post-title

Müsəlman qadına osturmaq olmaz?

Şəriətlə idarə olunan İndoneziyanın Açex əyalətində şəhər şurası qadınların qaz buraxmasını qadağan edib. Şəhər meri Seyid Yəhya jurnalistlərə açıqlamasında bildirib ki, qadın üçün ictimai yerlərdə qaz buraxmaq, sadəlik və təvazökarlıq kimi islam prinsiplərinə ziddir. Bunu İndoneziyanın Wadiyan nəşrinə istinadən, dünyanın bütün aparıcı media qurumları bildirir.

 

 
"Müsəlman qadınlar gurultu ilə ostura bilməzlər, çünki bu islam təliminə ziddir. Qadın gərək bu işi səssiz eləsin", - Seyid Yəhya deyib. Feministlər artıq bu qərara etiraz etmək istəyirlər.
 
Xəbər verilir ki, qaz yaradan və İndoneziyada çox istehlak olunan noxud kimi qidalar, qadınları tez-tez qaz buraxmağa vadar edir. "Düzdür, onlar bunu astadan etməyə çalışırlar, amma bəzən səs də çıxır. İndi də qadınlar narahatdır ki, buna görə cəza alacaqlar."
 
Seyid Yəhya hansı cəzaların nəzərdə tutulması ilə bağlı danışmaq istəməyib. Lakin şəhər şurasının başqa bir üzvü bildirib ki, orta səslə osturan möminələrə 20 şallaq vurulacaq. Yüksək səslə osturan möminələrə isə 3 ay azadlıqdan məhrum edilmə cəzası veriləcək.
 
Bəs bu işə nəzarət necə həyata keçiriləcək? Çox asan. Küçədə qadınlara cəmiyyət nəzarət edəcək. Evdə isə, hər bir qadının əri buna diqqət yetirməli və yüksək səslə osturan arvadını şəriət məhkəməsinə şikayət etməlidir. 
 
islam-today.ru
news.rambler.ru
newsfiber.com
Yuxarı