post-title

Ölü ilə şam yeməyi

Hər kəsin öz dünyası var. Mənim dünyam isə 3 otaqlı evimdir. Bu ev mənim hər şeyimdir. Özümü ancaq burada təhlükəsiz hiss edirəm. Həyatım boyu təhülkədən uzaq qaçmışam. Mənim ən yaxın dostum qorxularımdır.Həkimlərin dediyinə görə məndə ağır fobiya mövcuddur. Buna görə vaxtımın çoxusunu evdə keçirirəm. Yağış yağarkən belə evdən eşiyə çıxmıram, ürəyimdə elə bir hiss yaranır ki, əgər ildırım çaxsa, qorxuram ki, o ildırım məni vurar.

 

Evdə nə edirəm?! Televizora baxır, kitab oxuyur, yemək yeyir, yatıram. Daha sonra yenə, televizora baxır, kitab oxuyur, yemək yeyir, yatıram. Daha sonra yenə də televizora baxır, kitab oxuyur, yemək yeyir, yatıram....Qısacası hər gün eyni hadisələri təkrar yaşayıb, monoton həyatımı davam edirəm. Amma yenə də xoşbəxtəm. Axı təhlükəsiz evimdəyəm. Yeganə problemim zamanladır. Hər gün güzgüdə özümə baxanda yavaş-yavaş qocaldığımı görürəm.

2 gün öncə 40 yaşıma qədəm qoydum. Öz tortumun şamlarını tək başına mətbəxdə üfürüb “gözəl” bir gün qeyd elədim. Yalnızlığım 10 yaşını tamamlamışdı, mənsə, 40.

 

Artıq, 10 il idi ki, Mehrindən ayrı yaşayırdım. O mənim həyat yoldaşım idi. Bir – birimizi çox sevməyimizə baxmayaraq, qorxularım bizi ayırdı. Mehrin də hər gənc ailə kimi çıxıb şəhərdə gəzmək istəyirdi. Lakin hansısa problem yaşanmasın deyə, şəhərə çıxıb gəzməyə razı ola bilmirdim. Camaat elə olub ki, artıq fərqi yoxdur, hər kəsə sataşır, xüsusilə də yanında xanım olan birinə atmacalar atırlar. Bunun bir neçə dəfə şahidi olmuşdum. Axı durduq yerdə niyə problemə doğru getməliyəm ki?!

Nəhayət, Mehrin bu səbəblərə görə məndən ayrıldı və qorxularımla məni yalnız başıma qoydu. Mehrin ailə qurub, hətta uşağı da var. Düzdür, bu məni incidir, amma nə olsun? Toy şəkillərimizə baxıb, arada göz yaşı tökürəm. Necə xoşbəxt idik, gərək, heç deyilsə həftədə bir dəfə binanın həyətinə düşərdik, ya da lap səhər tezdən gedərdik dəniz kənarına.

 

***

 

 

Hər 15 gündən bir ərzaq alış-verişi üçün evdən çıxıram. Çox uzağa yox, supermarket evimizin yaxınlığındadır.

 

Yenə hər dəfə ki, kimi evdən çıxıb bazarlıq elədim. Havaya çıxmağı fürsət bilib dərindən nəfəs alsam da, aldığım mazutlu havanı öskürə-öskürə sinəmdən bayıra atdım və yenidən bütün günü evdə qaldığım üçün özümə haqq qazandırdım. Evim 9 mərtəbəli binanın 9-cu mərtəbəsində idi. Binaya daxil olub, əlimdəki çantaları yerə qoydum və liftin düyməsinə basıb gözləməyə başladım. Lift 7-ci mərtəbədə idi. Aşağı enirdi və mən də Poganinin əsərini fit çalırdım.Bu vaxt binaya ortayaşlı bir qadın daxil oldu. Başımı ayaq səslərinə çevirər-çevirməz gözlərim paltarın dekoltesinə sataşdı. Woow! Belə sinəni ancaq filmlərdə görmüşdüm. Qadın gəlib yanımda durdu. O da liftin enməyini gözləyirdi. Gözündəki gün eynəyini çıxarıb, saçı dağılmaması üçün başına taxdı.33-34 yaşı olardı, ancaq çox baxımlı və cazibədar qadın idi. Üzərindən gələn xoş ətir məni qadınla tanış olmağa vadar edirdi. Ancaq, çox utanırdım. Barmaqları sensor telefonu incə-incə sığallayırdı. Qadına bir azda baxsa idim, məni səhv başa düşəcəkdi.

Nəhayət, lift gəlib çatdı – qapılar aralandı. İlk qadının keçməsi üçün ona yol verdim, daha sonra içəri daxil oldum. Qapılar qapandı. Nəzakət naminə xanımın qalxacağı düyməni mən basmaq istədim və bunun üçün üzümü qadına tutub dedim:

  • Xanım, neçiyə çıxırsınız?!

  • Əxlaqsız! Tərbiyəsiz! Əclaf! Sizin əlinizdəm liftə də minə bilmirik. – Qadın əlindəki çantanı mənə vurmağa başladı. Səsi liftin kabinəsini sirkələndirirdi – bəlkə də qorxumdan əsirdim. Başa düşə bilmirdim ki, niyə belə elədi.

  • Üzzz....Üzr istəyirəm. Niyə belə edirsiniz? Sadəcə, neçənci mərtəbəyə qalxdığınızı soruşdum.

  • ... Bağışlayın, “neçəyə çıxırsınız” deyəndə səhv anladım. – qadın tənginəfəs olmuşdu. Əlini sinəsinə tutub dərindən nəfəs ala-ala dedi: “8-ə”

İlk 8-i, daha sonra 9-u basdım.Qadın dərindən nəfəs ala-ala çantasında tələsə-tələsə nəyisə axtarırdı. Daha sonra tədirgin halda mənə dedi:

  • Mənim astmam var. Dərmanım isə yanımda deyil. Nəfəsim kəsilir. Dayandırın lifti! Çölə çıxmaq istəyirəm!

  • Üzr istəyirəm, ancaq dayandıra bilmirəm. Köhnə liftlərdə olmur elə bir şey. Necə köməklik edə bilərəm?! – qorxudan ödüm partlayacaqdı. Qadın nəfəs ala bilmirdi. Tənginəfəs halda nəfəs aldıqca, gözümü onun qalxıb enən iri dekoltesindən çəkə bilmirdim. Həmin an, özümü dünyanın ən pis insanı kimi hiss elədim.

Lift cəmi 4 mərtəbə qalxmışdı.Qadın əlini sinəsinə sıxaraq dizlərini yerə qoydu. Daha sonra gözlərini yumub başını yerə qoydu. Deyəsən, qadının ürəyi getmişdi. Nə etməli idim? Donub qalmışdım. Köynəyimin boğaz düyməsini açıb, dizimi yerə qoydum, və qadının özünə gəlməsi üçün üzünə bərk bir şillə çəkdim. Qadın heç bir reaksiya vermədi. Belə bir vaxtda nə etmək lazım olduğunu bilmirdim. Bəlkə başqa bir şillə daha? Fikirləşmədən daha sərt vurdum. Zərbə bərk oldu və iri dodaqları partlayıb, qanını üzərimə bulaşdırdı. Qandan nəinki qorxur, həm də çox iyrənirdim. Qadın gözünü qırpdı və düşündüm ki, şillənin xeyri olub və onun oyanması üçün son şilləni də vurmaq qərarına gəldim. Əlimi havaya qaldırdım və var gücüm ilə üzünə endirdim. Qadının burnundan da qan açıldı və bütün paltarımı qana bulaşdırdı.

Lift artıq 8-ci mərtəbəyə çatmışdı. Ancaq, qadının cəsədi dizlərimin üzərində qalmışdı.

Bu qadını mənmi öldürdüm? İnana bilmirdim. Yox – yox mən etmədim. Onun astmı var idi. Sadəcə, özünə gəlsin deyə şillə viurdum. Şillə ilə kim ölüb ki? Bəs bunu polisə necə izah edəcəm? Qıraqdan baxan düşünər ki, xüsusi amansızlıqla insan öldürmüşəm. Mənə ən az 9 il iş kəsərlər. 9-cu mərtəbədə idim və qərar verməli idim: “Polisə deyim, yoxsa ...”

Mən, “...”- i seçdim.Polisə desəydim, daha pis vəziyyətə keçəcəkdim.

 

“...”- nə idi?!

 

Qadının cəsədini və ərzaqları liftdən çıxarıb çox sakit tərzdə evimə sürüklədim. Qapını bağlayıb, gözlükdən baxdım. Bütün binanın həyatı ilə maraqlanan, bir evin söhbətini başqa evdə edən, burnunu soxmadığı deşik qalmayan qapıqonşum Arifə arvadın hadisələrin şahidi olmaması üçün ürəyimdə naməlum bir obyektə yalvarırdım. Naməlum obyektə şükür olsun ki, Arifə arvaddan səs-səmir yox idi.

 

Əlimi-əlimin içinə qoyub otağın bu başından-digər başına gedirdim. Nə etməli idim? Necə etməli idim? Uzun illərdir, məndən başqa evimə heç kim girməmişdi. İndi isə otağımda yad və ehtiraslı bir cism var idi. Amma o yaşamırdı. Qadının çantasına baxdım makyaj şeylərindən başqa heç nə yox idi. Dar şalvarının arxa cibindən telefonunu çıxarıb, nömrələrə və mesajlara baxdım. Mesajlardan başa düşdüm ki, bu qadın bir neçə kişini eyni vaxtda idarə edirmiş. Telefonu söndürdüm. Nə edəcəyimi hələ də bilmirdim. Bəlkə cəsədi elə liftə buraxmalı idim? Yox, yenə də polis məni saxlaya bilərdi.

Axı, mən qatil deyiləm, ömrümdə heç qarışqanı da incitməmişəm. Günah mənim özümdədir ki, başqasına kömək etməyə cəhd edirəm. Lazım idi bu mənə?”- deyə cəsədə baxıb danışırdım.

Hamamdan islaq parça gətirib, cəsədin üzündəki qanı sildim. Artıq, bayaqkı qədər cəsəddən iyrənmirdim. Onun üzünü təmizlədikcə, qadındakı əndazəni yenidən kəşf elədim. Necə gözəl idi... Heyif bu gözəlliyə. Bu gözəllik elə bir şeydir ki, hətta qarşımızdakı cəsəd olanda da ona aşiq ola bilirik. Qadını qaldırıb kresloda otuzdurdum, bir ayağını da götürüb digər-ayağının üzərinə aşırdım. Başı sağ tərəfə əyilmişdi. Rəngi solmağa başlamasına baxmayaraq, kresloda canlı bir qadının oturduğunu fikirləşirdim. Onun adını bilmədiyimdən, cəsədə ad qoydum. Ona Alsu deyirdim. Ona bir az keçmişdən, Mehrinlə gözəl günlərimizdən və bugünki yalnızlığımdan danışdım. Heç kim məni bu qədər dinləməmişdi. O, sakitcə başını çiyninə qoyub mənə qulaq asırdı. Arada ayağı-ayağının üzərindən sürüşüb düşürdü.

Onunla söhbətə doymadığımdan, axşamın necə düşdüyünü heç bilməmişdim. Ancaq, mədəmdəki aclıq məni söhbətdən ayıltdı. Alsudan yemək hazırlamağım üçün icazə alıb mətbəxə keçdim. Görəsən, Alsu hansı yeməyi daha çox sevər? Yüngül mimoza salatı hazırladım. Yemək üçün də kotlet qızardıb boşqaba düzdüm. Daha sonra içəri keçib paltarımı dəyişdim. Bu gecə yaraşıqlı görsənmək istəyirdim. Kostyum şalvarımı geyinib, qalustuku boğazıma keçirdim. Bethovenin “9-ci simfoniya”-sını fışqıraqlarla çala-çala güzgü qarşısında saçıma şəkil verdikdən sonra, özümü keçmiş vaxtlardakı kimi yaraşqılı və gənc oğlan kimi hiss elədim. Otağa keçib Alsunun qarşısında dayandım və dedim : “Necə görsənirəm?!”

Alsunu qucağıma alıb salona apardım və stol arxasına oturtdum. Gözəl bir musiqi qoyub masa arxasına keçdim. Onunla yemək yeyə-yeyə söhbət edirdim. Tez-tez Alsuya “Bu gecə çox gözəlsən... Nə yaxşı ki, səni tanıdım.” - deyirdim. Düzdür, daha 1 gün idi ki, onunla tanış olmuşdum. Ancaq, məni heç kim bu qədər çox dinləməmişdi. Deyəsən, mən öz eşqimi tapmışdım. Alsunu tanıdıqdan sonra Mehrinin həqiqətən, böyük səhv olduğunu düşünməyə başladım. Alsunu niyə çox sevməyə başladım? Çünki, Alsu Mehrinin əksi olaraq susur və məni dinləyir.

-Alsu, əzizim, niyə yeməyini yemirsən? Yoxsa bəyənmədin? Dayan özüm sənə yedizdirim. – Alsunun yanına əyləşdim və ağzını açıb çəngəllə salat qoydum və çənəsindən tutub aşağı yuxarı açıb qapadım ki, salat həll olunsun və mədəsinə getsin.

- Necə gözəl dodaqların var, əzizim... Üzrlü hesab elə, ilk gündən sənə bu qədər yaxınam. Ancaq, nə edim, çox gözəlsən... Belə sakit oturmayaq, gəl rəqs edək....

 

Playlistdəki mahnını dəyişdim və Sade-nin “Jezebelle” musiqisinin səsi otağın dörd bir küncünə yayıldı. Alsunun belindən tutub havaya qaldırdım. Qolları çiynimdən aşağı sallanırdı. Çənəsini çiynimə qoymuşdu. . Onunla rəqs edə-edə yataq otağıma tərəf getdik. Alsunun ağırlığına tab gətirə bilmədim və ikimiz də yatağa yıxıldıq. Ona çox yaxın dayanmışdım.

  • Səni çox sevirəm, Alsu. – deyib dodaqlarından öpdüm. Alsu heç bir reaksiya vermədi, deməli o da məni sevir.Sevməsəydi, öpücüyümə etiraz edərdi. Hə, hə, o da məni sevir. Bir də öpə bilərəm onu.. Bəli-bəli...

Buz kəsmiş dodaqlarından öpdüm. Çiyələkli pomadası mənim damağıma şirin bir dad verdi. Bu mənim çox xoşuma gəldi. Bu dəfəki öpüşümüz uzun çəkmişdi. Öpə-öpə onun çənəsindən boynuna doğru düşdüm. Daha sonra səhərdən gözlərimi ala bilmədiyim dekoltesindən öpməyə başladım. Özümü saxlaya bilməyib, paltarını cırdım. Bədəni çox soyuq idi, ancaq, onun üzərində yağ kimi əriyirdim. Nəhayət, Alsu ilə mən öz eşqimizin ən yüksək zirvəsinə qədəm qoymuşduq. Həyatımda bu qədər gözəl sevişmə hissi yaşamamışdım.

 

  • Mənə belə gözəl hislər yaşatdığın üçün təşəkkür edirəm. Səni çox sevirəm, Alsu... Bilirəm ki, sən də məni çox sevirsən, buna görə susursan. Sən susmağınla mənə sevgini göstərirsən. Çünki, Mehrindən ayrılmaq səbəblərimizi bilirsən. Mən sənə aşiqəm və bundan sonra həmişə birlikdə yaşamağımızı arzu edirəm. – Nə dedin? Eşitmədim. Hə? Sən də mənimlə birlikdə yaşamaq istəyirsən? Çox sevindim buna ,əzizim. Çox gözəl bir qərar idi.

 

 

***

 

 

Artıq bir neçə gün idi ki, birlikdə yaşayırdıq. Hər şeyi birlikdə edirdik – yemək yeyir, mahnıya qulaq asır, filmə baxır və hətta birlikdə çimirdik. Bununla yanaşı hər dəfə imkan düşdükcə sevişirdik. Bir-birimizə doymurduq. Günü-gündən onun rəngi solurdu. Mənsə, Alsunun çantasındakı makyaj ləvazimatı ilə onu pudralayır, kipriklərini qaldırır, dodağına pomada çəkirdim. Mehrinin evdə saxladığım paltarları da ona geyindirirdim. Hər axşam və hər səhər onun saçlarını darayırdım. Bu mənim üçün bir zövq idi, çünki evimdə bir dünya gözəli yaşayırdı.

 

Alsuya “Anna Karenina”-nı oxuyurdum. Əsərin ən maraqlı yerində qapı döyüldü.Gözlükdən baxanda Arifə xalanın çəp gözlərini gördüm. Bu indi bilir ki, evdəyəm, qapını açmasam səhərə kimi qapını döyəcək. Çox fikirləşmədim. Qapını açdım. Arifə xala hicabını başına dolamış, çəp gözlərini üzümə zilləyib dedi:

  • Ə bu nə saç-saqqaldı.

  • Nə olub, ay Arifə xala?

  • Bu nə iydi, içəridən gəlir? – Arifə üzünü turşudub dedi.

  • Niyə qapını döymüsən, ay Arifə xala?

  • Alt qonşumuz Kamil kişinin arvadı yoxa çıxıb. Əri polisə axtarış verib. Görməmisən ki, sən?

  • Sən bilmirsən ki, mən ayda 2 dəfə evdən çölə çıxıram? Hardan bilim ki, Kamilin arvadı haradadır? Mən heç Kamili tanımıram ki, o kimdir.

  • Yaxşı a bala. Aynanı qapını aç, iy çəkilsin. Necə oturursan, bu iydə?

  • Yaxşı, sağol! – deyib qapını bağladım. Gözlükdən baxdım, Arifə qulağını qapıma dirəmişdi. İstədim, açım ağzıma gələni deyim. Amma arvad çox keçmədi ki, başını sallaya-sallaya öz evinə tərəf getdi. Mən də dərhal Alsunun olduğu otağa keçdim və dedim:

  • Əzizim, xəbərim yox idi ki, sən evli olmusanm. Özü də alt qonşumla. Səni polislər axtarırır. – Ona yaxınlaşıb qucaqladım və dedim: “Mən də səni sevirəm, əzizim. Səni heç kimə vermərəm” – deyib dodaqlarından öpdüm.

 

 

1 ay sonra

 

 

Qapı döyülür.

Daha sərt döyülməyə başlayır.

Aç! Polis!” – deyə səslər eşidilir.

Və qapını qırıb, bir dəstə polis içəri daxil olur.

Hamısı ağzını-gözünü yumub, iydən qusmamaq üçün özlərini güclə saxlayırlar.

Arifə arvad evinə gələn üfunət iyindən və qonşusunun qapını açmamsından qorxuya düşüb polisə zəng vurmuşdu. Ona görə polislər burada idi.

 

Polislər yataq otağına keçəndə gözlərinə inana bilmədilər və hətta bəzi polislərin ürəyi getdi.

 

Polislər içəri girən vaxt, Alsu ilə mən çıplaq halda sevişirdik.

 

Alsu göm-göy göyərmiş, əti partlaq-partlaq olmuş, sümükləri çölə çıxmış, sifətinin dərisi sallanmış, almacıq sümükləri pırtlayıb çölə çıxmış və qaşları, kiprikləri, sarı saçları tökülmüşdü. Milkçəklər qoluna qonub ətini didişdirirdi.

 

Mənsə, 1 aydan çox idi ki, təraş olmurdum. Bu səbəbdən, saçımla saqqalım bir-birinə qarışmışdı.

 

Heç bir polis bizə yaxın dura bilmirdi.

 

Çox keçmədi ki, içəri ağ xalatlı həkimlər girdi və mənə ağ köynək geyindirib əlimi, qolumu köynəyə bağladılar. Məni deyəsən dəlixanaya aparacaqdılar. Çünki, geyindirdikləri dəli paltarı idi.

 

Məni dartıb otaqdan çıxarırdılar. Alsu isə mənə baxırdı. O mənim ardımca qışqırırdı:

 

“Səni sevirəm!”

 

Mən də arxasından səsləndim :


“ Mən də səni sevirəm”.

 

Nicat Kazımov

“Gəncə xatirələri”

10.08.2013

Yuxarı