Deyəsən, "Sevdiyim qadın" çox su aparacaq

Литература

 

 
Düzdür, romanda Rusiyada oxuyan gənc alim, şair, millətinə, türkçülüyə, dövlətçiliyə bağlı, hələ bu vaxta qədər əli bir qadın əlinə dəyməsə də neçə-neçə dövlət düşmənini qətlə yetirmiş baş qəhrəman Eyvaz Axundovun özündən beş yaş böyük Humay adlı evli bir qadına aşiq olmasından bəhs olunur.
 
Amma bu ilk baxışdan belədi. Əsər Azərbaycan hakimiyyətində təmsil olunan siyasətçilərin prototipləri ilə boldur. Belə ki, romanda məhşur bir generalın, rektor Kamal Abdullanın, Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovun, hətta ən yüksək vəzifə sahiblərinin də prototipi yaradılıb.
 
Romanda Əhməd Şahidovun həyatı ilə bir çox oxşarlıqlar var. Məsələn, baş qəhrəman Eyvaz da müəllif kimi Moskvada Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akamdemiyasında təhsil alır, hər ikisi Bakı Slavyan Universitetini bitirib, hətta hər ikisi doktorluq dissertasiyalarını eyni işdən müdafiə ediblər. Müəlliflə qəhrəmanın telefon nömrələri də eynidi. Hər ikisi şairdi, kövrələndə, özlərini tənha hiss edəndə şeir yazırlar. Hər ikisində də “zerkalni nömrə” xəstəliyi var.
 
Qəhrəmanlarla müəllif arasında fərqlər isə cüzidir, məsələn qəhrəman MTN işçisidir və özündən böyük xanıma aşiq olub.
 
İrana xüsusi tapşırıqla yollanan məhşur generaldan tələb edir ki, sevgilisi Humayı Bakı Slavyan Universitetinə prorektor təyin etsinlər. Doğurdan da Prezident Adminstrasiyasından Kamal müəllimə zəng gəlir və Humay prorektor təyin olunur.
 
Müəllif bilməyərəkdən, ölkədəki mənzərəni çılpaqlığı ilə təsvir edib. Deyəsən, bu  roman çox su aparacaq.
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade