Musavat Partiyasının qərərgahında “Alatoran” yayınları

Литература

 

Saat 15:00-dan başlayan kitab satışında Azad Yazarlar Ocağından yazıçı Rasim Qaraca, Zaur Qurbanlı iştirak edib. Gənc fəalların, kitab həvəskarlarının iştirak etdiyi mərasimə Müsavat başqanı İsa Qəmbər də qatılıb. O, şəxsi kitabxanası üçün kitabların hərəsindən bir ədəd alıb.

Satışa Volterin “Fanatizm”, Stefan Sveyqin “Dünənin dünyası”, Rafiq Tağının “Düşmənimin xatirəsi”, Rotterdamlı Erazmın “Səfehliyin tərifi” , “Üst insana gedən yol” - hekayələr toplusu, J.Dunhornenin “Oliver Teytin intim gündəliyi”, Əli Amirin “Günah keçisi”, Stefan Sveyqin “Rotterdamlı Erazm”, Sokratın seçilmiş əsərləri, Çarlz Bukovskinin “Qadınlar”, İbrahim Selin “Türk tarixi”, Aqata Kristinin “On zənci balası”, “Türkün məsəli”, Azərbaycan arqo deyimləri, Tur Heyerdalın - “Kon Tiki səyahəti”, Everett Şostromun “Anti Karneqi və ya insan-manipulyator”, Volterin “Kandit” və Seymur Baycanın “Quqark” romanı və bir çox yazıçıların əsərləri olub. Kitabların qiyməti 1-5 manat arasında dəyişib.
Vəkil Aslan İsmayılov müəllifi olduğu “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabının 20 ədədini satışda iştirak edən kitab alıcılarına hədiyyə edib.

Musavat.com

Kultura.az | Developed by Samir Yahyazade