Prezidentlə görüşdən imtina edən yazıçı

Литература

 
Sabah kitab dünyası üçün əlamətdar hadisə baş tutacaq.  Ədiblərin, filoloqların, kitabxanaçıların həyatını asanlaşdıracaq, oxumağı təbliğ edən, humanitar biliklərin inkişafına kömək edəcək və başqa gözəl işlərin görülməsi üçün yeni bir struktur yaradılacaq. Hakimiyyət nəhayət, rus ədəbiyyatını vacib bir məsələ kimi tanıyıb dəstək olacağını vəd edib. Hakimiyyət yazıçıların fikirlərini dinləmək istəyir.
 
Nəşriyyat məni ora gedib iştirak etməyim üçün dilə tutmağa başladı. Mən fikirləşəcəyimə söz verdim. Bu yığıncağa Vladimir Putinin ya çıxış etməyə, ya da sədrlik etməyə gələcəyini öyrənəndə isə fikrim qətiləşdi. Belədirsə, - zəhmət olmasa, mənsiz.
 
Əgər, ölkədə vicdan məhbusları varsa, hökmdarın yaxınlığında, hətta onun olduğu məkanda mən ola bilmərəm. Bu o demək olardı ki, mən insanların siyasi görüşlərinə görə onları həbsxanada saxlayan insanın gözəllik haqqındakı nitqini dinləməli olacam. Yox, mən belə hesab etmirəm.
 
Mən məmnuniyyətlə Putinlə "siyasi"ləri azadlığa buraxdıqdan sonra ədəbiyyat haqqında söhbət edə bilərəm. Tezliklə amnistiya olacağına söz veriblər.  Görək, bu 6 may məhbuslarına şamil ediləcəkmi? Görək, Xadarkovskinin 3-cü işi baş tutacaqmı? Görək, Nedejda Tolokonnikovanı və Mariya Alexinanı azad edəcəklərmi?
 
Hələlik isə, yox, mümkün deyil. Avtoritar hökmdarın ətrafında kordabaletlik etməklə, yazıçı, elə hər hansı bir ictimai şəxs, bununla onun idarəetmə metodları ilə razılaşdığını bildirir.
 
Bununla yanaşı, mən ora gedən kolleqalarımı qınamıram. Bilirəm ki, çoxları mənim kimi düşünür, ancaq bəziləri deyir: "Donuzdan nə qopartsan qənimətdir, bəziləri isə normal yazıçı marağıyla idarə olunurlar. Mən də kiçik işlərin nəzəriyyəsinə inanıram və marağım da var. Ancaq artıq 2-ci aydır ki, aclıq elan edən və məhkəmə zalında huşunu itirən, təcili tibbi yardımın göstərilməsinə icazə verilməyən Sergey Krivov yadıma düşəndə, bütün marağım itir.
 
Bilirəm ki, sizdən kiməsə mənim mövqeyim yalançı və ağılsız gələcək, amma heç nə edə bilmərəm. Ürəyə hökm etmək olmur.
 
Boris Akunin
 
Qaynaq: borisakunin.livejournal.com
 
Tərcümə etdi: Gülarə Muradova
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade