post-title

Sinizmin azərbaycancası və elçibəysevərlərin həzin susqunluğu

Alber Kamyu, sinizm haqqında «Ömür boyu, dayanmadan mübarizə apardığım təhrik» deyib. Doğrudan da təlatümlər dövründə, inqilablar astanasında sinik olmamaq, meşoppalıq eləməmək çətindir. Ya sinik olmalı, ya da haqqı hayqırmalısan. Üçüncü variant yoxdur. Var deyən, pox yeyir.

 

 
Mən isə, sinizm tarixinə azərbaycanlılara xas, analoqsuz sinizmi də əlavə etmək istərdim. Total şübhəcilik, düşmən axtarışları, «Kurtlar vadisi» səviyyəsində konspirologiya nəzəriyyələri, ona inanmsızlıq, buna etibarsızlıq, hər kəsə lağ eləmək, hər şeyə mız qoymaq – bu zəlil qövmün ən sevimli məşğuliyyətidir. Şüurlu seçimi, qəti inancı deyil - məhz məşğulliyətidir. İstər istəməz, adam qayıdıb azərbaycanlıya belə bir sualla müraciət etmək istəyir: «Noolub ay qardaş, niyə belə narahatsan, nə istəyirsən, dərdin nədir, götünü sikiblər?»
 
Camaatın 18 yaşlı uşaqlarını Azərbaycan Ordusu adlı ət kombinatına, üfunətli sallaqxanaya doldurub orda şaqqalayan, dərisini üzən, qanını əmən, daxili orqanlarını yeyən İlham Əliyev qalıb bir qıraqda, facebookda üç-beş cavanın təyin etdiyi etiraz aksiyasına və təşkilatçılarına deyilməyən böhtan, qoşulmayan vedrə qalmadı. Hətta sonrasında «5 qəpik» aksiyasını başladanlara «kreativ deyilsiniz» deyən gədalar da tapıldı. Sizin kreativ ağzınıza işəsinlər.
 
«Azərbaycan iqtidarı» adlanan soysuz, quldur, adamyeyən dəstənin mandatlı nökərləri ilə hər şey aydındır - onlardan nə bir gözləntimiz var, nə tələbimiz. Bəs götünün tükü ağarmış, rusdilli azərhəsrət Eynulla Fətullayevin ortalığa düşüb, 12 yanvar aksiyasını «hakimiyyətin sifarişi» adlandırması, aksiyaya 300 adamın çıxdığını dönə-dönə, sevinclə öz saytında elan etməsi nəmənəm şeydir? Bu hərəkətin adı, təyinatı, məqsədi nədir? Adama deyərlər ki, neçə il yatıb çıxmısan, o boyda qəzetlər buraxmısan, Rafael Allahverdiyevlə intim sferalarda həmdəm olmusan, nəhayət yekə adamsan, gənclərdən nə istəyirsən? Niyə uşaqların təşəbbüsünün, saf niyyətinin içinə sıçırsan? 
 
Belə şeylər istər-istəməz insanda kədər yaradır, vallah. Məcbur olub «yoxsa azərbaycanlıların cındırlığı mental yox, genetik problemdir?» deyə düşünməyə başlayırsan. 
 
12 yanvar aksiyasının ardından isə, Lənkəranın girəcəyində İsa Qəmbərə hücum edildi. Bir dəstə divara işəyən arvad daşla, yumurta ilə silahlanıb müsavatçıların «kortejinə» saldırdı. Bu hücumda da hər şey və hər kəs qaldı bir qıraqda, yazdılar ki, «hakimiyyət Qəmbərlə danışıb, belə bir mərəkə düzəldib ki, Qəmbərin namizədliyinə legitimlik qazandırsın». 
 
Doğrudan da, azərbaycanlını xoşəbxt etmək çox asandır – imkan ver oğraş-oğraş danışsın. Düzdür, İsa Qəmbər də sonra çıxıb gül vurdu, Zeynal Nağdəliyev adlı gənclik illərindən «suka-komsomolçu» kimi ad çıxarmış ofisioz haqqında «Cavanlıq dostumdur, belə şey eləməz» dedi, şən maarifçilərin leksikonuna yiyələndi. 
 
Amma biz zatən İsa Qəmbərin bütün «qaf»larını «dərin siyasət» kimi yozmağa öyrəşmişik. Bu da bunlardan biri olsun. 
 
Sadəcə bizim üçün qaranlıq qalan bir məqam var - İsa Qəmbər «seksot»luq edən bir komsomolçu ilə necə dost olub?
 
***
 
Emin Millinin Elçibəyə dair yazdığı tənqidi statusunu az qalsın ümummili problemə çevirən cəbhəçi, müsavatçı, türkçü, mərkəzçi, liberal, demokrat elçibeysevərlər Yalçın Nəsirovun məqaləsi qarşısında ağızlarına su doldurub oturublar. Elə bil bu ölkədə ilk dəfə, bu səviyyədə parlaq bir təhlil, «Kələki çıxmazı» adlı bir yazı yazılmayıb. Belə elçibəysevərsinizsə çıxın, məqalənin müəllifinə cavab verin. Yoxsa gücünüz ancaq söhbətlərdən bixəbər, hiperaktiv, təcrübəsiz bloggerə çatır? 
 
Cavab verin və aydınlatın bizi. Deyin görək, Naxçıvanda ikinci separatçı ocaq yaratmaqla Elçibəyi şantaj edən, qalib sərkərdə kimi təyyarə ilə Bakıya enən və hakimiyyətə qonan Heydər Əliyevə, yerlisi Elçibəy tərəfindən hədiyyə edilən hakimiyyətin və Azərbaycanın iyirmi illik zülmətinin hesabını kimdən soruşmalıyıq? 
 
Elçibəydə «yerlibazlıq yox idi» deyənlər, ən kritik məqamda liderlərinin etdiyi bu ucuz yerlibazlılığı nə ilə izah edirlər? Onun prezident kreslosunu Heydərə və onun quldur dəstəsinə hədiyyə etməsinə, sonra qaçmasına, sonra isə 98-də gözlənilməyən (bəlkə də gözlənilən) «möhtəşəm» qayıdışına hansı donu geyindirirlər? 
 
Bu sualların cavabı varmı?
 
Əli Əkbər
 
Kultura.Az 
 
Yuxarı