Bertran Rassel. “Mən Nəyə İnanıram”

Литература

 

“Mənim bütün ömrümü üç çılğın istək yönətmişdir, yenilməz cazibələrinə qarşı duruş gətirə bilmədiyim, ilk baxışdan adi görünən bu istəklər: sevib-sevilmək yanğımda, yorulmaq bilmədən oxuyub-öyrənməyə can atmağımda, bir də insanlığın ağrılarına ürəkdən acımağımda özünü göstərmişdir. Bu çılğın istəklər, güclü küləklər sayağı, məni götürüb dördbir yana uçurmuş, bir ağrıdan qurtarmamış o biri ağrıya tuş gətirmiş, çox vaxt da məni təkbaşına, dözülməz sarsıntılarımla üz-üzə qoymuşlar...” – Bu sözlər Bertran Rasselin Azərbaycan dilində ilk dəfə nəşr olunan “Mən Nəyə İnanıram” kitabından götürülmüşdür.

Bertran Rassel (1872-1970) 98 il yaşayıb, ömür boyu tütün çəkib, matematik olsa da ədəbiyyat üzrə Nobel mükafatını alıb, 5 dəfə evlənib – bütün parametrleri ilə qeyri-adi insan olub. Fəlsəfədə ingilis neorealizminin və nepozitivizminin əsasını qoyub. Fəlsəfə sahəsində Rasselin ən məşhur əsər “Qərb Fəlsəfəsinin tarixi”dir. Bu əsərdə antik dövrdən üzü bəri əsas fəlsəfi konsepsiyalar sadə dillə təsvir olunmuş, sistemləşdirilmişdir. Bir çox Qərb universitetlərində fəlsəfənin ilk dərsliyi kimi bu kitab öyrədilir.

Alatoran Yayınları seriyasından oxuculara təqdim olunan “Mən Nəyə İnanıram” adlı kitabda Rasselin seçilmiş məqalələri toplanıb. Əsəri ana dilimizə Araz Gündüz tərcümə edib. “Evlilik və Əxlaq” adlı kitabdan da buraya bir neçə fəsil daxil edilmişdir.

Həmin əsərdə ailə və nikahın qısa tarixi ilə yanaşı olaraq, hər bir qadını və kişini maraqlandıran seksual duyğu, sevgi, evlilik və boşanma, ailə və uşaqların tərbiyəsi, yevgenika və bizim həyatımızda həlledici rol oynayan bir çox başqa məsələlər araşdırılmışdır. Bertran Rassel bu kitaba görə 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almışdır.

Rаssеlin yаzdığı mühüm əsərlər sırаsınа “Еlmin cəmiyyətə təsiri” (1952), “Yаddаş pоrtrеtləri” (1956),  “Bəşəriyyətin gələcəyi vаrmı?” (1961), “Fаkt və uydurmа” (1962) və digər çохsаylı kitаblаrı, hаbеlə üç cildlik “Аvtоbiоqrаfiyа”sı” (1967-1969) dахildir. Bir çох tədqiqаtçılаr Rаssеli müаsir dövrün ən böyük filоsоfu, еyni zаmаndа ən ziddiyyətli şəхsiyyəti kimi хаrаktеrizə еdirlər. İngilis tədqiqаtçısı Mаykl Hоlrоydun fikrincə, Rаssеl “əsrimizin ən qеyri-аdi hаdisələrindən biridir və onun həyаt yоlu bаşdаn-bаşа hеyrətаmiz pаrаdоkslаrdаn tохunmuşdur” Оnu Vоltеrə bənzədənlər də yох dеyildir. 

Kultura.az


 

Kultura.az | Developed by Samir Yahyazade