The Beatles, Con Lennon, C.D.Selincer, Mark Çempmen

Литература

 

27-ci hissə

Bir müddət öncə Cerom Devid Selincerin 26 hissədən ibarət olan ‘’Çovdarlıqda uçurumdan qoruyan ‘’kitabını oxuyub bitirmişdim. Bəlkə bu kitabı 16 yaşımda oxusaydım daha çox sevərdim, 21 yaşımda oxuduğum üçün 16 yaşlı Holdenin arzuları, istəkləri, inqilaba səsləyən fikirləri mənə biraz yad gəlirdi. Kitabı oxuyandan sonra araşdırma apardım və öyrəndim ki, 1981-ci ildə 40 yaşlı ABŞ prezidenti Ronald Reyqana sui qəsd etmiş, Con Hinklinin və kumiri Con Lennona beş dəfə atəş açıb, onu öldürən Mark Çepmenin ən sevimli əsəri imiş.Mark Çepmen fanatı olduğu Beatles qrupunun üzvü Con Lennonu öldürməmişdən qabaq bu kitabı oxuyub.Bu barədə film olduğunu eşitdim və filmə baxdım.Film ‘’Chapter 27’’ (27-ci hissə) adlanırdı. Çepmen tutularkən Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin 27-ci fəslində Lennonu öldürmək haqqında gizli mesajlar oxuduğunu iddia edirdi.Filmin adıda buradan götürülmüşdür.Bir növ Çepmen 27-ci hissədə Holdenin onun bədəninə girərək bu qətlə sürüklədiyini iddia edirdi.

‘’Chapter 27’’ filmi 2007-ci ildə, Jack Jonesun ‘’Let Me Take You Down’’ adlı kitabına əsasən çəkilmişdir.Rejisoru və ssenaristi J.P. Schaeferdir.Filmi çox bəyəndim, baş rol oyuncusu Jared Leto rolunun öhdəsindən ustalıqla gəlmişdi.Film boyu sıxılmırsan və heyranlıqla izləyirsən.

Film haqqında

Filmin qəhrəmanı Mark Çepmen Çovdarlıqda uçurumdan qoruyan kitabına və Holden Koldfidə çox inandığını bildirir, insanların saxtakarlığına qarşı nifrət edir.Əslən Corcuyalı olan Mark Havayidən Lennonla tanış olmaq, ona albom imzalatmaq adı ilə New Yorka gəlir.Əsas məqsədi isə onu öldürməkdi .

Mark Çempmen əqidəli bir dindar idi.Bibilya ilə tanış olmuşdu.Mark oxuya biləndən bəri özü ilə bu müqəddəs kitabı gəzdirməyə başlamışdı.Bir sözlə, o, mənəvi cəhətdən saf bir insan idi. Lakin oxumağa həvəs get-gedə onun psixikasını dəyişdirirdi. Başqa sözlə desək, hər tanış olduğu bədii ədəbiyyat onun hafizəsinə birbaşa təsir edirdi. Məhz bunun nəticəsidir ki, yazıçı Selincerin qələmə aldığı "Çovdarlıqda Uçurumdan qoruyan’’ povestini oxuduqdan sonra o, xeyli müddət özünə gələ bilmədi. Mark Çempmen çox sonralar etiraf edəcəkdi ki, özünü əsərin baş qəhrəmanı timsalında görürdü. Nəzərinizə çatdıraq ki, baş qəhrəman həyatda özünü tapa bilməyən, şəxsiyyətsizlik kompleksindən əziyyət çəkən, çılğın bir yeniyetmə idi. Belə çıxır ki, Mark Çempmen dinlə məşğul olsa da, şəxsiyyəti ikiləşmişdi.Bu da onda psixiki xəstəliklərə gətirirdi.O Lennonun musiqilərindən başa düşürdü ki, Amerika cəmiyyətində heçbir uğur qazana bilməyəcək.Həkimlər ona "İdentimaniya"Identimaniya o deməkdir ki, xəstə xəyallarında canlandırdığı və ya fanatı olduğu kumiri kimi olmağa çalışır. Bu isə şəxsiyyətin ikiləşməsinə gətirib çıxarır. Bir tərəfdən dini əqidəsi ona kimisə öldürməyə imkan vermirdi. Digər tərəfdən isə o, "xəyanətkar" "oxşarını" aradan götürmək fikri ilə alışıb yanırdı..

Holden kimi Markda New York da üç bərbad gün keçirir.Kitab da Holdenin başına gələn hadisələrin çoxu Mark Çepmenində başına gəlir. Mark Con Lennonu çox sevən bir insandı o deyir ki, onun musiqisi, fikirləri, mənim ehtiyacım olan hərşeyi təmin edirdi.Hərkəsin birşeyləri tapmaq üçün başqa birşeylərə ehtiyacı vardır. Hərkəs yaralı və qırılmışdır.Hərkəs özünü təmir edəcək birşeylər tapmalıdı səni uzaqlara götürəcək və yenidən bütöv edəcək birşey.Mark deyir ki, o fikirlər söyləyir, bu hərşey demək deyil, ancaq onun milyonları var, evləri, maşınları var o, onu sevənlərə arxasını çevirib bu belə mənim düşündüklərimi haqlı çıxarır.Özünü daha ağıllı hesab edirdi.Lennonu öldürməmişdən qabaq, oteldə əşyalarını-Vyetnamlı uşaqlarla çəkdirdiyi şəkilləri ortalığa qoyur ki, onun necə bir insan olduğunu görsünlər.Kitabı oxuduqca başına gələn hadisələri Çovdarlıqda uçurumdan qoruyandakı hadisələrlə əlaqələndirir və Holden olacağına inanır.Daha sonra öyrənir ki, Con Lennonun qaldığı binada şeytanın yer üzünə enməsi barədə film çəkilib, rejisorun arvadıda Lenonun musiqilərindən təsirləndiyi üçün ölüb.Və bunun təsadüf olmadığını bildirir və Lenonun öldürüləcəyi günün gəldiyini deyir.Üç gün Lenonun qapısında gözləyir özüdə bildirir ki, mən burda onun fanatı rolunu oynayıram və zamanla hamı gedəcək və mən tək qalıb onu öldürəcəm.Con Lennona albomu imzalada bilir və buna çox sevinir.Onunla şəkildə çəkdirir.Xeyli müddət tərəddüdlər keçirsədə şeytandan Lennonu öldürməsində ona kömək etməyi xahiş edir.O içindən keçirir ki, uşaqları çovdarlıqda uçurumdan qorumaq istəyən Holden vardı bəs məni bu yoldan daşındıracaq biri varmı?deyir; Çovdarlıqdakı uşaqlada saxtadır ölməli yazar.Əgər mənə bir şans verərsən bunu edəcəm.

1980-ci il 8 dekabr musiqisini bütün dünyada sülhə həsr edən sənətkar Nyu-York şəhərində 72-ci Avenyu və Sentral Park prospektlərinin kəsişməsində öz fanatı Mark Çepmen tərəfindən qətlə yetirildi. Çepmen ona arxadan 5 dəfə atəş açdı və onu öldürdü.Holden kimi Mark Çepmendə ruhi xəstəxanaya yatırırlır və hər ikisi bu hadisələri xəstəxanada danışır.O bildirir ki, bu kitab mənim düşüncələrimə, qanıma girib, mənə güc, qüvvət, inam verir, məni gücləndirir.Mənim ruhum’’ Çovdarlıqda uçurumdan qoruyan’’ kitabının vərəqləri arasında yaşayır.Mark Çepmen bir neçə il boyunca Holden Koldfildin onun bədənində yaşadığı inamı ilə İncildəki bir inam arasında gedib gəldi və xristian oldu.Holden və Mark Çepmen New Yorkda üç gün keçirdi və hər ikisi cəmiyətdəki saxtakarlıqlara, haqsızlıqlara,əxlaq, həqiqət anlayışılarına qarşı çıxır və öz yerlərini tapa bilmirdi.Hər ikisində şəxsiyyət problemi vardı.Sonluqda hər ikisi xəstəxanada bu hadisəni danışır.

 

Con Lennon

Onun adına ilk dəfə bir kitabxanada rast gəlmişdim.Bir kitabın üz qabığından eynəkli, uzun saçlı biri mənə tərəf baxırdı.Adını da ilk orda oxumuşdum Con Lennon.

Con Ono Lennon - məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. Lennonun son albomu 1980-ci ildə işıq üzü görüb. "Double Fantasy" adlı albom musiqi tənqidçiləri tərəfindən də çox bəyənilmişdi. Albomun satışa çıxmasından 3 həftə sonra Con Lennon dünyasını dəyişir.O musiqisini bütün dünyada sülhə həsr etmişdi.Musiqiçi olmaqla yanaşı Lennon həm də siyasi fəal idi. Siyasi fikirlərini həm mahnılarında, həm də açıq şəkildə ifadə edirdi. Məşhur "Imagine" mahnısında Lennon dünyanı necə görmək istədiyini açıq şəkildə bildirir. Lennon bərabərlik və yer üzündə yaşayan bütün insanların qardaşlığı, sülh və azadlıq kimi ideyaları təbliğ edirdi. Bu kimi təbliğatları sayəsində keçən əsrin 60-70-ci illərində "hippi" fəlsəfi hərəkatının simvoluna və ən tanınmış üzvlərindən birinə çevrilib.2002-ci ildə Böyük Britaniya media nəhəngi BBC-nin keçirdiyi rəy sorğuları əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən dahi britaniyalısı" siyahısında Con Lennonun adı 8-ci yerdə qərar tutur. Bütün dövrlərin 50 ən dahi sənətkarı" siyahısında Con Lennonu 38-ci, yaratdığı "Beatles" qrupunu isə birinci yerə layiq görür. Lennonun ən populyar solo albomu hesab edilən “Imagine” 1971-ci ildə işıq üzü görüb.

Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər.  Mətbuat “Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi haqda mətbuata açıqlamasında qeyd edir: «Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada silah satılır, “qaraları” küçədə öldürürlər, insanlar kasıbçılıq çəkir, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”. Bundan sonar qrup bir daha birləşmədi. Con Lenon özü də şöhrət baxımından heç də “Beatles”dən geri qalmırdı. Ona pərəstiş edən fanatları həddindən artıq çox idi. Çünki Lennon əsl insanın necə olmasına dair canlı nümunə idi: “Ucuz yerlərdə oturan hər kəsin alqışlamağını xahiş edirəm. Qalanları öz bər-bəzəklərini göstərməklə kifayətlənə bilərlər!”. O gerçəkdən də “ucuz yerlərdə oturanların” müğənnisi idi. Bu səbəbdən də onu sevənlər arasında “varlı londonlular” çox az idi


 

İllər keçdikdən sonra isə Çepmen məhşur "Mən tanınmış adam olmaq istəyən heç kim idim" etirafını etdi. Con Lenonun qatili əslində onu dəlilər kimi sevən pərəstişkarı idi. Mark Çapmen onu o qədər sevirmiş ki, hətta sonralar açıqlamasında “Mən onun dəli kimi vurğunu idim. Onu pərəstişkarlarına da qısqanırdım. Onu sevənlər o qədər çox idi ki, mən onların hamısını öldürə bilməzdim. Amma Con Lenonu öldürməklə onu hamıdan ayıra bildim və bilirəm ki, ömür boyu Con Lenonun adının yanında Mark Çepmenin də adı hallanacaq”- deyir. Və Çapmen ömürlük həbs cəzası alır. 2002-ci ilin sentyabr ayında ABŞ-ın aylıq musiqi jurnalı olan "Blender"də qəribə bir siyahı dərc olunmuşdu. "Rokun 25 ən əclaf adamı" adlı bu siyahıya Mark Çempmen başçılıq edirdi. Yazıda bildirilirdi ki, Con Lennonun qatili hal-hazırda xeyli qocalıb və izafi çəkidən (köklükdən) əziyyət çəkir. O, artıq 4-cü dəfədir əfv olunması barəsində məhkəməyə müraciət edib. Lakin hər dəfə mərhumun həyat yoldaşı və övladlarının son sözü bu işdə həlledici olub. Con Lennonun arvadı Yoko Ono yazılı izahatında bildirib ki, ərinin qatili azadlığa çıxarsa, o özünün, eyni zamanda Şon və Culiyan adlı övladlarının həyatını təhlükədə hiss edəcək. Çepmen Nyu York ştatında Roçester həbsxanasında cəza müddətini çəkir.

O Lennonu öldürdükdən sonra hadisə yerində qalıb’’ Çovdarlıqda Uçurumdan qoruyan’’ kitabını oxumağa davam edib.Polislər gələnədək oxumağa başladı. Şahidlərin dediklərinə görə, o, bu zaman dərindən köks ötürüb, dodaqaltı gülümsəyirdi. Sanki həyati missiyasını yerinə yetiribmiş kimi son dərəcə məmnun görünürdü.

Kamran Şeyxzamanlı


 

Kultura.az | Developed by Samir Yahyazade