Hollivud ulduzları hansı yazıçıları oxuyur?

Литература

 

Axı kimin ağlına gələ bilərdi ki, İrland əsilli amerikalı aktyor Corc Kluni Tolstoyu, yaraşıqlı Orlando Blum isə Dostoyevskini oxuyur? Və ya Harri Potter kimi tanınan Daniel Redkliff Bulqakovun fanatıdır? Sonuncunu demək olar ki, bütün Redkliff sevənlər bilir. Belə ki ”Gənc həkimin qeydləri”  serialında çəkilən zaman o bəyan etmişdi ki, Bulqakovun pərəstişkarıdır və bu cür layihədə iştirak etmək onun üçün böyük şərəfdir. Onun ən sevimli kitabı isə “Usta və Marqarita”dır.

Aktyor və rejissor Corc Kluni Lev Tolstoyun əsərlərini oxumağı çox sevir. Ən sevimli kitabı isə “Hərb və sülh”dür.
Orlando Blum Dostoyevskinin “Karamazov qardaşları” əsərini sevir. Yəqin ki, Leqolasın dövründə yaşasaydı, o, Hollivud versiyasında Alyoşa olardı. Amma “Muşketerlar 3D” filmində yaratdığı “pis oğlan” Bekinqem rolundan sonra o, İvanı daha yaxşı oynaya bilər.

Dostoyevskini Devid Şmer də sevir (“Dostlar” serialındakı Ross Qeller), onun sevdiyi əsər “İdiot”dur.

Coni Depp Keruakın pərəstişkarıdır, ən sevdiyi roman isə “Yolda” ("On the Road") romanıdır.

Ceyn Ostinin “Qürur və qərəz” filmindən tanıdığımız Kira Naytlinin sevdiyi kitab gözlədiyimiz kimi eyni kitabdır. Buna səbəb isə filmin çəkilişinə hazırlaşan zaman onun bu kitabı bir neçə dəfə oxuması olub. Əslində, o, Britaniyada yaşayır və bu kitabı film çəkilişində yox, daha əvvəl də oxuya bilərdi.

Kiradan fərqli olaraq, İton Kollecini bitirmiş britaniyalı Hyu Lori Amerika yazıçılarını oxumağı daha çox sevir.  Daha dəqiq German Melvillin “Mobi Dik” onun ən sevimli romanlarındandır.

Lap kiçik yaşlarından filmlərə çəkilən, hamının sevimlisi, bir neçə dəfə ağır psixoloji problemlərin öhdəsindən gələn gözəl Dryu Berrimor özünün bir nömrəli kitabı kimi avstriyalı psixoterapevt Viktor Franklın “İnsan məna axtarışında” (eng. "Man's Search for Meaning) kitabınının adını çəkir.  Bəlkə də bu kitab Dryuya ən çətin anlarda kömək olub.

“Asan taleyi olmayan” növbəti gözəl –Şarliz Teron amerikalı yazıçısı Kormak Makkartinin ən sadiq oxucusudur. Onun ən sevimli romanı həmin müəllifin Pulitser mükafatı almış “Yol” romanıdır.

Aviasiyanı və təyyarələrə aid hər şeyi sevən aktyor Con Travolta Artur Heylinin “Aeroport” romanını daha çox sevir. 

“Alatoran” (eng. "Twilight" ) filmində çəkilən ulduz Kristen Stüart təəcüblü olsa da klassik əsərləri oxumağı sevir. Onun ən sevdiyi yazıçı Con Steynbek və “Cənnətin Şərq tərəfi"  romanıdır (eng. "East of Eden").

Kristen Stüartla “Alatoran” filmində birgə çəkilən Robert Pattison isə dekadentçiliyə daha yaxındır və Bodlerin “Pisliyin çiçəkləri” (eng.The Flowers of Evil) kitabını sevir.

Ən qəribə kitab zövqü olan isə Bryus Uillisdir. O, jurnalistlərə bəyan edib ki, onun ən sevimli kitabı Herodotun “Tarix” kitabıdır.

Tərcümə etdi: Leyla

Kultura.Az

 

Kultura.az | Developed by Samir Yahyazade