Julio Cortazar: Hekayə üzərinə düşüncələr

Литература

 

Hekayə, özünə xas mənasını anlaşılır hala gətirə bilməsi üçün, adətən çox məşhur olan və haqqında bir çox  təriflər edilən romanla müqayisə edilir.

 

Roman kağız üzərində inkişaf etdiyindən və bu səbəblə də romanda  sərhəd tanımadan əsərin içərisini istədiyin qədər inkişaf elətdirmək mümkündür; halbuki hekayədə, əhvalatın  hərəkət nöqtəsi onun sərhəd xəttləridir, məsələ ilk olaraq fiziki bir məhdudluğun olmasındadır , belə ki Fransada bir əhvalat iyirmi səhifəni keçsə artıq onun adı novella olur; yəni hekayə ilə normal parametrlərlə təspit olunmuş roman arasında bir növə çevrilir.

Bu mənada, roman və hekayəni bənzətmə olaraq kino və fotoşəkillə müqayisə etmək mükündür, bir film ilk öncə roman tərzində ‘açıq bir sıralama' olduğu təqdirdə, bir fotoşəkil əvvəldən hazırlanmış tutumlu bir məhdudlaşdırmanı tələb edir; bu qismən kameranın əhatə etdiyi məhdud sahə səbəbindən belədir, qismən də fotoşəkilçinin bu məhdudluğu estetik olaraq istifadə etmə formasından.

Heç, nə vaxtsa professional bir fotoqrafın öz sənətindən danışmasına şahid olmusunuzmu? ; özlərini bir çox tərəfdən bir hekayə yazan şəxs kimi ifadə etmələri məni hər vaxt çaşdırmışdır. Cartier-Bresson ya da Brasai kimi keyfiyyətinli fotoqraflar sənətlərini ictimai bir paradoks olaraq tərifləyərlər: Gerçəyin içindən bir fragmanı kəsmək, onu müəyyən sərhədlərə həbs etmək amma bunu elə bir şəkildə etmək ki, bu kəsilən parça qanad qanad açılaraq çox daha geniş bir həqiqətə nüfuz edən bir partlayışa çevrilsin, kameranın əhatə etdiyi sahəni ruhi olaraq aşan dinamik bir dünyagörüşü olaraq hərəkət etsin.

Kinoda da, eynilə romandakı kimi, çox geniş və çox formalı bir həqiqətin əldə edilməsi, əsəri zirvə nöqtəsinə aparan bir sintezi kənarlaşdırmadan müddət içində bir araya gətirilən dağınıq komponentlərin inkişafı vasitəsilə qazanılarkən, keyfiyyətli bir fotoşəkildə ya da hekayədə tam əksi olan bir yol izlənilir; yəni fototoqraf ya da hekayə yazan şəxs mənalı bir hadisə ya da görünüş seçmək və onunla kifayətlənmək məcburiyyətindədir, ancaq bunlar yalnız öz içlərində bir dəyəri olan görünüşlər deyil, tamaşaçı ya da oxucuda zəkanı və həssaslığı fotoşəkil yaxud hekayədəki yazılı məzmunun ya da vizual görüntünün çox uzaqlarına aparan bir növ zehni açılıma ya da düşüncənin inkişafına  səbəb ola biləcək xüsusiyyətdə hadisələr və görünüşlər olmalıdır.

Boksu çox sevən Argentinalı bir yazar, bir dəfə mənə belə demişdi: Təsiredici bir mətn və oxucu arasında yaşanan bu mübarizəni roman həmişə xal hesabı ilə qazanır, halbuki hekayənin bu döyüşü nakautla bitirməsi lazımdır.

Julio Cortazarın 1970-ci ildə Casa da las Americas jurnalının 10-cu nömrəsi üçün qələmə aldığı "Algunos aspectos deş cuento" adlı yazısından bir hissə.

Tərcümə: Vüqar Bəhmənzadə

Kultura.az | Developed by Samir Yahyazade