Milli Müqəddəs Ana (+18 tragikomedik hekayə)

Литература

 

Məryəmin 15 yaşı hələ təzə tamam olmuşdu. Onların kəndlərində məktəb olmadığından, nəinki Məryəm, hətta kənddəki digər qızlar da məktəb oxumurdular. Buna görə də onların çox da oxuma-yazma qabiliyyətləri yox idi. Ancaq, oğlan uşaqları kəndlərindən 8 kilometr uzaqda yerləşən başqa bir kəndin məktəbinə gedirdilər.

 

Digər kəndə gedə bilməyən uşaqlar, valideynləri tərəfindən kəndin mollasının yanına ərəb və fars dillərini öyrənəməyə göndərilirdilər. Valideynlər düşünürdü ki, kənddə qızın oxuması elə də vacibli deyil, gün gələcək kiminləsə evləndirəcəklər və firavan yaşayacaqlar.

 

Hələ Məryəm uşaq olarkən atası kənddən işləmək üçün getmiş, bir daha geri dönməmişdi. O, ata sevgisinə biganə idi. Anası isə qızının günü-gündən gözəlləşməsinə görə narahat olduğundan kənddəki gənclər tərəfindən qızına bir xələl yetiriləcəyindən qorxurdu. Buna görə də həmişə qızını yanında gəzdirirdi.

 

Kim bu gözəlliyə toxunmaq istəməz ki?! Sanki, Firəngistanın ən gözəl xatunu kəndli paltarında bu kənddə yaşayırdı.

 

Hələ təzə-təzə qabaran sinsəsi, hündür boyu, qızlıq işarəsi olan kaman qaşları ona daha da gözəllik verirdi. Kəndin gəncləri bu qızı uzaqdan izləyər, tək onun üz qurluşuna və dodaqlarına baxmaqla asanlıqla şəhvət hissini yaşayırdılar.

 

***

 

Bir yaz axşamı idi.Sanki, buludları kimsə barmaqları ilə didmiş və səmadan sallanan Ayın kənarlarına səpələmişdi. Digər günlərdən fərqli olaraq, bu gecə daha isti idi. Külək öz nəfəsini bu kənddən çəkmişdi. Məryəmin anası bu gün ev işləri çox gördüyündən yorulmuş və erkəndən yatmışdı. Məryəm isə güclə tapa bildiyi kanaldan sevişmə səhnəsini görər-görməz, televizoru bir-başa söndürmüş və daha sonra “Şeytana lənət” demişdi.

 

Məryəm gecə namazını qılmaq üçün dəstamaz almalı idi. Onların hamamları həyətdə yerləşirdi. O, başmaqları ayaqlarına geyinib çölə çıxdı. İlk addımını atarkən, qaranlıqdakı ağaclıqların arasından nəsə bir səs gəldi. Məryəm diqqətlə ora baxdı və hansısa bir heyvanın olduğunu düşündü. Daha sonra hamama girib büllur qollarını açdı. Suyu dirsəyindən barmaqlarının ucuna doğru tökdü. Daha sonra isə yubkasını qaldırıb ayaqlarını yuyub, dəstamazını aldı.

 

Məryəm içəri keçib hicabına büründü və gecə namazını qılmağa başladı. O, hər rükətində arxasından səs gəldiyini hiss edirdi. Qorxusundanmı, yoxsa namazı yarımçıq dayandırmağın günah olduğundanmı, çönüb arxasına baxmadı.

 

Məryəm, namazını bitirər-bitirməz özünü yataq otağına atdı. Paltarlarını çıxarıb yerinə uzandı. Həmin gecə Məryəm necə də məsum və bərk yatmışdı…

 

Həqiqətən , o gecə evdə nəsə dolaşırdı? Bəlkə o bir oğru idi?! Yox, belə kçik bir kənddə oğru nə gəzir?! Bəlkə heyvan idi? Amma o da ola bilməzdi, iyi qoxusu aləmi götürərdi. Bəs nə?

 

***

Həmin gecənin üzərindən nə az, nə çox cəmi 3 ay keçmişdi. Məryəmin həyatında hələ də heç bir dəyişiklik olmamışdı..

 

Anası ilə iş görərkən, Məryəmin şiddətli bel ağrıları başladı. Anası nə qədər ovsa da kəsmirdi ki, kəsmirdi. Bu gün bel ağrısı var idisə, səhəri gün şiddətli baş hərlənməsi və ürək bulanması olurdu. Yazıq qızcığaz haldan-hala düşürdü.

 

Anasının həyatda ondan başqa heç kimi olmadığından canına qorxu düşmüşdü. Qızına da nəsə olsa o nə edərdi?! Ana düşünürdü ki, qızına göz dəyib və üzərində bəd nəzər var. Buna görə kəndin mollası olan Nemətə dua yazıdrdı, qızın üzərindəki cadu-pitini yandırdı. Ancaq, qız düzəldmirdi ki, düzəlmirdi. Ən təəccüblüsü isə Məryəmin adəti də olmurdu. Anası bunu başa düşmürdü. Ancaq, keçən günlərdə Məryəmin qarının sürətlə böyüməsi anasını şoka saldı.

 

Ana Məryəmin saçından tutaraq evlə sürütləyirdi və fəryad edirdi ki, qızım namusumuzu beş qəpiklik etdi. Yazıq Məryəm nə baş verdiyini başa düşə bilmirdi.

 

Səs küyə bütün kənd onların həyətinə yığışdı.

 

Namus”, “Hamilə” sözlərini eşidən hər kəs artıq, nə baş verdiyini anlamışdılar. Kəndin ağsaqqalları, ağbirçəkləri başlarını yelləyir, təsbeh çevirən kişilər hərəsi bir ağızdan “Tfu” edirdi.

 

Nəhayət, üzü gözü qan olan Məryəm özündə az da olsa güc toplayaraq dedi:

 

  • Ana! Mənə qulaq as! Mənə heç bir kişi toxunmayıb!

  • Necə yəni, ağız? Bu nə qarındır, bu nə haldır bəs?!

  • Atamın ölüsünə and içirəm ki, bilmirəm.

 

Bu vaxt içəri arvadlar doluşdu. Səs küyə gələn arvadların içərisində qoca qarılar da var idi. Hansı ki, həmin qarılar illərdir bu kənddə bütün qadınların doğum işlərinə baxıblar.

Məryəmin anası onlara bu haqda danışmağa başladı. Qoca qarılar Məryəmin yubkasını yırtıb çıxardılar, daha sonra hövsələlərini saxlaya bilməyən qadınlar Məryəmi yatağın üstünə uzadıb alt paltarını çıxardılar. Hər qarı bir ağızdan “Lənət olsun belə qıza!” deyirdi.

 

Qarıların başbiləni Məryəmin qıçalarını tam aralayıb başını qızın qıçalarının arasına saldı. Bir neçə dəqiqə dayanmadan baxdı. Qocanın gözləri birdən-birə bərəldi. Az qala ürəyi dayansın. O geri çəkildi. Digər qarılar da növbə ilə başlarının Məryəmin qıçalarının arasına saldılar və “Bu mümkün deyil” deyə-deyə geri çəkildilər.

 

Başbilən qarı Məryəmin anasına diqqətlə baxıb dedi:

  • Qızın hamilədir.

  • Tfu! Boynunu yerə soxum! – ana dedi.

  • Yox dayan! Qızın hamilədir, ancaq həm də bakirədir.

Bir anlıq içəridə sükut yarandı. Evə doluşan hər bir qadının ağzından “Booy”, “Başımıza gələnə bax”, “Allah, sən özün kömək ol” deyə sözlər səsləndi.

  • Bu necə ola bilər ki, ay nənə?! – ana təəcüblə soruşdu. Zavallı Məryəm də döyüləndən sonra özünü o qədər halsız hiss edirdi ki, söhbəti duymaqda çətinlik çəkirdi.

  • Mən bu günə kimi nə belə şey eşitmişəm, nə də görmüşəm. Bunu molla Nemətdən soruş.

Məryəmin üzərini örtdülər. Molla Nemət evə çağırıldı. O əbasını geyinmiş, başına ağ papağını qoymuş, bir əlində kitab otaqdan içəri girdi. Qadınlar olanların hamısını Molla Nemətə nəql etdi. Molla qadınları dinlərkən saqqalını tumarlayırdı. O çox fikirə getdi, əlindəki kitabı açıb vərəqlədi. İlk öncə özü də olanları başa düşmədi. Ancaq, dinə görə ən məntiqlisini o dedi:

 

  • Cəmaət, o gün gəlib çatmaqdadır. İsa Məsih zühur edəcək, artıq qiyamət yaxınlaşır. Təsadüf deyil ki, Məryəm qızımzın adı “Məryəm Anamızla” eynidir. Burada ilahi hikmət var. “Məryəm Ana” da bakirə olaraq hamilə qalmışdı və İsa Məsihi dünyaya gətirmişdi. Dinimizə də gələn alimlərimizin və imamlarımızın hədislərindən məlumdur ki, İsa Məsih İmam Zaman ağamız olacaq. Qiyamət yaxınlaşır! Allahu Əkbər, Allahu Əkbər!

 

İçəridəki və çöldəki insanların hamısı Molla Nemətin sözlərinə diqqətlə qulaq asırdı. Molla nitqini bitirər bitirməz, bayaq Məryəmə lənət oxuyan bütün insanlar indi “allahu əkbər” deyir və bayaqkı sözləri üçün bağışlanmasını istəyirdilər. Molla əlindəki kitabı havaya qaldıraraq dedi:

 

  • And olsun yaradan Rəbbimizə, and olsun Məryəm qızımıza, and olsun onun bətnindəki İsa-Məsihiyə, Sahib-i ağamaza əgər bu xəbər kənddən zərrə qədər kənara gedərsə, bu kəndin külü başımıza səpələnər və peyğambərimizi yer üzünə gətirmədən öldürmüş olarıq.

 

Gəlin həmrəy olaq və peyğambərimizi dünyaya gətirməklə cənnətin qapılarını qazanaq.

Allah ki, bu mükafatı bizə verib, ay camaat, bundan gözəl nə ola bilər? Allah sənə çox şükür.

 

Hər kəs bir ağızdan: “Amin”

 

Qadınlar yazıq Məryəmin əlindən, ətəyindən, ayağından və qarnından öpməyə başladılar. Kimlərsə evlərinə qaçıb qara çadrasını götürürüb yenidən gəlib sırada dayanırdı. İndi insanlar Məryəmdən şəfa diləyir, uşağı olmayan uşaq, pulu olmayan isə pul istəyirdi.

 

Qızcığaz hələ də nə olduğunu anlamırdı. Anası Məryəmin üzündəki qanı silir və ağlaya-ağlaya qızına yalvarırdı:

  • Ay qızım, əlim qolum qırılsın. Səni ki, mən dinləmədən döydüm.

  • Ana iraqcanından. Bu nə sözlərdir deyirsən?!

 

Bir neçə gün ərzində Məryəmin yaşadığı evə camaat qənd yapışdırır, şam yandırırdılar.

Hətta həyətlərindəki ağaclara rəngbərəng parça hissələri də bağlayırdılar.

 

Molla isə artıq içəri heç kimi buraxmamağa başlamışdı. Buna görə də əhali mollaya toyuğundan, cücəsindən gətirir, hətta elə olurdu ki, onun cibinə pul basırdı. Bu halda molla icazə verirdi ki, həyətə keçib evin daşlarını öpsünlər.

 

Məryəm artıq, hamiləliyinin 6 aylığına çatmışdı. Molla isə həm ibadəti ilə məşğul olur, həm də Bakıdakı evlərin qiyməti ilə maraqlanmağa başlamışdı.

 

Kənd əhalisi Məryəmi yatağından durmağa icazə vermir, anasını da işləməyə qoymurdular. Gündə bir cürə yemək bişirilərək, süfrələrinə düzülürdü.

 

Hər cümə molla kənd əhalisini kiçik məscidlərinə toplayıb onlara dindən, Məsihi İsanın etdiklərindən danışırdı. Kitablarda oxuduqları ilə yanaşı, öz təxəyyülündən istifadə edib daha da insanları təəccübləndirir və ağladırdı. Tez-tez bu fikiri söyləyərdi:

“ Gör allah biz kasıb müsəlmanları necə sevir ki, bizə ən gözəl şeyi bəxş etdi. Gecə yatarkən mənə hətta vəhy də gəldi ki, bəs, peyğambərin qamçısı mən olacam.”

 

İnsanlar da gəlib mollanın əlindən-ayağından öpür, evdə bişirdiklərini gətirib mollanın evinə tökürdülər. Artıq həqiqətlər və yalanlar hərəsi bir yerdə uçuşurdu. Hər kəs bir-birinin dediyinə inanırdı.

 

***

 

Sağlam hamiləlik yaşanılsın deyə anası Məryəmi həyətə çıxarır, bir az dolaşdırırdı ki, təmiz hava alsın. Anası Məryəmi çadıraya bürümüşdü. Çünki, müqqədəslərin həmişə belə qapalı olduğunu fikirləşirdi. Qızcığaz küçə ilə yeriəyrkən hər kəs dizlərini yerə qoyur, əllərini Məryəmə açıb yalvara-yalvara ağlayır və dua edirdilər. Bütün kənd Mərəyəmə səcdə edirdi.


Artıq, Məryəm də inanmağa başlamışdı ki, o müqəddəs biridir və həqiqətən bətnində bir peyğambər var.

 

Küçə boyunca gedərkən insanlar dözə bilməyib Məryəmin ayaqlarına yapışmağa başladırlar. Yalvaran kəndlilər hər tərəfdən qızcığaza əl uzadırdılar. Məryəm və anası insanlar arasında dövrəyə düşdü.

Hər kəs “ Allahu Əkbər” deyə qışqırırdı. İnsanlar Məryəmin üzərindəki paltarı cırıb müqqəddəs bir əşya kimi qoruyub saxlamaq istəyirdilər. Qarnı burnunda olan Məryəm dözə bilməyib özündən gedir və qıçalarının arasından doğum əvvəli gələn su axmağa başlayır. İnsanlar yenə də qışqırır, “ Ya Məsih, Ya İmam Zaman” deyirdi.

 

Ayaqlar altında taptalanan Məryəmin anası qızının halını görər-görməz elə qışqırdı ki, səsi bütün kəndi bürüdü. Hava yavaş-yavaş dəyişməyə başlayırdı. İldırım yerlə göyü birləşdirir, göy gurultusu bu kəndi lərzəyə gətirirdi. Molla ayağının altına daş parçası qoyub havaya qalxır və səmanın gurultusu kəsilər kəsilməz dedi: “peyğambərimiz dünyaya gələcək və indi zühur edəcək.“

 

Hər kəs Məryəmi çiyninə alır və hələki asta-asta yağan yağışın altında o, evinə aparılırdı. Yağan yağış, yazıq Məryəmin üzünü tumarlayırdı.

 

Qoca qarılar doğuma hazırlandılar. İsti sudan tutmuş neştərə qədər hər şey hazır idi. Məryəmin anası onun əllərindən tutmuşdu. Ancaq, Məryəmin əlləri buz kəsmişdi. Gözlərinin altı göyərmişdi və heç bir hərəkət etmirdi.

 

Məryəm bir az əvvəl olanlara görə daha yaşamırdı. Onun cəsədi evin ortasında qalmışdı. Molla içəridəki ağlaşmanı eşidər-eşitməz otağa daxil olur və hər şeydən xəbər tutur. Saqqalını tumarlayıb qarılara əmr verir:

 

  • Məryəmin qarnını kəsin və peyğambəri oradan çıxarın! Bizə lazım olan peyğambərdir!

 

Hər kəsin üzü güldü. Qadınlar cəsədin qarnını açdılar və qarı neştəri əlinə alıb, qızın köbəyini kəsdi . Göy gurultusu elə şiddətli oldu ki, elə bil neştər cəsədə dəydiyinə görə tanrı qəzəbini göstərdi. Molla səbrsizliklə olanları izləyir və əlindəki təsbehlə zikr edirdi.

 

Qarı əlini cəsədin bətninə saldı. Qanlar içərisində kiçik, çox kiçik… bir ovuc içi qədər körpə çıxardı. Uşaq hələ də nəfəs alırdı. Hər kəsin üzü gülürdü. Molla yerə oturub səcdə eləməyə başladı. Onun bu hərəkətinə görə hər kəs səcdə eləıməyə başladı. Uşağı qanlı əllərində tutan qarı dodaqlarını onun qulağına yaxınlaşdırıb dedi: “mənə bir az da ömür ver, ey Məsih”

 

Qarı birdən başını qaldırıb qışqırdı: “Bu da nəfəs almır. Ölübdür”

 

Hər kəs ağlamağa başladı. Xüsusilə də kişilər, şalvarlarının başındakı kəməri çıxarıb, onunla bədənlərini döyməyə başladı.

İndi fikirləşirdilər ki, peyğambər və anasına sahib çıxa bilmədikləri üçün cəhənnəm alovu onları yandıracaqdı.

 

Yazıq Məryəm….

 

 

 

***

 

6 ay öncə.

 

Mustafanın uzun zamandır bir planı var idi. Nə qədər həyəcanlı olsa da, bu gecə bunu edəcəyindən əmin idi. Elə bunun üçün də tam hazırlıqlı gəlmişdi.

Kənddə nə qədər gözəl qız varsa, hamısına bir anda sahib olmaq istəyən, kəndin saf su satıcısı Mustafanın insanlar arasında elə də hörməti yox idi. O, həmişə suyu satdığı qızlara diqqətlə baxar, onlara yaxınlaşar, ən yaxşı halda qızların ataları və ya qardaşları tərəfindən döyülərdi.

 

Amma Məryəmin nə qardaşı, nə də atası olduğundan, habelə kəndin ən gözəl qızı olduğundan elə onu ələ keçirmək fikirinin üzərində dayanmışdı.

 

İlk öncə barını atlayaraq ağacların arasında gizləndi. Məryəm evdən çıxarkən ağaclıqdan səs eşitdi və diqqətlə Mustafaya doğru baxdı. Ancaq, qaranlıq olduğunda heç bir şey görmədi.

 

Daha sonra Məryəm dəstamaz almaq üçün həyətdəki hamama daxil oldu. Elə bu vaxt Mustafa evə girir. İlk öncə əlindəki yatızdırcı ətər spirti ilə öz yatağında yatan Məryəmin anasını zərərsiz hala gətirir və gizlənir. Daha sonra Məryəm səccadəni yerə salıb namaz qılmağa başlayır. Bu vaxt Mustafa onun lap yaxınlığına qədər gəlir. Ancaq, namaz qıldığı yerdə qıza bir şey eləmək istəmir. Məryəm namazı bitirər-bitirməz yatağına atlanır və gözlərini bərk-bərk yumur. Çünki, qızcığaz otaqda kiminsə və ya nəyinsə olduğunu hiss eləmişdi. Çox keçmədən Məryəm yuxuya gedir.

Mustafa isə əlindəki yatızdırcı ətər spirtini parçaya tökərək qıza iylədir. İndi evdə top da partlasa heç vaxt oyanmazdılar.

 

Mustafa paltarlarını çıxarıb Məryəmin yanına uzandı. Bir az onun dodaqlarından öpüb ehtirasın ən yüksək həddinə çatdı. Daha sonra qızın bütün paltarını çıxardı. Ağlına gələn bütün fikirləri qızın üzərində elədi. Onun ən çox qorxduğu şey qızın bakirəliyinin pozulması idi.

 

Ancaq, həmin gecə məsum Məryəm elə görsənir ki… Saçları şölələnnib çılpaq sinəsinə tökülürdü. Dodaqları susuzluqdan qurumuşdu. Bu gözəlliyi Mustafa vəhşicəsinə istismar edirdi. Mustafa qızın üstünə uzanaraq sürtünmənəyə başladı. Bir gecə ərzində Mustafa bir neçə dəfə ehtirasın ən yüksək həddinə çatdı. Səhər yavaş-yavaş açıldığından qızın bütün paltarlarını geyindirdi. Ancaq, bilmədiyi bir şey var idi ki, ona aid maye qızın uşaqlıq borusuna axıb getmişdi. Qızın üstünü dəsmal ilə silməklə kifayətlənəcəyini düşünən Mustafa, rahatca əlini-qolunu sallaya-sallaya evdən çıxıb getmişdi. Geridə isə heç bir iz qalmamışdı. Yox, qalmışdı. Artıq, bu iz Məryəmin bətnində idi.

 

Mustafa kənddə yaranan söz-söhbətə görə, xüsusilə Məryəmin bakirə ola-ola hamilə qalması və peyğambər doğuracağı söz-söhbəti Mustafanı elədiyi hərəkətə görə peşman eləmişdi. Ancaq, bu cahilin xəbəri yox idi ki, onun hüceyrələri qızın bətninə axıb.

 

Belə bir müqəddəs ananı zorladığından Mustafa yavaş-yavaş ağlını qaçırmağa başlayır və bir gün qaça-qaça meşəyə daxil olur. Həmin gündən sonra, onu nə görürlər, nə də eşidirlər. Bəlkə də heyvanlara, qurda-quşa yem olmuşdu.

 

Nicat Kazımov

 

5.7.2013

 

“Gəncə Xatirələri”

 

Kultura.az | Developed by Samir Yahyazade