post-title

Noam Çomskinin Anarxizm, Marksizm və gələcək haqda fikirləri (II hissə)

İlk dəfə İrlandiyanın Red & Black Revolution jurnalının 2-ci sayında, 1996-cı ildə nəşr olunmuşdur.

 

(müsahibənin I hissəsi)

İspaniya İnqilabı

RBR: Keçmişdə, anarxizmdən danışarkən, tez-tez İspaniya İnqilabı təcrübəsi üzərində dayandınız. Sizə görə bu təcrübənin iki əhəmiyyətli tərəfi var. Bir tərəfdən İspaniya İnqilabı "praktikada anarxizmin yaxşı bir nümunəsi idi" deyirsiniz. Bir tərəfdən də eyni zamanda İspaniya İnqilabının fəhlələrin öz səyləriylə iştirakçı demokratiyanı istifadə edərək reallaşdıra biləcəkləri şeylərin yaxşı bir nümunəsi olduğunu ifadə edirsiniz. Bu iki anlayış - praktikada anarxizm və iştirakçı demokratiya - sizə görə tək və eyni şeydir? Anarxizm xalqın gücündən qaynaqlanan bir fəlsəfədir? 

CHOMSKY: Ortaq dəyərlərlə bağlı bir şeydən danışanda fəlsəfə kimi sözləri stifadə etmək istəmirəm. Ayrıca şüarlardan da xoşlanmıram. İnqilab əzilməzdən əvvəl, İspan fəhlə və kəndlilərinin bacardığı şeylər bir çox istiqamətdən təsir edici idi. "İştirakçı demokratiya" fərqli bir məzmunda inkişaf etmiş, daha yeni bir termindir, ancaq şübhəsiz bənzədikləri nöqtələr var. Bu qısa bir cavab kimi görünürsə də təəssüf edirəm. Ancaq bunun səbəbi məncə, nə anarxizm nə də iştirakçı demokratiya anlayışlarının eyni şey olub olmadıqları sualına cavab verilə biləcək qədər açıq olmamalarından qaynaqlanır.

RBR: İspaniya İnqilabının bacardığı ən əhəmiyyətli şeylərdən biri də demokratiya köklərinin möhkəmliyi idi. 3 milyondan çox insanın rol oynadığı deyilir. Əyalət və şəhər istehsalı fəhlələrin özü tərəfindən idarə edilirdi. Sizcə fərdi azadlığı müdafiə etdikləri bilinən anarxistlərin, kollektiv rəhbərlik sahəsində müvəffəqiyyətli olmaları bir təsadüf idi?

CHOMSKY: Çox da təsadüf deyil. Anarxizmin hər vaxt üçün ən razı salıcı tapdığım meyli, əmr vermə mövqesindəkilər tərəfindən deyil (yenə iqtidarın qanuni görülə biləcəyi bəzi vəziyyətlərdəki xüsusi hadisələr xaricində) iştirakçılar tərəfindən nəzarət edilən, bir çox fərqli quruluşu (iş yeri, cəmiyyət və başqa könüllü birlikləri) bütövləşdirən, üst səviyyədə təşkilatlı bir cəmiyyət nəzərdə tutanlardır.

Demokratiya

RBR: Anarxistlər demokratiyanın köklərini meydana gətirərkən çox vaxt olduqca böyük səy göstərmişlər. Hətta əksəriyyətən demokratiyanı ekstremal nöqtələrə aparmaqla günahlandırılırlar. Ancaq buna baxmayaraq, bir çox anarxist demokratiyanı anarxist fəlsəfənin əsas bir elementi olaraq təyin etməyə hazır deyil. Anarxistlər əksərən siyasətlərini "sosialist" ya da "individual" izah edirlər - anarxizm demokratiyayla əlaqəlidir deməkdən xoşlanmırlar. Demokratik idealların anarxizmin əsas xüsusiyyətlərindən biri olduğu fikri ilə razısınız? 

CHOMSKY: Anarxistlərin "demokratiya" tənqidi çox vaxt yüksək təzyiq tətbiq olunan cəmiyyətlərdə ortaya çıxır, buna görə parlament tipli demokratiya tənqid hədəfi olmuşdur. Elə azad olan ABŞı götürək:

Amerikan demokratiyası 1787-ci ildə Konstitusiya Konqresində Ceyms Madisonun vurğuladığı şəkildə, hökumətin başlıca vəzifəsinin varlı azlığı əksəriyyətdən qorumaq olduğu qanunu üstündə qurulmuşdur. Bu səbəblə, o dövrün tək yarımdemokratik ölkəsi olan İngiltərəni nümunə göstərərək cəmiyyətin hamısına ictimai işlərdə söz haqqı verilsə, xalqın bərabərliyə istiqamətli islahatları və ya başqa heyvanlıqları reallaşdıra biləcəyi barədə xəbərdar edir və Amerikan sisteminin, müdafiə olunması (əslində hakim olması) lazım olan mülkiyyət haqqlarına istiqamətli hücumlar qarşısında oyaq olması lazım olduğunu deyirdi. Parlamentli demokratiya bu çərçivədə əsl azadlıqçılar tərəfindən kəskin bir tənqid haqqını qazanıb və - yalnız bir dənəsindən danışmaq lazım olsa - köləlik ya da ödənişli köləlik kimi 19-cu əsr və sonrasına qədər anarxizm və ya kommunizmi heç eşitməmiş xidmətçilər tərəfindən şiddətlə tənqid olunan başqa bir çox xüsusiyyətinə də burada toxunmuram.

Leninizm

RBR: Cəmiyyətdəki hər hansı mənalı bir dəyişiklik üçün demokratiya köklərinin əhəmiyyəti açıq görünür. Ancaq keçmişdə sol bu mövzuda bağlı idi. Ümumiyyətlə danışıram, ictimai demokratiyanın yanında Bolşevizm kimi sol ənənələrin, tam demokratik praktikadan çox seçici düşüncəylə ortaq nöqtəsi varmış kimi görünür. Yaxşı bilinən bir nümunə vermək lazım olsa Lenin anladığım qədəriylə, peşə şüurundan daha çox bir şey inkişaf etdirə biləcəklərindən şübhə edərək, fəhlələrin mövcud vəziyyətlərindən başqasını görə bilməyəcəklərini demək istəyirdi. Oxşar şəkildə, İngiltərədəki Fəhlə Partiyasında çox təsirli olan sosialist Beatrice Webbin fikri də, fəhlələrin ancaq at yarışı təxminləriylə maraqlandığı barədə idi. Bu seçici yanaşmanın qaynağı nədir və solda nə işi var?

CHOMSKY: Qorxuram mənim üçün bunu cavablamaq çətindir. Əgər soldan nəzərdə tutulan "Bolşevizm"i də ona daxil etməkdirsə özümü qəti olaraq soldan ayıraram. Mənim fikrimə görə, ortaya qoyduğum səbəblərdən ötrü Lenin, sosializmin ən böyük düşmənlərindən biri idi. Fəhlələrin yalnız at yarışlarıyla maraqlandığı düşüncəsi, fəhlə tarixinə səthi bir baxışla ya da yazdığım yerdən çox uzaqda olmayan New England'ın sənaye qəsəbələri də daxil bir çox yerə yayılmış canlı və müstəqil fəhlə sinfi mətbuatıyla belə uyğunlaşmayan bir axmaqlıqdır - əziyyət və təzyiqə məruz qalmış insanların keçmişdən günümüzə uzanan həyəcan verici, cəsur mübarizə tarixlərindən danışmıram hələ. Bu yarımkürənin ən yazıq küncü, Avropalı fatehlər tərəfindən bir cənnət və Avropa xəzinəsinin bir qaynağı sayılan, ancaq yaxşılaşmanın kənarında xaraba edilən Haitini nümunə gətirək. Varlı ölkələrdə yaşayan çox insanın xəyal belə edə bilməyəcəyi qədər səfil şərtlərdə yaşayan kəndlilər bir neçə il içində, bu günə qədər gördüklərimdən çox daha üstün demokratik bir xalq hərəkatı yaratdılar. Amerikan ziyalıları və siyasi liderlərinin, ABŞın Haitililərə demokratiya dərsi verməsi lazım olduğu mövzusundakı şərhlərini eşitdiklərində, mövzuyla dərininə məşğul olan şəxslər gülməkdən yerlərə yatmışdılar. Güclü olan tərəf baxımından qazananlar elə əhəmiyyətli və qorxuducu idi ki, ABŞın təxmin ediləndən çox daha çox dəstəyini alan yeni iyrənc bir terror dalğasıyla qarşı-qarşıya qaldılar və hələ təslim olmadılar. Yalnız at yarışlarıylamı maraqlanırlar?

Russodan hərdən bir sitat gətirdiyim bir neçə sətiri xatırlatmaq istəyirəm: 

Avropalılar tərəfindən hissiyyatsızca alçaldılan və yalnız azadlıqlarını qorumaq üçün aclığa, atəşə, qılınca və ölümə dözən bütünlüklə çılpaq kölə izdihamlarını görəndə, kölələrə bu şəkildə davranmanın azadlıqla uyğun gəlməyəcəyini hiss edirəm.

Marksizm

RBR: Leninizm xüsusi olaraq, V.İ. Leninlə ortaya çıxan bir marksizm formasını təyin edir. Xüsusi Lenin tənqidinizdə "Leninizm" terminini istifadə edərkən Marksın işlərini qəti olaraq ayırırsınızmı? Marxın düşüncələri və Leninin sonrakı praktikası arasında bir davamlılıq görürsünüzmü? 

CHOMSKY: Bakuninin bütün despot hökumətlərin ən pisini qura biləcək olan Qırmızı bürokratiya haqqındakı xəbərdarlıqları Lenindən çox əvvəl idi və cənab Marksın təqibçilərinə istiqamətlənmişdi. Əslində çox fərqli növdə təqibçilər vardı; Pannekoek, Lüksemburq, Mattikk və digərləri Leninin çox uzağında idi və əksəriyyətlə fikirləri anarxo-sindikalizmin elementlərinə yaxın idi. Əslində, Korş və digərləri İspaniyadakı anarxist inqilabla əlaqədar müsbət şeylər yazdılar. Marksdan Leninə bir davamlılıq var, amma eyni zamanda Lenin və Bolşevizmi sərt tənqid edən Marksistlər də var. Teodor Şaninin, Marksın son zamanlarında kəndli inqilabına istiqamətli rəftarına bağlı keçən illərdəki yazısı yenə bununla əlaqədardır. Bir Marks mütəxəssisi olmaqdan uzağam və bu problemin bir tərəfidir, varsa belə, bu ənənələrdən hansının "əsl Marks"ı əks etdirdiyi mövzusunda ciddi bir fikir irəli sürmək riskini ala bilmərəm.

RBR: Ən son sizin (keçən il ABŞda Discussion Bulletin tərəfindən təkrar çap olunan) Notes On Anarchism (Anarxizm haqqında qeydlər) əsərlərinizdən birini aldıq. Burda gənc Marksın fikirlərindən, xüsusilə də kapitalizm içində xariciləşmədən bəhs edirsiniz. Ümumiyyətlə Marksın həyatı və işləri mövzusunda bu ayrı-seçkiliyə qatılırsınızmı - gənckən daha azadlıqçı bir sosialist, ancaq sonrakı illərdə, qatı bir avtoritar?

CHOMSKY: Gənc Marks içində yaşadığı mühitdən çox şey götürmüşdür və klassik liberalizmlə, Fransız və Alman Romantizminin müxtəlif fikirlərini canlandıran düşüncə tərziylə bir çox bənzərliklər tapıla bilər. Yenə də ona avtoritar deyəcək qədər Marks mütəxəssisi deyiləm. Nə olursa olsun təəssüratım odur ki, gənc Marks daha çox gec Aydınlanmanın bir nümunəsi idi və sonrakı Marks, sosialist alternativlər mövzusunda deyəcək az şeyi olan, kapitalizmin tənqidçi bir analizçisi və çox avtoritar bir aktivist idi. Ancaq bunlar təəssüratlarımdır.

RBR: Anladığım qədəriylə, düşüncələrinizin əsası insan təbiəti anlayışından bəslənir. Keçmişdə insan təbiəti, bildiyim qədərilə, geriçi hətta məhdudlaşdırıcı bir şey olaraq görülürdü. Məsələn, insan təbiətinin dəyişmədiyi fikri əksəriyyətlə, faktların niyə ibtidai icmadan bəri anarxizm istiqamətində dəyişmədiyi mövzusunda bir arqument olaraq istifadə edildi. Siz fərqli bir fikrə sahibsiniz. Niyə?

CHOMSKY: Hamımızın dünyagörüşünün əsasının bir qismi insan təbiəti anlayışından meydana gəlir, ancaq bunun fərqində olmaqdan uzaq və ya bunu ifadə etməkdən məhrum olmaq mümkündür. Heç olmasa, özlərini heyvanlar deyil yaxşılığın nümayəndəsi olaraq görən insanlar üçün bu doğrudur. Heyvanlar bir tərəfə, islahat və ya inqilab, ya da sabitlik və ya köhnə dövrlərə qayıtmaq, ya da sadəcə hər kəsin öz tarlasını əkməsi tərəfdarı bir adam belə bunun "insanlar üçün yaxşı" olduğu fikrindən güc alır. Bu mənada hər hansı bir insandan fərqli deyiləm.

İnsan təbiətinin "geriçi" bir şey olaraq görüldüyü mövzusunda haqlısınız, ancaq bu dərin bir qarışıqlığın nəticəsi olmalıdır. Nəvəm bir qaya, bir kərtənləli, bir toyuq, bir meymundan fərqsizdir? Bu axmaqlığı  görən və bir tərəfə buraxan biri, fərqli bir insan təbiəti olduğunu qəbul edər. Bunun nə olduğuna bağlı böyük bir elmi maraq və insani əhəmiyyətiylə birlikdə olduqca əhəmiyyətli və ovsunlayıcı bir sualla baş-başa qalırıq. Bəzi istiqamətlərini yaxşı bilirik, ancaq insanın əhəmiyyətinə bağlı başlıcalarını deyil. Bunlardan başqa, ümidlərimiz və diləklərimiz, hisslərimiz və təxminlərimizlə baş-başa qalırıq.

Bir insan embrionunun qanadlar çıxara bilmədiyi və ya sisteminin bir böcəyinki kimi funksiya görə bilmədiyi və ya göyərçinlərin yuva qurma instinktlərindən məhrum olduğundan, məhdud olduğu gerçəyinin gerilədici heç bir tərəfi yoxdur. Orqanizmin inkişafını məhdudlaşdıran bəzi faktorlar eyni zamanda zəngin və fövqəladə qabiliyyətlərdəki müxtəlif növlərlə təməl istiqamətlərdən bənzərlik daşıyan, qarışıq, kompleks və yüksək səviyyədə inkişaf etmiş bir quruluşa çatılmasına da imkan verirlər. Belə təyin edici kompleks strukturlardan məhrum bir orqanizm, şübhəsiz başlanğıcdan inkişaf mərhələlərini məhdudlaşdırır, amöb bənzəri bir növ varlıq ola bilər, (bir şəkildə həyatını davam etdirə bilsə belə) acınılacaq bir şey olar. İnkişaf sahəsi və sərhədləri məntiqi baxımdan bir-birlərinə bağlıdır.

Haqqında çox şey bilinən az sayda ayırd edici insan qabiliyyətlərindən biri olan dili götürək. Ola biləcək bütün insan dillərinin çox bənzər olduğuna inanmaq üçün çox güclü səbəblərimiz var; insanları araşdıran Marslı bir elm adamı dünyada kiçik dəyişikliklərlə yalnız tək bir dil olduğuna qərar verə bilər. Bunun səbəbi, insan təbiətinin dilin doğuşunun altında yatan xüsusi istiqamətinin çox məhdudlaşdırıcı variantlara icazə verməsidir. Bu məhdudlaşdırıcıdır? Əlbəttə. Bu azadlaşdırıcımı? Yenə əlbəttə. Düşüncənin zəngin və kompleks bir şəkildə ifadə edilməsi sisteminin çox əskik, dağınıq və fərqli təcrübələr əsasında bənzər yollarla inkişafını təmin edən də bu məhdudlaşdırmalardır.

Yaxşı bəs bioloji baxımdan təyin olunmuş insan fərqlilikləri mövzusu? Bunların varlığı şübhəsiz doğru və qorxu ya da peşmanlıq deyil, xoşbəxtlik qaynağıdır. Bənzərlərinin arasında bir həyat dözüləcək kimi deyil və ağlı başında bir insan yalnız özündə olmayan qabiliyyətlərə sahib olan bir başqasını gördüyündə sevinir. Bunu anlamaq asan olmalıdır. Düşüncəmə görə, bu mövzulardakı ümumi inanış əslində qəribədir.

İnsan təbiəti, necə bir şeydir? Anarxist həyat formalarına icazə verər mi ya da bunlara bir maneədirmi? Elə ya da belə, bunları cavablayacaq kafilikdə bilmirik. Bunlar boş söhbətlərin deyil təcrübə və kəşflərin mövzusudur.

Gələcək

RBR: Sona yaxınlaşarkən, sizə qısaca solun gündəmində olan bəzi mövzularla əlaqədar şeylər soruşmaq istəyirəm. ABŞda vəziyyət eynidirmi bilmirəm, ancaq burda SSRİnin dağılmasından sonra solda müəyyən bir mənəvi çöküntü ortaya çıxdı. Bu, insanların SSRİdə var olan şeyin o qədər də səmimi dəstəkçiləri olmasından çox SSRİnin ölümüylə birlikdə sosializm düşüncəsinin də geridə qaldığına bağlı ümumi bir duyğu idi. Bu növ bir mənəvi çöküntü ilə qarşılaşdınızmı? Buna istiqamətli reaksiyanız nədir?

CHOMSKY: Mənim Sovet tiranlığının sonuna reaksiyam Hitler və Mussolininin uduzmasına reaksiyamın bənzəridir. Hər şərtdə bu insan ruhu adına bir zəfərdir. Sosializmin böyük bir düşməni çökdüyündən, xüsusilə sosialistlərcə yaxşı qarşılanmalıdır. Tiranlığın çöküşüylə birlikdə - özlərini anti-Stalinist və anti-Leninist olaraq sayanlar da daxil olmaq üzrə - insanların əhvallarının pozulduğunu görmək sizin kimi mənim də marağımı cəlb etdi. Bunun ortaya çıxardığı şey budur ki, bu insanlar Leninizmə düşündüklərindən daha dərindən bağlanmışdılar. Ancaq, eyni ölçüdə demokratik və sosialist olan (ikisinin birdən olma iddiasında ilk dəfə Qərbdə lağ edilərkən, ikincisinin - Qərbli ziyalıların iqtidara xidmətlərinin nümunələrindən biri şəklində - sosializmə qarşı bir silah olaraq könüldən qəbul edildiyini xatırlayaq) bu vəhşi və zorba sistemin yox olması mövzusunda düşünülməsi lazım olan başqa səbəblər var. Səbəblərdən biri Soyuq müharibənin təbiəti ilə əlaqəlidir. Belə düşünürəm ki, Soyuq Müharibə əhəmiyyətli ölçüdə, Avropanın dünyanın böyük hissəsini işğalı üçün istifadə edilən hal-hazırdakı daha nəzakətli termini istifadə etsək, "şimal-cənub anlaşılmazlığı"nın xüsusi bir vəziyyəti idi. Şərqi Avropa orijinal "üçüncü dünya" olmuşdu və bu vəziyyətdə ölçü fərqlilikləri anlaşılmazlığa özünə xas bir həyat vermiş olsa da, 1917-ci ildən bəri Soyuq Müharibənin üçüncü dünyanın digər seqmentlərinin müstəqil bir yol izləmə səyləriylə bənzər bir tərəfi yox idi. Bu səbəblə, məntiqli olan tək şey bölgənin əvvəlki vəziyyətdəki statusuna geri dönməsini gözləmək idi: Çexiya ya da Qərbi Polşa kimi Qərbin parçalarının Qərbə qatılması gözlənilərkən, digərləri ənənəvi xidmət rollarına dönürdülər və (ümumiyyətlə onu digər alternativlərə seçən Qərbli dövlət kapitalizmi gücünün təsdiqiylə) köhnə nomenklatura (Qeyd: Kommunist partiyasının idarəçiləri) da standart üçüncü dünya elitasına dönüşürdü. Bu xoş bir mənzərə deyildi və çox böyük ağrılara gətirib çıxardı.

Üzərində dayanılması lazım olan başqa bir mövzu da, daşındırıcılıq və əlaqəsizlik problemiylə əlaqədardır. Sovet imperiyası hər nə qədər qrotesk olsa da, varlığı əlaqəsizlər üçün müəyyən bir hərəkət sahəsi təqdim edirdi və tamamilə sinik səbəblərlə Qərbli hücumların qurbanlarına bəzən kömək təmin edirdi. Bu variantlar itdi və cənub bu nəticələr üzündən iztirab çəkir.

Üçüncü bir səbəb ticari mətbuatın lüks həyat formasıyla şişirdilmiş "Qərbli fəhlələr" dediyi şeylə əlaqədardır. Şərqi Avropanın çoxunun ağıla dönməsiylə birlikdə, mülk sahibləri və idarəçilərin fəhlə sinfinə və evdə oturan yoxsullara qarşı yeni, güclü silahları var. General Motors və Volksvagen istehsalı yalnız Meksika və Braziliyaya deyil, xərcin bir parçası olacaq xüsusiyyətli və təhsilli işçilər tapa biləcəkləri Polşa və Macarıstana da transfer edə bilər (ya da heç olmasa əksəriyyətlə eyni şey demək olduğundan bununla təhdid edə bilər). Yol göstərici dəyərlər yaratdıqları üçün gözlənililəcəyi şəkildə bundan zövq alırlar. Kimin alqışladığına və kimin bitməsindən sonra bədbəxt olduğuna baxaraq Soyuq Müharibənin (ya da hər hansı bir başqa anlaşılmazlığın) nə ilə əlaqədar olduğu mövzusunda çox şey öyrənə bilərik. Bu baxımdan Soyuq Müharibənin qalibləri, indi ən vəhşi yuxularının kənarında varlı olan, Qərbli elitlər və köhnə Nomenklaturanı, məğlubları isə Şərqdəki əhalinin əhəmiyyətli bir qismiylə birlikdə Qərbli fəhlələri və yoxsulları, buna əlavə olaraq da müstəqil bir yolu seçmiş olan Cənubdakı xalq seqmentlərini əhatə edir.

Belə düşüncələri qəbul edə bildikləri zaman belə - hansı ki, bu nadir görülən bir şeydir - bu düşüncələr Qərbli ziyalılar arasında isterikaya yaxın bir duyğu doğurur. Bunu izah etmək asandır. 

Ümumiyyətlə, dürüst bir adamın Soyuq Müharibənin sonuna reaksiyası, yalnız vəhşi tiranlığın çöküşünə istiqamətli bir məmnuniyyət olmaqdan daha qarışıq bir şey olacaq və düşüncəmə görə, məşhur olan reaksiyalar həddindən artıq ikiüzlülüklə doludur.

Kapitalizm

RBR: Bir çox baxımdan sol bu gün özünü yenidən keçən əsrdəki başlanğıc nöqtəsində tapır. Bunların kənarında indi, yüksəlməkdə olan yeni bir kapitalizm formasıyla qarşılaşır. Bu gün kapitalizmin, sərvətin artan haqsızca bölüşümünə baxmayaraq, ola biləcək tək etibarlı iqtisadi təşkilatlanma olduğu mövzusunda tarixin hər hansı bir zamanında olduğundan daha böyük bir ‘konsensus' varmış kimi görünür. Bu arxa plan qarşısında solun necə irəliləyəcəyindən əmin olmadığı iddia edilə bilər. Hazırkı dövrə necə baxırsınız? Bu bir "köklərə qayıtmaq" sualıdır? İndiki mübarizə sosializm içindəki azadlıqçı ənənəni ortaya çıxarma və demokratik düşüncələrə əhəmiyyət vermə istiqamətindəmi olmalıdır?

CHOMSKY: Məncə bu böyük ölçüdə təbliğatdır. "Kapitalizm" deyilən şey təməl olaraq milli iqtisadiyyat və beynəlxalq cəmiyyətə müdaxilə edən güclü dövlətlərlə yaxın əməkdaşlıq içində işləyən, iqtisadiyyat, siyasi sistemlər və ictimai və mədəni həyat üzərində geniş idarə tətbiq edən, böyük ölçüdə məsuliyyətsiz nəhəng xüsusi tiranlıqlardan qurulmuş bir şirkətlər merkantalizmi sistemidir. Bu vəziyyət bütün yanılsamalara baxmayaraq ABŞ baxımından təəccüblü şəkildə doğrudur. Zəngin və imtiyazlılar, hər nə qədər cəmiyyətin çoxu üçün yaxşı olduğunu düşünsələr də, artıq bazar sistemi ilə keçmişdəki qədər üz-üzə gəlmək istəmirlər. Yalnız bir neçə nümunə demək lazım olsa, sərbəst bazar ritorikasına lağ edən Reyqan iqtidarı, ticari cəmiyyətə bunun eyni zamanda müharibə sonrası ABŞ tarixindəki ən - əslində digər hamısının cəmindən də çox - qoruyan yanaşma olduğunu deyərək öyünürdü. İndiki səlib yürüşünə öndərlik edən Newt Gingrich, federal hökümətdən sonra ölkədəki digər bütün şəhərətrafı bölgələrdən daha çox federal kömək alan bir varlı qəsəbəsini təmsil edir. Ac uşaqlar üçün məktəblərdə axşam yeməyi verilməsinə son verilməsini istəyən bu "mühafizəkarlar" eyni zamanda büdcədə Pentaqona ayrılan payın artırılmasını müdafiə edirlər. Pentaqon 1940-cı illərin sonunda təsis edildi çünki - ticari mətbuatın kifayət qədər nəzakətlicə ifadə etdiyi kimi - yüksək texnologiyalı sənaye saf, rəqabətçi, təşviqlər ehtiva etməyən, bir "sərbəst cəhd" iqtisadiyyatında yaşaya bilməz və dövlətin onun qurtarıcısı olması lazımdır. Qurtarıcı olmasaydı, Gingrich'li seçicilər (əgər bəxtləri varsa) yazıq fəhlə insanlar ola bilərdilər. Kompüterlər, elektronik əşyalar, ümumiyyətlə havaçılıq sənayesi, metallurgiya və s. siyahıdakı digərləri olmaya bilərdi. Heç bir anarxist bu ənənəvi saxtakarlıqlara aldanmaz.

Azadlıqçı sosialist düşüncələr, hər zamankından daha çox etibarlıdır və cəmiyyət onlara olduqca açıqdır. Böyük bir toplu təbliğat bolluğuna baxmayaraq, təhsilli çevrələrin xaricində, insanlar ənənəvi davranış formalarını hələ olduqca sıx şəkildə davam etdirirlər. Məsələn, ABŞda əhalinin 80 %dən çoxu, iqtisadi sistemi doğuşdan ədalətsiz və siyasi sistemi, insanlara deyil xüsusi gəlirə xidmət edən bir saxtakarlıq olaraq qəbul edir. Qarşı qoyulmaz çoxluqlar (eyni şey İngiltərəyə də aiddir) işləyən insanların ictimai işlərdə səsinin çox az çıxdığından, dövlətin əslində insanlara kömək etmə məsuliyyətini boynuna götürməsi lazım olduğunu, təhsil və sağlamlıq xərclərinin büdcə və vergi kəsilmələrindən əvvəl gəlməsini, Respublikaçıların Konqresə təqdim etdiyi son təkliflərin zənginlərə fayda verib cəmiyyətə zərər verdiyini və s. saysız şeyi düşünürlər. Ziyalılar fərqli bir hekayə danışa bilərlər, amma gerçəkləri ortaya çıxarmaq o qədər də çətin deyil.

RBR: Anarxist düşüncələr SSRİnin çöküşü ilə birlikdə bir nöqtəyə qədər bəraət qazanmış oldu - Bakuninin təxminlərinin doğru olduğu sübut edildi. Anarxistlərin bu inkişaflardan və Bakuninin ehtiyatlı analizindən cəsarət almasının lazım olduğunu düşünürsünüzmü? Anarxistlər gələcəkdəki dövrə düşüncələrinə və tarixlərinə daha çox güvən duyaraq baxa bilərlərmi? 

CHOMSKY: Məncə - heç olmasa ümid edirəm - yuxarıdakı cavab tamdır. Düşünürəm ki, indiki dövrə bağlı ümid vəd edən inkişaflar var. Nəticənin necə olacağı bizim fürsətləri necə qiymətləndirəcəyimizə bağlıdır.

Müsahibə: Kevin Doyle

Tərcümə: Cavid Ağa

Yuxarı