Daş yuxumdakı Mirzə Fətəli

Альтернатива

 

 
Amma bir tərəfdən də baxanda, onsuz iş keçmir, barıtı çox qoymayanda inqilab da olmur; nə cəmiyyətdə, nə də zehniyyətdə. Barıt qoymaqda Əkrəm bizdən də qabağa gedib, bu, yaxşı haldı. Demək, söz yazanlarımız bu illərdə ərzində yerində saymayıblar. Bu qara-qışqırığa (siz indi ona kampaniya deyirsiniz) çox da aludə olmasın. Elə meyitimi yerdə qoyan həmin camaatdı, heç dəyişməyib. Məni basdıqmağa gəlmədilər, sonra heykəlimi qoydular. Göstərişpərəst camaatımız bu gün kitab yandırdığı kimi, sabah da bir başqa göstərişlə onu gül-çiçəyə tutar. Sözlərimi Əkrəmə çatdır, de ki, Mirzə Fətəli belə dedi.
 
İndi mən uzaqdayam! Əlim çatmır! Bakıdakı dostlardan xahiş edirəm, mənim daşdan ağır yuxumu Əkrəm Əylisliyə danışsınlar.
 
Vahid Qazi
 
Karlskrona, İsveç
 
16 fevral, 2013
 
P.S. Oyananda İsveç PEN klubuna zəng edib yuxumu danışdım. Gözləyirəm görüm bir səs çıxacaqmı – yuxumu yoza biləcəklərmi?

 

Kultura.az | Developed by Samir Yahyazade