Hüqonun parlamentdə mətbuat azadlığı və yazıçıların həbsi ilə bağlı çıxışı
Görürəm, Məclis müzakirənin yekunlaşmasını səbirsi…
Azərbaycan ədəbiyyatına öz yenilikləri ilə töhfə vermiş, gənc nəslin düşüncəsində inqilabi dəyişikliklər etmiş "Alatoran" dərgisinin 18-ci sayı işıq üzü görüb. Dərgi bütünlüklə yeni alman ədəbiyyatına həsr olunub.
Almaniyalı səkkiz yazar Azərbaycan oxucusuna Azərbaycan və Alman dillərində bədii qiraətlə təqdim olunacaq: Ditmar Dat, Cenni Erpenbek, İris Hanika, Volfqanq Herndorf, Katrin Passinq, Kristof Peters, David Vaqner, Peter Vavertsinek.
Noyabrın 29-da saat 18:00-da KAPELHAUSDA dərginin təqdimat mərasimi olacaq. Arzu edən hər kəs iştirak edə bilər.
Kapelhaus (Alman Mədəniyyət Mərkəzi) 28 May küçəsində, Alman kilsəsinə bitişik yerləşir.
Kultura.az