Quentin Tarantino

Кино

 

Qeyri-standart süjeti, absurd məzmunu və bir az sıfıra yaxın olan yekun nəticə ilə bitən filmləri çəkməklə məşhurlaşıb. Sizin internetinizdə Tarantinonu yekdilliklə tərifləmək qəbul olunub və əgər, anonimus Tarantino filmini “darıxdırıcı anlaşılmayan palçıq yığını” kimi qiymətləndirmək istərsə, , yumurtalarının titrəməsinə səbəb olacaq qədər nifrətlə üzləşməyə risk edir.

Ata quru – italyan, ana – irland və hindu qarışığı. Məktəbi 15 yaşında tərk edib. Texniki-peşə məktəbinin tələbəsi olan Tarantino, eyni zamanda yerli video kirayəsində işləyərək, məşhurluğa gedən əzablı yola başladı. Öz hesabına, sona çatdıra bilmədiyi “Ən yaxşı dostumun adgünü” filmini çəkməyə cəhd edən Tarantino, elə özü də bu filmi məyus pox olaraq qəbul etdi. Ancaq belə bir fikir var ki, bu film Kevin Smiti “Klerklər” filmini çəkməyə ilhamlandırıb.
 
Bununla belə, “Quduz itlər” (“Resevoir Dogs”, 1992) filmindən sonra o məşhur oldu. Onda Tarantino yaradıcılığının postulatları görünməyə başladı, daha dəqiq desək: 
- süjetin tamamilə absurdluğu;
- uzun, hərdən süjetin guya ki, gözlənilməz döngələri kimi tökülən mənasız dialoqlar;
- yersiz söyüşlər;
- banditlər;
- silah;
- tonlarla qan;
- rejissorun ekranda gözlənilmədən mütləq şəkildə peyda olması;
- winrar saundtrekləri;
- incil;
- maddilik;
- kabak (içki meyxanası);
- keyfiyyətli stilistik avtoqraf kimi – ssenariyə görə, maşın baqajının içərisindən meyit/əsir/silahın (başqa şeylər də ola bilər) olduğu və onların baş qəhrəmanlara mənasız, küt və qınayırmış kimi baxdığını çəkən rakurs;
tez-tez, ancaq heç də həmişə olmayan, rejissorun fut-fetişə meyilliyini təsdiq edən qadın qəhrəmanların pəncələrinin göstərilməsi. 
 
“Kriminal qiraət” (“Pulp Fiction”, 1994)
 
Pulp – “pulpa”, “kağız kütləsi” – təkcə, cinayət deyil, pox ədəbiyyatını xarakterizə edən termin. Rus dilində belə ədəbiyyata bulvar ədəbiyyatı deyirlər. Anonimusun yadındadır ki, film çıxmazdan əvvəl o “Bulvar qiraəti” adlanırdı, ancaq görünür, yayımçı qorxub ki, hədəfə alınan auditoriya bu qədər çətin olan termini başa düşməyəcək.
 
Pendostanda (ABŞ) adi banditlərin adi həyatlarından olan ən məşhur film – Qoblinin buna tərcüməsinin olması məzmununa olan sualların böyük hissəsini avtomatik olar aradan qaldırır. 
 
IMDB Top 250-də 4-cü yeri tutur, yəni 400 min professional kinofaq düşünür ki, bu film 9/10 reytinqi ilə kinematoqraf tarixinin ən yaxşı filmlərinin onluğuna düşür. Belə yüksək əxlaqlı və yüksək materiyaları özünə daxil edən kinonun hansı yolla bu cür nəticələr əldə etdiyini Britaniya alimləri hələ izah etməyiblər.
 
Filmdə bunlar var:
- Pindostanlıların fonunda şəkil çəkdirməyi sevdikləri “Bad Mother Fucker” pul qabı;
- Tarantino;
- 271 dəfə səsləndirilən “fuck” sözü;
- Kristofer Uokenin götündən çıxan qızıl saat;
- Bryus Uillisin KCS-si – kişi cinsiyyət siki (81-ci dəqiqə, duşdakı səhnə);
- avtomobilin salonuna tökülmüş beyin içalatı;
- anal işgəncəyə məruz qalan niqra (zənci);
- duz (Uma Turman);
- fraza “ENGLISH MOTHERFUCKER DO YOU SPEAK IT?”;
- hamıya tanış olan “Any of you fucking pricks move, and I’ll execute every motherfucking last one of ya!”.
Maraqlı faktlar
 
Belə bir söhbət var ki, Uma Turman çəkilişlərə razılıq verməzdən əvvvəl bir həftə tərəddüd edib. Belə bir nağıl gəzir ki, Quru Umanın pəncələrinə vurulur və film prokata çıxana qədər hər gecə pəncələrini massaj edəcəyi ilə onu razı salır. O da maraqlıdır ki, bu “nağıl” filmin süjetində də var: (dialoqların birində Vins Marsellosanın arvadına (Uma Turmanın personajı) guya, ərinin adamlarından birini arvadına pəncə massajı edərkən tutduğuna görə pəncərədən atdığını eşidib.)
 
Əvvəl Tarantino Vins roluna Maykl Medseni fikirləşmişdi, ancaq o ssenarini oxuduqdan sonra filmin xeyirli olmayacağını və daha perspektivli bir şeydə çəkilməyi lazım bilib. Bunun əvəzinə o zaman uğursuz layihələrə görə qeyri-populyarlığının pikində olan Travolta məmnuniyyətlə razılaşıb.


 
“Billi öldürmək 1, 2” (“Kill Bill vol.1, vol. 2”, 2003-2004)


 
Müəllifin ən poxlu filmi. Ancaq bəziləri (burda-imdb və burda-imdb) hesab edir ki, bu onun ən yaxşı əsəridir. Film hedşotdan sonra sağ qalan blyadinka(blondinka-sarışın)-killerin hekayəsini göstərir. Ayılandan sonra xüsusi brutal metodlarla öz düşmənlərindən qisas almağa başlayır.


 
Birinci filmdə bunlar var:

- Bryus Li kostyumunda olan Uma Turman fap (masturbasiya obyekti) kimi;


- tamamilədən olmasa da, yeniyetmə pafosundan ibarət popsa səhnələri;
- 

çəkiliş maneralarının stilizasiyası: gah anime, gah hentay, gah da şərq döyüş növləri haqqında olan köhnə filmlərdəki kimi;


- sadəcə beyin sikən soundtrek (winrar);


- ƏT!!!!
 
Filmdə iki hissəyə bölünmüş dəqiq süjet var, ancaq 2-ci hissə ənənəyə uyğun olaraq, artıq elə deyil – kifayət qədər uzadılmışdır. Ekslerin müdrikliklə fikir verdiyi kimi (http://www.exler.ru/films/21-06-2004.htm), yaxşı olardı ki, onun yarısını kəsərdilər və bir 3 saatlıq film düzəldərdilər. Bununla belə, 2014-cü ildə yeni seriyanın çıxacağı gözlənilir.





 
“Sübhdən Qüruba” (From Dusk Till Dawn, 1996)
 
Metr Amerika banditlərinin Meksika vampiləri ilə çətin münasibətləri haqqında Robert Rodriqeslə “Günbatandan gündoğana qədər” layihəsi həyata keçirib.
 
Tarantino bratelniki ilə bank yarır və Meksikaya qaçır. Qardaşlar yolda özləri ilə keşiş və onun ailəsini də götürürlər. Birdən məlum olur ki, getdikləri kabak vampirlərin imiş, qırğın başlayır və sonda ancaq bratelniklə keşişin qızı sağ qalır. 
 
Vampirləri görərkən qəhrəmanların şablon partlayışı baş verir:

 — So, what, were they psychos, or…
 
 — Did they look like psychos? Is that what they looked like? They were vampires. Psychos do not explode when sunlight hits them, I don’t give a fuck how crazy they are!


 
Və yaxud anonimusun tərcüməsindəki kimi:

 - Bu nəydi belə, onlar dəlilər idi?

- Nədi, onlar dəliyə oxşayırdı? Dəliyə oxşayırdılar, hə? Onlar vampirlər idi! Dəlilər nə qədər sikilmiş olsalar da, günəş işığından partlamırlar.
 
Filmdə bunlar var:


- Tarantino;

- 
keşiş;
- 

whoredom, əxlaqsızlıq, narkotiklər;
- 

Fut-fetiş (Salma Hayek ayaq pəncəsini Tarantinonın ağzına salır);


- VAMPIRLƏR!
 


Eləcə də Çiç Marin (Cheech Marin) 3 rolda.



 
Bütün bunlarla belə Tarantino münasibət 2 yerə ayrılır:


 
Pox vs. Şedevr
Plagiat vs.
 
Köhnə ideyaların yeni cür mənalandırılması və ya Novatorluq (təbii ki, bu fanatların tərsliyindən asılı olaraq dəyişir).


 
Tərcümə edən Vasif Qarayev

Lurkmore.to




 

Kultura.az | Developed by Samir Yahyazade