post-title

“Demokratiya naminə musiqi” müsabiqəsi yekunlaşıb

2013-cü il fevralın əvvəllərindən etibarən keçirilən “Demokratiya naminə musiqi” adı altında keçirilən müsabiqəyə yekun vurulub.

 
 
Bu barədə gozetci.az portalına "Demokratiya naminə incəsənət" kampaniyasından məlumat verilib.
 
Məlumatda bildirilir ki, işlərin təqdim edilməsi üçün son tarix kimi müəyyənləşdirilən aprelin 21-ə qədər müsabiqəyə demokratiya, insan haqları, sosial problemlər və qanunun aliliyi kimi mövzuları əhatə edən və tənqidi ruhda olan 8 mahnı təqdim edilib: "Bir neçə gün əvvəl müsabiqəyə göndərilmiş mahnıları qiymətləndirmək üçün yaradılan münsiflər heyətinin görüşü keçirilmiş və müsabiqədə ilk 3 yeri tutmuş mahnılar müəyyən edilmişdir.
 
Münsiflər heyəti 2 peşəkar musiqiçi  - Elmir Mirzəyev və Firudin Allahverdidən və kampaniyanın koordinatoru, hüquq müdafiəçisi Rəsul Cəfərovdan ibarət olmuşdur.
 
Müsabiqənin qalibləri qismində 1-ci yer üzrə “Zəmanəni işlərinə” mahnısı ilə Aydan (pop janrı), 2-ci yer üzrə “Demos Kratos” mahnısı ilə Set the Strange Boy (rep janrı) və 3-cü yer üzrə “Xalq mahnısı” ilə “Tenqri” qrupu (rok janrı) müəyyən ediliblər.
 
Qaliblər pul və diplomlarla mükafatlandırılacaqlar", - deyə məlumatda bildirilir.
 
Qalib mahnıları aşağıdakı linklərə daxil olmaqla dinləyə bilərsiniz:
 
 
1-ci yer: Aydan – Zəmanənin işlərinə
 

 
2-ci yer: Set the Strange Boy – Demos Kratos

 
 
3-cü yer: “Tenqri” qrupu – Xalq mahnısı

 
Qeyd: “Demokratiya naminə İncəsənət” kampaniyası “İnsan Hüquqları Klubu” və onun tərəfdaşları olan “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”və “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin birgə təşəbbüsüdür.
 
Bu kampaniya özündən əvvəlki “Demokratiya naminə Musiqi” kampaniyasının davamı olmaqla, incəsənətin müxtəlif formaları vasitəsi ilə Azərbaycanda insan hüquqları və demokratik islahatları təşviq edir və incəsənətlə məşğul olan şəxslər üçün özlərini ifadə platforması qismində çıxış edir.
 
Müsabiqəyə göndərilən digər mahnılar- https://soundcloud.com/artfordemocracy
 
Suallarınızla bağlı məktublarınızı [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.
 
Ətraflı məlumatı “Demokratiya naminə İncəsənət” kampaniyasının Facebook və Twitter səhifələrindən də əldə edə bilərsiniz: www.facebook.com/Art4Democracywww.twitter.com/Art4Democracy.
Yuxarı