Rey Bredberi - "Mars xronikaları" romanından seçmələr.

Литература

 

Heyvan, həyatın mənasını tapmaq üçün əldən-ayaqdan getmir. O, yaşayır. Həyat naminə yaşayır. Onun üçün cavab elə həyatın öz içindədir, sevinc də, ləzzət də onun içindədir. Bu heykəllərə bir baxın: hər yanda heyvanların simvolik təsvirləri... Yəqin ki, bunlar tanrı simvollarıdır, həyat simvollarıdır... Həyat özü-özlüyündə bir cavabdır. Həyatın məqsədi həyat törətməkdədir, mümkün qədər də onu yaxşılaşdırmaqdadır... Həyat yaxşı olanda, onun haqda mübahisə etməyə dəyməz... (Avamlıq, özünü doğrultduğunda yaxşıdır.)

...

 

Onlar hər şeyi dağıtmaq, hər şeyi ifşa etmək istəyindən qurtulmuşlar. Onlar dini, incəsənəti və elmi birləşdirmişlər: axı enində-sonunda elm -- izahını verməyə gücümüz yetmədiyi bir möcüzə araşdırmasıdır, incəsənət isə -- bu möcüzənin təfsiridir. Onlar, estetik, gözəl olanı dağıtmağa elmə imkan vermirdilər.

 

 

Rey Bredberi

 

"Farenheytlə 451° " romanından seçmələr

 

 

...

 

 

Bizə şənliklər, kef gecələri, akrobatlar və sehrbazlar, təhlükəli oyunlar, reaktiv avtomobillər, motosikletlər, helikopterlər, pornoqrafiya və narkotik verin. Bizə ən sadə, avtomatik refleksləri oyadan şeylər verin, həm də çox verin! Drama məzmunsuzdursa, film boşdursa, komediya isə bacarıqsızdırsa, mənə həyəcanlandırıcı bir nəsə verin, qulaqbatıran musiqiylə sinirlərimə zərbə vurun! Onda mənə elə gələcək ki, tamaşanı qavrayıram, əslində isə bu, səs dalğalarına verilən mexaniki reaksiyadır sadəcə. Amma mənə fərqi yoxdur ki. Əməlli-başlı silkələnməkdən xoşlanıram.

 

...

 

Diqqət edin ki, sonra melanxoliya və qorxunc fəlsəfə dünyamızı basmasın... Kitablarda heçnə yoxdu... Elmi kitabdırsa, onda lap pis: bir alim o biri alimi idiot adlandırır, bir filosof digərindən daha bərk bağırmağa çalışır. Hamı da harasa tələsir, qaçhaqaçdır, ulduzları, günəşi söndürməyə çalışırlar...

 

...

 

Təfərrüatlara olan eyni diqqəti, eyni həssaslığı və şüurluluğu bizim radio və televiziya verilişlərimiz də tərbiyyə edə bilər, lakin, əfsuslar ki, onlar bunu etmir.

 

...

 

 

Kitablar, unudacağımızdan qorxduğumuz şeyləri saxlamaq üçün bir yerdir ancaq. Onlarda heçbir sirr, sehr yoxdur. Sehr, onların dediklərindədir ancaq, Kainat parçalarını necə bir-birinə tikib bütövə çevirmələrindədir.

 

...

 

Həyatın müxtəlif yanları bir kvadrat kağız düymunda nə qədər doğru əksini taparsa, kitab o qədər "bədii" olar. Bu, mənim keyfiyyət meyyarımdır. Təfərrüatlar vermək, yeni təfərrüatlar. Yaxşı yazıçılar həyatla sıx əlaqədə olurlar. Ortabablar onun səthindən sürüşüb keçirlər.

 

...

 

Bizə çatışmayan şeylərdən ən birincisi keyfiyyət, bilgilərimizin teksturasıdır, toxunuşudur.

 

...

 

İtirəcəyin bir şey yoxsa, riskdən qorxmursan.

 

...

 

Qurtuluşu bir şeydən -- bir insandan, bir makinadan və ya kitabxanadan gözləməyin. Dünyanı xilas edəcək şeyi özünüz yaradın.

 

...

 

Yaratmayan dağıtmalıdır. Bu, dünya kimi köhnədir. Azyaşlı cinayətkarların psixologiyasıdır bu.

 

...

 

Öz-özlüyümüzdə biz heçnə kəsb etmirik. Biz yox, içimizdə qoruyub saxladığımız önəmlidir.

 

...

 

Yaxın zamanlarda da güzgülər paylanılsın, güzgülərdən başqa heçnə, bəşəriyyət o güzgülərdə özünə yaxşı-yaxşı baxması üçün.

 

...

 

Kitabı örtüb "gözlə" deyə bilərsiz. Siz onun ağasısız. Amma televizorlu qonaq otağını çalışdıranda əsir düşdüyünüz bərk caynaqlardan sizi kim ala bilər? O, sizi gil kimi əzir və öz istədiyi biçimə salır. Bu da mühitdir, dünya kimi realdı. Kitabı idrak gücüylə yenmək olar. Lakin bütün biliklərimə və skepsisizmimə baxmayaraq dəhşətli qonaq otaqlarımızın rəngli böyük ekranlarından üstümə böyürən yüz alətdən ibarət simfonik orkestr ilə mübahisəyə girməyə özümdə güc heçvaxt tapmırdım.

 

Çevirdi: İlahə Ucaruh

Kultura.az | Developed by Samir Yahyazade