post-title

Ərəb qadın ərini rəfiqələriylə evləndirdi

Səudiyyə Ərəbistanda bir qadın toydan öncə nişanlısının qarşısına özünün iki rəfiqəsi ilə evlənməyi şərt qoyub.

Kultura.az-ın Rus mətbuatına istinadən verdiyi xəbərə görə, danışıqlardan sonra 4 ailə razılığa gəlib.

Tayif şəhərinin sakini olan orta məktəb müəlliməsi özünün 2 ən yaxşı rəfiqəsinin də ərinin arvadları olmasını istəyib. 3 qadın üçün ayrı-ayrı otaqları olan yeni ev almaq lazım gəlib. Rəfiqələr ev işlərini: təmizlik, yır-yığış, bişir-düşür məsələlərini də öz aralarında bölüşdürüblər.

Qeyd edək ki, Fars körfəzindəki bəzi ərəb ölkələrinin toy ənənələri digər ölkələrinkindən kəskin şəkildə fərqlənir. Məsələn, Ərəb Əmirliklərində iş qadınları öz istəkləriylə ərin 2-ci həyat yoldaşı olmağı üstün tuturlar. Bir tərəfdən bu, onlara öz karyeralarıyla məşğul olmağa imkan verir, ev işləri ilə ailənin 1-ci qadını məşğul olur, digər tərəfdən isə onlar yerli adət-ənənələrin tələb etdiyi kimi formal da olsa, evli olurlar.

Kultura.az

Yuxarı