Habitus Servus

Альтернатива

 

Dində itaət edilən qüvvədən asılılıq artdıqca bu üz ifadəsi tədricən dəyişilir və bir nöqtədən sonra artıq fanatizmə yuvarlanmanın əyani nümunəsi olan heyrət və fərqli düşünənlərə nifrət bütün mənzərəni korlamağa başlayır. Danışıq zamanı bu şəxslərin  öz dediklərinə reaksiyasını anlamaq üçün diqqətlə fikir versəz və bu sahədə özünüzü inkişaf etdirsəniz qorxu, alçaltma, yalan, qorunma reflekslərini asanlıqla tuta bilərsiniz. Bu mikro mimikaların araşdırılması məsələsi böyük araşdırmalara səbəb oldu. İlk dəfə 1960-cı ildə William Condon saniyənin 1/25-də şüuraltı surətdə edilən mikro mimik hərəkətləri ayırd etdi. Bu mövzuda aparılan bir çox araşdırmadan sonra Paul Ekman Dangerous Demeanor Detection- yəni təhlükəli niyyətin aşkarlanması proyektini reallaşdırmaq üçün mikro mimikalardan istifadə etməyi planlaşdırır. Təsəvvür edin ki, nə qədər professional olsa belə bir oğru və ya intihar üçün bombalanmış biri qeyri- ixtiyari formada mikro mimikalarla daxili niyyətini büruzə verir. 

Bütün bunlara baxmayaraq Ekman detektorları fikir cinayəti ilə lazım oldu olmadı bir çox insanın həbs oluna biləcəyini nəzərə alsaq demokratik və şəxslərin düşüncə azadlığına xələl gətirə biləcək bir cihaz olacağını irəli sürən bir çox alim var. Bunun üçün George Orwell-in "1984" əsərini xatırlamaq kifayətdir. Ancaq bu cihaz şübhəli olaraq nəzarətdə olan şəxslərdə istifadə oluna bilər.
 
İnsanlara güvənməyin onsuz da çox çətin olduğu bu zamanda məsumluq maskası altında oynanan oyunlar çox təhlükəlidir. Bunu etiraf etmək lazımdır ki, əksər hallarda insanlara sadəcə xarici görünüşünə və üz ifadəsinə baxaraq qiymət veririk. Və maraqlı statistikadır ki, həbsdə yatan insanların 0.3%-dən azı ateistdir. Fikir vermisinizsə ən azılı uşaq qatillərinin, kütləvi qətllər törətmiş şəxslərin üzündə sakit və həmin məsum ifadəni görürük. Bu onların ən böyük silahlarından biridir. Və bunu onlar yenədə inanc vasitəsilə- etdiklərinin doğru olduğuna inancları hesabına əldə edirlər. İnkvizisiyalar, daşlamalar, HNO3-lə üzü yandırmaq, dəriləri soymaq, dar ağacında asmaq tədbirləri də təəssüf ki, doğru olduqlarına inanc ilə həyata keçirilir və Brunoları yandıranda, Nəsimilərin dərisini soyanda üzlərdə həmin məsum ifadə vardır. 
 
Yazının adındakı Habitus Servus  yenidoğulmuşlarda olan saf ifadəni yox sonradan yaranan formanı ifadə edir. Sual yarana bilər ki, bəs insanın üzündəki ifadə necə olmalıdır? Bunun sadə bir cavabı var: Özünəməxsus. Təəssüf ki, siniflərə, təbəqələrə, inanc sistemlərinə, düşüncə formasiyalarına parçalanmış insanlar mənsub olduqları etiqada və sinifə məxsus ifadə ilə maskalanır.
 
İnsanlar arasında sadistik xarakterli olanlar gizli bir hörmət qazanır. Hansı ki, bu heç də həmin şəxsin real gücüylə mütənasiblik təşkil etmir. Sadəcə qorxu və ierarxik pillələşməyə meyl və ya köləlik psixologiyası bu itaəti yaradır yəqin ki. Bu mövzuda psixoloqların dərin araşdırmaları vardır. Problem ilk anda aktual bir məsələ kimi nəzərə çarpmasa da əslində insan üzərində hakimiyyətin əsasında bu prinsip özünü göstərir. Tabe olmaq və müqəddəratın başqasından asılı olmanın gizli bir rahatlıq verdiyi fikri daha inandırıcıdır.Hər hansı sadist tipli qurumdan əziyyət çəksə də buna qatlaşan insan özünə bəraət qazanmağa çalışır və tədricən hər iki formada qızğın müdafiəçiyə, buna gücü çatmadıqda isə sadə müti qula çevrilir. Başqaldıran insan olmaq lazımdır amma bu yalnız təsir altında qalmadan edildiyi zaman həqiqətən hörmətə layiqdir. Əks təqdirdə üzündə yuxarıdakı mimika yaranmağa başlayacaq və ola bilsin bu yazını həmin ifadə ilə oxuyursunuz?
 

Tural Mikanayev

Kultura.az | Developed by Samir Yahyazade