədəbiyyatçılar və yazıçılar da diqqətdən kənarda qalmamışdılar. Xəstələr və zəiflər  üçün hospitallar tikdirdi. Siyahı çox böyükdü, bir müsahibədə onun bütün xeyirxahlığını qeyd etmək mümkün deyil. 

Yeni dövlət quruluşunun bərqərar olmasına keçidin heç nəsiz illərində   "qızılgül inqilabı" dalğasında o, müəssisələrin, infrastrukturların formalaşmasında yaxından iştirak edib. Gürcüstan postsovet məkanında DİN-də sovet idarəetmə üsulunu aradan qaldırmağı qərara alan ilk  dövlətdir. Mən özüm əslən heç vaxt Suxumi  şəhərində yaşamayan məcburi köçkün ailəsindənəm. Ədəbiyyatçı olmaqla yanaşı, qeyri-ixtiyari konfliktoloq oldum və ötən əsrdən Cənubi Qafqazın  millətlərarası konfliktlə bağlı bütün humanitar layihələrində iştirak edirəm. Bidzina qərara aldı ki, mənim mədəniyyət sahəsindəki ekstrimal təcrübəm Gürcüstanın yaradıcılıq mühitindəki  ziddiyətləri  birləşdirəcək. Amma onun diqqətinin əsası sarsılmaz gürcü xalqının ruhuna - Gürcüstan ərazisindəki provaslav kilsələrinin tikilməsinə və restovrasiyasına yönəlib.

-Qafqazlılar adət-ənənəli həyat tərzinə riayət edirlər: ağac əkmək, varis böyütmək, ev tikmək. Kilsə tikmək - bu, gürcü imzasıdır, həm də seçicilərin ürəyini qazanmaq cəhdi deyil ki?

- Əgər bütün Gürcüstanı gəzsən, həddindən artıq cürbəcür yeni məbədlər və kilsələr görərsən. Hətta bəzən hakimiyyət orqanlarının icraçıları ilə ziddiyətlər də yaranır ki, guya kilsələrin kortəbii şəkildə tikilməsi bu və ya digər yerlərin landşaftına ziyan vura  bilər. Hər zaman bizim tariximizdə gürcü kişilərini bütün çatışmazlıqlarından, sosial statuslarından asılı olmayaraq, kilsə tikintisi birləşdirib. Siz peşəkar bir  film tamaşaçısı kimi Tenqiz Abuladzenin dini "Tövbə" filminə baxmaqla buna əmin ola bilərsiniz.
 
- Çox simvolikdir ki, İvanişvilinin "Gürcü arzusu"nun  seçkiqabağı qərargah ofisi Gürcüstanın dini lideri, Katolikos  2-ci İliinin iqamətgahı ilə qonşuluqda yerləşir. Belə bir seçkiqabağı liberalizm hansısa bir gürcü modeli "provoslav  fundamentalizmi" nə çevrilməz ki?

- Yox! Birmənalı şəkildə yox... Siz, keçmiş SSR-nin ən beynəlmiləl şəhərlərindən birindəsiniz, bu gün isə Tiflis -  dünyanın qitələrarası və millətlərarası sintezini özündə birləşdirən ən kosmopolit mərkəzdir.  Əslində, Katalikos  2-ci İliinin məbəd komleksi ilə qonşuluqda məscid, sinoqoq və eyni zamanda digər dinlərin də məbədləri var.  Bu cür müxtəlifliklərə baxmayaraq, Cənubi Qafqazda  indi, SSR-nin dağılmasından 20 ildən artıq zamanın keçdiyi vaxtda da mənəvi böhran duyulmaqdadır.  Xüsusilə də  bu, millətlərarası konfliktlərin nəticəsində doğma  yuvalarını itirmiş qaçqın  və məcburi köçkünlərin olduqları yerlərdə daha da faciəli şəkildə
görünməkdədir.  Bu çətin  dünya quruculuğunda insan ləyaqətinin qorunması məqsədilə, elələrinə siyası güc tapşırırlar ki, onlardakı mənəviyyat  yalançı dərmanlara və antidepresantlara xidmət edir. Biz indi daşları yığmağın vaxtı çatdığı halda, çox ağır bir yük daşıyırıq. Bu çətin  prosesdir, lakin cəmiyyətin şüurunda  mənəviyyatın hərəkətverici  qüvvəsinin rolunu dəyişməklə, bunun öhdəsindən gəlmək mümkündür.

- Gürcülərin "Qızılgül inqilabı" sizin cəmiyyətinizə söz azadlığı verdi ki,  gürcülər bir-birilərinin sözünü eşidə bilsinlər, bir-birlərinin sözünü kəsməsinlər. Sonuncu parlament seçkilərində isə cəmiyyət növbəti etapa -seçki azadlığına addım atdı. Və tale öz hökmünü belə verdi ki, hazırda gələcək "Gürcü arzusu"yladır... və ya seçilmişlər üçün apriori  anlayışı olan arzu - çoxluq üçün isə nakam qalan xəyallara çevrilə bilər. Siz əminsiniz ki, arzular reallaşır? Yoxsa bu sadəcə bir enerjikonsern imperiyası  üçün tam uyğun gələn bir  reklam sloqanıdır?

-  Mən və mənim həmfikirlərim siyasi patriarx  Eduard Şvarnadzeni sovet partiya sistemindən miras qalan avtoritar idarəetmə üsuluna görə tənqid edirdik.  Müstəqil Gürcüstanın ən yeni tarixində o qismən özünü itirdi və ya Moskva və Vaşinqton arasında manevr etməyə başladı. Daha dəqiq isə belə deyək də, bir əlində iki qarpaz tutmağa çalışaraq, Vaşinqtonda "Moskvanı axtarırdı".  Onun siyasi karyerasının sonlarındakı hakimiyyəti xaos idi, amma bununla yanaşı KİV-ə münasibətdə diktat deyildi. Hətta dövlət telekanallarında da Şvarnadzenin ünvanına tənqidlər var idi. Belə nüanslardan çıxış edərək, mən bu nəticəyə gəlirəm ki, Gürcüstanın indiki prezidenti Mixail Saakaşvilinin hakimiyyətinin ikinci dövrünə nisbətən,  o dövrdə  daha çox söz azadlığı var idi. Korrupsioner keçmişlə mübarizə apararkən Saakaşvili söz azadlığını çap KİV-ində saxlamağı qərara aldı,  TV məkanına isə ciddi nəzarət  var idi. Həmçinin də Bidzina İvanişvilinin təşəbbüsü ilə yaranmış televiziya kanalı da  təzyiqlə üzləşmişdi. Gürcüstanın hər bir uzaq nöqtəsində veriliş hazırlamaq üçün lisenziya alınmasında çox ağır bürokratik əngəllər yaradılmışdı. Poti limanına verilişin hazırlanması üçün avadanlıq gəldikdə hansısa yolla gömrük yoxlanışından sonra həmin avadanlıq istifadəyə yarasız olurdu. Onun bərpa olunması üçünsə seçkiqabağı kampaniya müddətində 3 ay vaxt itirilirdi. Mən parlamentə səs topladığım Mergeliyada seçicilərlə görüşəndə kimin alternativ informasiya almaq imkanının olduğunu, kiminsə sadəcə Saakaşvilinin propaqandası ilə zombiləşdirildiyini dərhal aydın hiss edirdim. Gürcüstanın 20 illik müstəqillik dövründə bu seçkilər ən isterik fonda keçirdi və hakimiyyət tərəfindən olan mübarizə  SSR-nin dağılmasından əvvəlki yenidənqurma dövründən belə  amansız idi. Çox şadam ki, Gürcüstan əhalisi heç də çətin olmayan bu situasiyadan şərəflə çıxdı və bizim Vətənimizin gələcək xeyiri naminə  öz seçimini etdi. Saakaşvili təxminən belə etmədi: "qızılgül inqılabı"ndan sonra bizim gənclər  hətta onun özünü belə, ötəcək qədər inkişaf edtsinlər  və küçələrə çıxaraq, xorla ona  Azərbaycan ləhcəsi ilə "Миша ты кто такой, давай дасвиданья!»  desinlər.

Əminəm ki, növbəti seçkilər Gürcüstanın siyasi elitasının can atdığı Avropa Birliyi standartlarına tam uyğun və daha da şəffaf olacaq. Əminəm ki, bizim Demokratik Gürcüstanla bağlı arzumuz mütləq həyata keçəcək.

-Gürcüstan mədəniyyəti daha çox nəyi təbliğ edir - folkloru, yoxsa, akademik incəsənət növlərini?

- Biz gürcülər həm də  filosofuq, şərabdan içirik və həqiqət axtarışında dünyanın yüküylə bağlı mülahizələr yürüdürük, dahi Şota Rustavellinin irsiylə, onun "Pələng dərisi geyinmiş cəngavər" poeması ilə qürurlanırıq. Və belə bir ənənə formalaşıb ki, istənilən Qafqaz stolunda tamada gürcü olmalıdır. Mən bunu Bakıda, İrəvanda və Şimali Qafqazda olanda müşahidə etmişəm. Gürcülər  tarixən müharibələri və yenidənqurmalarıyla yanaşı, stolunun başında tamadası olan xalq olublar. Əgər obrazlı desək, bütün Gürcüstan üçün prezident tamadadır. Bu folklor  formalaşmış elə  bir stereoatipdir ki, biz gürcülər ədəbiyyatda, musiqidə (operetta), teatrda, kinematoqrafiyada, vizual incəsənətdə  özümüzlə istehza edərək, bunun öhdəsindən gəlməyi şərtsiz bacarırıq. Dahi həmyerlilərimizin sayəsində biz dünyəvi akademik mədəniyyətin bir hissəsinə çevrilmişik. Bütün mədəniyyət və incəsənət institutları Tiflisdə cəmlənib, amma Gürcüstanın bütün səyləriylə etnomədəniyyət ocaqlarını mühafizə edən digər əyalətləri də var axı, hansı ki, biz onları bütün nəsillər üçün qorumağa borcluyuq. Gürcüstanın ictimai həyatında folklorla akademik mədəniyyətin arasından keçən sərhəddin həddini tapmaq üçün müəyyən vaxt lazımdır. Bu mənada hesab edirəm ki, mən, məmur-funksioner vəzifəsi almamışam, öz sələflərimin səhvlərini təkrar etməmək üçün məsuliyyət almışam. Qarşıda məni parlament gözləyir, orada mənim mədəniyyət naziri vəzifəsinə namizədliyim müzakirə olunacaq və bu hansısa rubikondur.

Fürsətdən istifadə edib, 1905-ci il Qarabağ adlı bölgədə Azərbaycan və Ermənistan arasındakı konfliktdə  baş vermiş faciəli hadisələrdən bəhs edən ölməz "Kamança" əsərinin müəllifi, görkəmli yazıçı  Mirzə Cəlili (Cəlil Məmmədquluzadə - Kultura.az)  Qafqaz dünyasına bəxş etdiyi üçün Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm. Bir sülh keşikçisi -konfliktoloq kimi deyə bilərəm ki, bu kitab Qafqazda gedən uzunmüddətli konfiktləri aradan qaldırmaq üçün bir dərs vəsaitidir. Və ilk dəfə özüm üçün Mirzə Cəlili kəşf etdiyim sizin ( bizim) Kultura.Az portalı da həmçinin.

P.S. 25 oktyabr 2012-ci ildə Gürcüstan parlamenti plenar iclasında Quram Odişariyanı Mədəniyyət və abidələrin mühafizəsi naziri kimi təsdiq etdi.

Qısa bioqrafiya:

Quram Odişariya 1970-1975-ci illərdə Suxumi Pedoqoji İnstitutunda  tarix- filologiya fakultəsində təhsil alıb. 1976-1981-ci illərdə Abxaziya Dövlət radiosunda jurnalist, 1981-1982-ci illərdə regional qəzet müxbiri, 1985-1987-ci illərdə Abxaziya Yazıçılar Birliyində konsultant,  1987-1994-cü illərdə  "Riça" (Abxaziya, Suxami) ədəbiyyat jurnalının baş redaktoru,  1994-2003-cü illərdə məhşur Abxaz yazıçısı Qeorqiy Şerafaşidze adına Təqaüd komitəsinin sədr müavini, 2001-2003-cü illərdə  Qafqaz Forumunun "Gürcü və Abxaz cəmiyyəti arasında etibarın qurulması" layihəsinin Şura üzvü, 2002-2003-cü illərdə Cənubi Qafqaz yazıçılarının hazırlıq və nəşr üzrə "Yaşamaq vaxtıdır" layihəsinin koordinatoru, 2004-2006-cü illərdə MSC "Qafqaz Forumu", Gürcüstan üzrə koordinator kimi fəaliyyət göstərib.
2005-ci ildən  MSC  "Qafqaz Dialoqu" Şurasının üzvüdür.

Söhbətləşdi: Ülvi Mehdi

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade