Celsomino Yalançılar Ölkəsində

Литература

 

Əsər uşaqlar üçün əyləncəli bir süjet üzərində qurulub. Balaca Celsominonun güclü səsi var, bir az bərk danışan kimi pəncərələrin şüşəsi sınır, ağacdakı armudlar yerə tökülür. Buna görə də həmkəndliləri onu cadugər hesab edirlər. Celsomino kənddən qaçmalı olur. Başqa bir ölkəyə - Yalançılar ölkəsinə gəlib çatır. Bu ölkə də heç bir şey öz adında deyil. Çörək dükanında dəftər-qələm, dəftər-qələm dükanında çörək satırlar. Hətta pişiklər hürür, itlər miyoldayırlar. Çünki keçmiş dəniz qulduru, indiki kral Cakomon belə əmr edib. Ölkə başdan-başa yalan içərisindədir. Celsomino güclü səsi ilə divara çəklimiş üçayaqlı bir pişiyin divardan qopub canlı bir pişiyə çevrilməsinə səbəb olur və birlikdə başlarına olmazın hadisələr gəlir. Ən sonunda Celsomino Yalançıalr ölkəsində həqiqətin qalib gəlməsinə nail olur.
Canni Rodari (ital. Gianni Rodari, 1920-1980) — məşhur italyan uşaq yazarı və jurnalist.  Çörəkçi ailəsində dünyaya gələn Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır. “Celsomino Yalançılar Ölkəsində” C.Rodarinin ikinci uşaq romanıdır.

Rasim Qaraca

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade