Abdenur Bidar: "Məhəmməd Peyğəmbəri yançaqları açıq göstərən karikatura məncə gülməli deyildi. Amma onun «axmaqlar tərəfindən sevilmək çətin məsələdir» dediyi karikaturasına çox güldüm"

Интервью

 

Qəzetinin, filosof, İslam dini üzrə mütəxəssis, Abdenur Bidar ilə Peyğəmbərin təfsirinin təqdim edilməsinin qadağası ilə bağlı müsabiqəsini təqdim edirik.

 

- Məhəmməd peyğəmbərin simasını ifadə etməyin qadağası nə zamana təsadüf edir və sünni müsəlmanlar bunu necə izah edirlər?

İlk öncə onu bildirmək lazımdır ki, İncilin Köç hissəsindəki on Komandanın ikincisindən fərqli olaraq Quranda təfsiri qadağan edən heç bir müddəa yoxdur. Beləliklə bu qadağanın səbəbini hansısa yazıda və ya fətvada axtarmaq lazım deyil. Bu səbəb metafizikidir: İslam yuxarıdan aşağı üstünlüyü - yəni Allah, Quran, Peyğəmbər – elə inamla sübut etmək istəyir ki, Peyğəmbəri təfsir etmək istəyənlər bütpərəstlikdə ittiham olunur, yəni təsəvvür edilənlərdən çox-çox yüksəkdə yerləşən şəxsi, yeni Peyğəmbəri, fiziki təfsirlə əvəz etmək onun həqiqi dəyərini aşağı salmaq kimi qəbul olunur. Xristian dininin fərqi ondadır ki, bu din Atanın Oğul üzərində üstünlüyünü qəbul edir və bunu tarix boyu xaç üzərində təfsir etmişdir.

 

-Müsəlmanlar müqəddəs hesab etdikləri ilə zarafat edib gülə bilərlərmi?

Əksər müsəlman cəmiyyətlərində bu sualın cavabı “yox”dur, baxmayaraq ki, bəzi ailələr daha az dindardırlar. Amma müsəlman dünyasında müqəddəs hesab edilənin ictimai olaraq gülüş obyektinə çevrilməsinə və ya karikatura mövzusu olmasının mümkünlüyünə inanmıram. Deyə bilərlər ki, müqəddəsi gülüş obyektinə çevirmək əsasən qərb və ya müasir cəmiyyətlərin adətidir. Amma mənim fikrimcə bu düzgün fikir deyildir, məncə müqəddəs hesab olunanı gülüş obyektinə çevirmək ehtiyacı dünyəvidir və bu bizə ən vacib və çətin hesab etdiyimiz məsələlərə, yəni ölümə, nifrətə, müqəddəsə və. s., olan münasibətimizi yumşaltmağa imkan verir. Nəinki hər şeyi gülüş obyektinə çevirmək lazımdır, hətta gülməli və ya məzəli görünməyənləri, yəni faciəli, əzəmətli və ali şeyləri də zarafata tutmaq olar. Beləliklə insan sübut edir ki, onu heç nə qorxuda bilməz, bu qorxmazlıq onun həyatının əsas məqsədidir. İslam kimi dərin zənginliyə malik olan bir dinin bunu başa düşməməsi mənim fikrimcə bir boşluqdur. Əlbəttə ki, bütün sivilizasiyaların öz üstünlükləri və çatışmazlıqları vardır.

 

-İsa Peyğəmbərin olduğu kimi Məhəmməd Peyğəmbərin də karikaturasını çəkməyin mümkünlüyü onu sübut etmir ki, bu gün İslam da Fransada o biri dinlər kimi adi din statusunu əldə etməkdədir?

Əvvəlcə bir aydınlıq gətirim. Məhəmməd Peyğəmbəri yançaqları açıq göstərən karikatura məncə gülməli deyildi. Amma onun «axmaqlar tərəfindən sevilmək çətin məsələdir» dediyi karikaturasına çox güldüm. Bunlara baxmayaraq düşünürəm ki, sadəcə zəif inancı olan şəxslər bu kimi karikaturadan əsəbiləşə bilərlər. Bu kimi karikaturalara qarşı zorakı reksiyalar məncə dini təhsilin səviyyəsinin aşağı olmasından xəbər verir: bu cür zorakı və epidermal reaksiya vermək onu göstərir ki, şəxsin dini tədrisində vacib olan nə isə lazımınca əldə edilməmişdir, onun dözümlülük mədəniyyəti və inandıqlarını dəyərləndirmək bacarığının yarımçıq olduğu üzə çıxır. Bütün bunları müsəlman dünyasındakı mitinqlərdən və müəyyən dərəcədə Fransada müşayiət etmək mümkündür: bu zorakı reaksiyalar mənəvi cəhətdən aclığın göstəricisi olub həqiqi dini mədəniyyətin heç bir dərin mənası olmayan şəxsi primitiv inanc ilə, « Peyğəmbərə toxunmaq olmaz », «Qurana toxunmaq olmaz », qarışıq salındığını göstərir. Bundan əlavə, hətta bütün ömrünü dini mətinləri oxumaqla keçirən din xadimləri, imamlar və başqa dini elm adamları eyni inanclara söykənib «cəhalət doktrinaları» tərtib edirlər.

 

«Şəxsləri, kimliklərinə və şəxsiyyətlərinə uyğun olmayan yalançı görüntü təqdim etməyə vadar edirlər»

 

-Peyğəmbərini təfsir edərək İslam dinini adiləşdirmək Fransa müsəlmanları üçün ən böyük hədiyyə deyilmi?

Fransa o ölkədir ki, - mən dindar biri kimi bunu alqışlayıram – dinin tarix boyu arxasından təpik əskik olmayıb! Mən inanıram ki, bu təpiklər dinə ən böyük yaxşılıqları edib və fikrimcə İslam bu qaydaya müstəsna olmalı deyil. Bu onun yaxşılığı üçündür. Çünki tənqid – yumoristik ya intellektual – dini inamın və dünyanı anlamaq bacarığının inkişaf etməsinə maneə olan bütün sadəlövhlüklər və ağlabatmaz fikirlərdən xilas olmağa zəmin yaradaraq onların aydınlığa və dərinliyə doğru irəliləməsinə təkan verir. Əsl inanc inancla zarafat edənidir, əsl mənəvi intuisiya insanın dini kəşf etdiyi zaman beynində olan primitiv inancları tənqid, gülüş, düşüncə və sirli alovla təmizləndikdən sonra ortaya çıxanıdır. Nə qədər ki, bu işlər həyata keçirilməyib, dindarın qəlbindəkilərin hansının dəyərli, hansının dəyərsiz olduğunu dəqiqləşdirmək mümkün deyildir. Əlavə etməliyəm ki, dindarın düşməni – onun tək düşməni – inanmayanlardır, hansılar ki, onu araşdırılmamış və həqiqətən öyrənilməmiş ancaq mexaniki olaraq təkrarlanmış əşyaya çevirirlər.

 

-İmmiqrantların ayrı seçkiliyə məruz qaldığı üçün və onların əksəriyyətinin müsəlman olduğu güman edildiyi üçün İslamla Xristianizm eyni tutulmamalıdır fikri haqqında nə düşünürsünüz?

 

Bu fikri özünü qurban hesab edənlər müdafiə edirlər: yazıq immiqrantlar, yazıq müsəlmanlar, yazıq müsəlman və immiqrant olmaqdan ikiqat əziyyət çəkənlər, keçmiş müstəmləkəyə məruz qalanlar və hazırda fərqli baxılanlar. Budur bu gün Fransada öndə gedən sosiologiya məktəbi, hansı ki, ad veriləsi mümkün olmayan intellektual yoxsulluğun göstəricisidir: bu nəsil Burdye və Fuko (tanınmış fransız filosofları) kimiləri və başqa özünü 68-ci illərin üsyançısı hesab edən və şəxsi məğlubiyyətlərini sosioloji düşüncə kimi təqdim edən, cəmiyyəti iki yerə bölən, bir hissəni qəddar və dominant, digərini isə yazıq və haqları pozulmuş kimi təqdim edən (amma hər zaman olduğu kimi onlarda bir gün zəncirlərini qıraraq azad olacaqlar)..., bu iki baxış üzərində dünyəvi düşüncə yaratdıqlarını hesab edənlərdir, gözəl bir dünya axtarışında «hansında ki, hər kəs öz fərqini ifadə etmək imkanına malik olacaq», «hansında ki, bir şəxs sərbəst izah edə biləcəkdir ki, əyər o başını bağlayırsa deməli bu onun sərbəst seçimidir», və. s. Özünü qurban kimi təqdim edənlər, multiculturalismi müdafiə edənlər, fərqliliyi müdafiə edənlər, İslamdan gələn təhlükə və İslama qarşı olan təhlükələri görə bilməyən və anlamayan amma vaxtlarını Respublikanı tənqid etməyə sərf edənlər, gələcəkdə necə aydın, ağıllı və sülhsevər inanc təqdim edə bilər. Bu İslamı və bizi təhdid edən odur ki, biz dözümsüzlük və irtica səbəbindən geriləməyimizi hər tərəfdən eşitməyi xoşladığımız « universal məzlumun əzab səsləri» ilə qarışıq salırıq.

 

-Deyilənlərə görə Fransada 5 ya 6 milyon müsəlman vardır. Sizcə müsəlmanla və sadəcə müsəlman ailəsində doğulan şəxsləri səhv salmırlar?

Əlbəttə bu fərqi unutmaq lazım deyil. Yoxsa kimliyə aid etmək adlanan halla qarşılaşırıq: bir şəxsi müsəlman hesab edib sonra onun üzərinə, çox vaxt İslam haqqında heç bir məlumatı olmadan, strerotipli məlumatlara əsasən, klişe, fərziyəvi və əsassız fikirlər qoyurlar. Beləliklə sadəcə şəxsin görünüşünə və ya adının ərəb adına bənzəməsi səbəbindən ona müraciət edərək deyirlər «siz müsəlmanlar» və ya «sizdə müsəlmanlarda filan şey necə olur», və. s. Şəxsləri onların həqiqi həyatlarına və şəxslərinə uyğun gəlməyən təfsiri kimliyə aid edirlər. Bu da şəxsi təhqir etməyə səbəb ola bilər, çünki bəzi müsəlman mənşəli şəxslər dinlə bağlı xüsusi münasibət quraraq özlərini ondan müəyyən dərəcədə xilas etmişlər, bu o demək deyil ki dinlərini inkar etmişlər amma onunla xüsusi münasibət yaratmışlar. Budur, təəssüflər olsun ki, bir çox fransızların müsəlmanlara olan münasibəti bu da onların özlərinə qapanmasına yol açır.

 

-Katolik əslli ateist Miladı ailəsi ilə keçirirsə onu katolik hesab etmək olarmı? Müsəlman əslli ateist Qurban bayramını ailəsi ilə keçirirsə onu müsəlman hesab etmək olarmı?

Ateist olanı katolik və ya müsəlman kimi təyin etməyin mənası nədir? Mənim fikrimcə bunun heç bir mənası yoxdur. Və inananlar üçün ateist ateistdir. O nə katolik, nə də müsəlman olduğunu iddia edə bilməz. O sadəcə katolik və ya müsəlman əslli olduğunu deyə bilər və tez bir zamanda dindən uzaq olduğunu demək ehtiyacını duyacaqdır. Mənə gəldikdə, bir filosof kimi mənə sən müsəlmansan deyəndə cavab verirəm ki, yox və qeyri müsəlmansan deyəndə cavab verirəm ki, bəli mən müsəlmanam. Amma həqiqətdə müsəlmanammı? Bütün özünə hörmət edən filosoflar kimi məndə yox deyən zəkalardanam.

 

Müsahibə Charb tərəfindən hazırlandı və Charlie Hebdonun 2 yanvar 2013-cü il tarixli n°1072 sayında nəşr edildi.

 

Frasnsız dilindən tərcümə etdi : D. Qasımov

Kultura.az | Developed by Samir Yahyazade