Bağban silsiləsi - Taqor

Литература

 

 
Onun iki sevimli quzusu bizim bağın kölgəliyindən otlamağa gəlir. 
 
Onlar bizim arpa zəmimizə girdikdə, onları qucağıma alıran. Kəndimizin adı Qancanadır, çayımızın adı – Ancana. 
 
Mənim adımı bütün kənd bilir, onun adı - Rancana. 
 
Aramızda yalnız bir tarla var. 
 
Bizim meşədə yuva salmış arılar bal yığmağa onların meşəsinə uçur. 
 
Onların körpüsünün pillələrindən suya atılan çiçəklər üzə-üzə bizim çimdiyimiz yerə gəlir. Onların tarlalarından dərilmiş səbət-səbət quru çiçək bizim bazara gətirilir. 
 
Kəmdimizin adı Qancanadır, çayımızın adı – Ancana. 
 
Mənim adımı bütün kənd bilir, onun adı – Rancana. 
 
Onların evinə sarı gedən cığır baharda manqo çiçəklərinin ətri ilə dolur. 
 
Onların kətanı yetişdikdə, bizim tarlada çətənə çiçəkləyir. 
 
Onların evləri üstündə gülümsəyən ulduzlar sayrışan nəzərləri ilə bizi seyr edir. 
 
Onların hovuzunu dolduran yağış bizim kadamba* meşəsini sevindirir. 
 
Kəndimizin adı Qancanadır, çayımızın adı – Ancana. 
 
Mənim adımı bütün kənd bilir, onun adı – Rancana. 
 
__________________________________
*Kadamba – yağışlar mövsümündə narıncı çiçək açan ağac.
 
Taqor
Kultura.az | Developed by Samir Yahyazade