post-title

Kazan səmasında parlayan gənclik

Bu günlərdə Tatarıstan prezidentinin böyük oğlu, Kazan yaxınlığında aviaqəzada həlak olmuş İrek Minnixanovun dəfn mərasimi keçirilməlidi. Həmişəki kimi aydın olub ki, faciədən qaçmaq olarmış. Bu reyslə başqa təyyarə, bu Boeinq isə Soçiyə uçmalı imiş, amma son məqamda məlum olanda ki laynerdə prezidentin oğludur, hava gəmisini başqasına, biznes-klassı olana dəyişirlər.

 
 
Bu arada Kazanın Hava limanları da borclarını ödəməyincə, “Tatarıstan” aviaşirkətinin təyyarələrinə yanacaq doldurma xidməti göstərməkdən imtina edib, ona görə də təyyarələr geri qayıtmağa da çatsın deyə, dolu yanacaq bakı ilə uçurmuşlar. Düşən təyyarənin alovunun bu qədər gec söndürülməsi yalnız bununla izah olunur. Şirkət çoxdan borc içində üzürmüş. Əgər aviaşirkətin pulu olsaydı, kabinədə tapılan təqaüdçü bort mühəndisi və şturmanının pilotluq etmələrinə ehtiyac qalmazdı. 
 
Rüstəm Minnixanovun (Tatarıstan prezidenti - Kultura.Az) özü ilə necə bir daxili dialoq apardığını təsəvvür etmək mümkün deyil. Görəsən o, bir neçə il əvvəl Forbesə verdiyi müsahibəni xatırlayır? O bu müsahibədə demişdi ki korrupsiya ilə mübarizə mənasızdır: “Madam gətirirlər, necə götürməyəsən?”. Oğlunu işə düzəltmək üçün xahiş edən köhnə tanışını xatırlayırmı? Uzaq Şərqdəki hazırkı Səlahiyyətli Nümayəndə Yuri Trutnev barədə nə düşünür?
 
İrek Minnixanovun bioqrafiyası sadədir: yaşı 23, İsveçrədə oxuyub, orada gələcək arvadı - fransız Antoniayla tanış olub. Tatarıstan hakimiyyətinin “Ak Bars” bankında işləyib. Yaxınlarının dediyinə görə, çox təvazökar olub. Avtoyarışlarla maraqlanıb, sevdiyi avtomobil Porşe Panamera olub.
 
“Tatarıstan” aviaşirkətinin baş direktoru Aksan Qiniatulin İreklə yaxından tanış olmasa da onun arzusunu təsəvvür edib və balaca təyyarəni daha komfortlu ilə dəyişib. Qəzadan dərhal sonra aviaşirkət saytdan 36 yaşlı direktorun bioqrafiyasını silməyə macal tapıb. Bunu edənlər onun bu qədər gənc yaşda, aviasiya sahəsində təcrübəsiz ola-ola baş menecer olmasının aşkar olmasından qorxublar. Mən düşünmürəm ki yaxşı direktordan nöyüt iyi gəlməlidi ya da qulaq aparatı ilə gəzməlidi. Məni Aksanla İrekin bioqrafiyasının oxşarlığı qorxudur.
 
Qiniatulin 1977-ci ildə Özbəkistanın Su təsərrüfatı və Meliorasiya naziri, daha sonra isə ölkənin vitse-prezidenti olmuş, rəsmən “Avrasiya miqyaslı tatar mütəffəkkiri” adlandırılan Rim Qiniatullinin ailəsində dünyaya gəlib. Aksan 1999-cu ildə Daşkənd İrriqasiya və meliorasiya  institutunu bitirir. O zaman Dünya Bankının maliyyələşdirdiyi "Aral dənizinin Xilası" beynəlxalq fonduna rəhbərlik edən atası oğlunu texniki direktor vəzifəsinə çağırır. Fond haqqında onun keçmiş əməkdaşı kanadalı ekoloq Rob Ferguson danışa bilər. O 2006 ci ildə “Şeytan və yoxa çıxan dəniz” (The Devil and the Disappearing Sea) adlı kitab yazıb ki, orada Fergusonun fikrincə şeytan - Rim Qinniatulindir. Kanadalı onu belə təsvir edir: “onun Aral dənizinin qorunmasında heç bir marağı yoxdur. Ona pul ancaq uşaqlarını Amerikan universitetlərində oxutmaq üçün lazımdı”. Özbəkistan kontekstində gülməli səslənir, amma kitab çıxandan az sonra qalmaqal yarandı və Dünya Bankı layihəni maliyyələşdirməkdən imtina etdi, Rim isə hakimiyyətdəki kürsüsünü itirdi. Təqüdə çıxıb Özbəkistanda "Tatar Ağsaqqalları Şurası"na rəhbərlik etdi.
 
Bu vaxt ərzində Aksan Amerikanın Fordham Universitetinin iki ilik kurslarını bitirdi. Aksanın rəsmi bioqrafiyasında yazılıb ki, 1998-2009-cu ilərdə o, “iri Şimali Amerika (ABŞ, Kanada) şirkətlərinin baş meneceri” işləyib və orada idarəetmə təcrübəsi qazanıb. Amma Aksanın məlumat bazasında yalnız bir fakt yazılıb: O, TAİF - Tatarstan neft-kimya holdinqinin Kanada treyderi olan Ehorus Incorporated adlı kanada şirkətinə rəhbərlik edib. Yəqin ki Aksan bu vəzifəsinin atasının himayəsi ilə tutub, onda atası o zamankı Tatarıstan prezidenti Mintimer Şaymiyev və onun sağ əli, hakimiyyət təmsilçisi Rüstəm Minnixanovla tanış idi. Bu tatar adət-ənənələrinə tam uyğun haldır. Məsələn Şaymiyevin oğlu Radik TAIF direktorlar şurasının üzvlüyündə çalışıb, İrek Minnixanov Tatarstan rəhbərliyinə yaxın “Ak Bars” şirkətində işləyib. O başqa məslədir ki, heç kim qızıl gəncliyin verdiyi qərarın nəticələri haqda düşünmür. Özəl şirkətlərdə bu daha tez aydın olr. Aksanın kiçik qardaşı İskəndər Qiniatullin də ABŞda təhsil alıb və “Sistema Telekom” şirkətinə rəhbərlik edib. Balaca biznes deyil, şirkətlər “Sistema Telekom”a brendin inkişaf və reklamına görə pullar xərcləyirlər, brendin ilik istifadəsinə görə on milyonlarla pullarından keçirlər. 
 
İskəndərin layihələrindən biri MTS mobil rabitə operatorunun elə həmin brendə 438 milyon dollara satılması idi. Minoritariya şokda, müstəqil direktorlar qəzəbli idi. İskəndər istefa verdi və Cənubi Koreyadan ticarət avadanlıqlarının satışı üzrə xüsusi biznesi ilə məşğul olmağa başladı. 
 
2009-cu ildə Rusiyaya gələn Aksan da “Ak Bars”a, Tatarıstan hakimiyyətinə ikinci yaxın şirkətə işə düzəldi və holdinqin baş direktorunun məsləhətçisi işlədi. Holdinqdə o, “Ak Bars Aero” aviaşirkəti üçün 6 ədəd Bombardier CRJ-200 adlı Kanada təyyarəsinin alınması layihəsinə kuratorluq edir. Onun belə müqavilələrdə təcrübəsi var idi. 2007-ci ildə o “Tatarstan” aviaşirkətinə hər biri 24 milyon dolar olmaqla 86 yerlik Bombardier CRJ900 almağa kömək etmişdi. Amma Rusiyada bu maşınlara uçuş yararlılığı sertifikatı almaq mümkün olmadı, ona görə də bir il keçəndən sonra onları BƏƏ-yə (Birləşmiş Ərəb Əmirliyi) icarəyə verdilər. 50 milyon dollarlıq anlaşılmazlıqda təkcə Aksan yox, aviaşirkətin əvvəlki rəhbərliyi də günahkardır. 
 
“Tatarıstan" aviaşirkəti və Kazan hava limanı çoxdan investor axtarışında idi. 2008-ci ilədək onu yerli investor Manaf Saqdiyev idarə edirdi, ki, maliyyə böhranından sonra kreditorlardan qaçmağa başladı. Situasiya kritik idi - bir neçə ildən sonra Kazanda Universiada keçirilməli idi. Vəziyyətdən çıxış yolunu keçmiş Təbii Resurlar naziri Yuri Trutnov təklif etdi. O, federal hakimiyyət tərəfdən Universiadanın kuratoru idi. Trutnev şərq əlbəyaxası ilə maraqlanır və Rusiya Kiokuşinkay karate federasiyasının rəhbəridir. Yarışların birində o, Bolqar Kioşunkay karate federasiyasının rəhbəri, Bolqarıstanın ən varlı biznesmenlərindən biri İvo Kamenov ilə tanış olur. İvonun “Ximimport” holdinqi Bulgaria Air milli avianəqliyyatına, bank və sığorta şirkətlərinə sahibdir. Holdinqin kapitalı 2,5 milyard dollar həcmində dəyərləndirilir, ona daxil olan şirkətlər isə Bolqariya Ümum Daxili Məhsulun 5 faizini təşkil edir.
 
Doğrudur, bu holdinq ölkədə TİM adı ilə də məşhurdur. 90-cı illərin əvvəllərində Bolqariyanın kriminal qruplarından biri məhz belə adlanırdı. Hətta 2011-ci ildə jurnalist Nevyana Trosyanka “TİM - Bolqarıstanı ələ keçirən komanda” adlı kitab da yazmışdı ki, orada kriminal qruplaşmanın biznesin zirvəsinə qalxmasının tarixçəsi təsvir olunmuşdu. Yuri Trutnev bunları bilməmiş deyildi.  
 
Müsahibələrinin birində Trutnev fəlsəfi görüşlərini belə bölüşmüşdü: “Nazirlərin uşaqları nə iləsə məşğul olmalıdı. Böyük oğlum yetkindir, özü nə ilə istəsə məşğul ola bilər. Hərçənd o da yeraltı sərvətlərlərlə məşğul olsa, mən bərk utanacam.” Atasını xəcil etməmək üçün Dmitri Trutnev 2007-ci ilədək Uralda iri bir ətriyyat şəbəkəsinin “Praktik magiya”nın şəriki oldu. Atası İvo ilə tanış olandan sonra isə Rusiyada avtoritet sahibkarlar ekpansiyasına başçılıq etdi - “Ximimport”a aid Mərkəzi Kommersiya Bankının məsləhətçisi oldu. 
 
Rüstəm Minnixanov investisiyaya və təyyarə parkının bərpasına ehtiyacı olan “Tatarstan” aviaşirkətinin aksiyalarını “Ximimport”a verməyə razı oldu. Bolqarların biznes sxemi sadə idi: onlar “Tatarstan”a yeni Airbus almaqdan imtina etdilər. Bunun əvəzinə onların şirkətlərindən biri Bulqaria Air 4 köhnə Boeing aldı ki, bunlardan ən təzəsinin 15 yaşı vardı, bunu dərhal “Tatarstan” aviaşirkətinə icarəyə verdi. Aviaşirkətin illik hesabatında deyilirdi ki, hər təyyarənin icarəsi 165 milyon dollara başa gəlib.  
 
Ekspertlər hesab edir ki, belə təyyarələrin lizinqi 100 min dollar civarında ola bilər. Həm də köhnə təyyarələr daima texniki xidmətə ehtiyac duyurlar, müqaviləyə görə texniki xidmət də Bolqariyada olmalı idi və bu xidmət də ortalama 100 min manata başa gəlirdi. Beləliklə hər Boeing "Tatarstan”a 100 min dollar əvəzinə 265 min dollara başa gəlib. 
 
Aviaşirkətin təzələnməsinə pulu bolqar “investorları” verdi, amma kreditlə, özü də bazar qiymətinə - illik 11,5-12 faiz. Həm də “Ximimport” böyük olmayan “İtil” sığorta şirkətini və aviaşirkətə xidmət edən “Tatinvestbank”ı ələ keçirdi. “İtil”in biznesi “Tatarıstan”ın təyyarələri və sərnişinləri, Kazan aeroportunun əmlakını sığortalayandan sonra yüksəlməyə başladı. Dmitri Tatunov indi də “Tatinvestbankın” və “İtil”in direktorlar şurasının üzvüdür.
 
Hava limanı ilə də oxşar sxem işlədi. Bolqarlar məsləhətçi xidməti göstərdilər və səlahiyyətli kapitala daxil olmaq istəmədilər, hava limanının rekonstruksiyasına birtərəfli kreditlər verdilər. Universiadaya il yarım qalmış, bolqarlar hava limanının rekonstruksiyası üçün öz tikinti şirkətlərini dəvət edəndə, həm də işin dəyərini dəfələrlə artıq hesablayanda Tatarıstan rəhbərliyinin səbri daşdı. 
 
Aksan Qinniatulinə mürəkkəb bir təsərrüfat düşmüşdü. Aviaşirkətin bir neçə milyard rubl borcu var idi, köhnə təyyarələrin lizinqinə görə birtərəfli razılaşmaları, onlar üçün “sağmal inək” olan Tatarıstandakı aktivləri ilə vidalaşmaq istəməyən bolqarlar vardı. Qinniatulin şərq ənənəsinə əsasən özünü sadiq adamlarla əhatə etdi. Aviaşirkətin kommersiya direktoru onun Özbəkistandan olan məktəb yoldaşı, əvvəllər “Tatarstan”da mühafizəçi işləyən Artur Nasruddinov idi. 
 
MBA-nın diplomları biznesi çətin aşırımlardan keçirməyə kömək edə bilmədi. Iki təyyarədən imtina etməli oldular, bolqarlar da o saat təyyarələri Serbiyanın JAT Airways hava limanına satdılar. Bu illərdə şirkət təhcizatçıya yanacaq və ehtiyat hissələrini candərdi verirdi, maaşlarda gecikmələr oldu. Buna baxmayaraq top menecment reysə yarıboş təyyarəni prezidentin oğlu İrek Minnixanov biznes klassda uçsun deyə, çıxarmağa şad idi. 
 
Korrupsiyaya qalib gəlmək olmaz. "Sən də beləsən. Belə olacaqsan. On nəfərdən biri almayacaq, doqquzu alacaq. Indi ki gətirirlər, necə almayasan? Həm də hansısa iş səndən asılıdırsa”- müsahibəsində Rüstəm Minnixanov belə deyirdi. Köhnə tanışlar uşaqlarını işə düzəltməyi xahiş edirlərsə, etiraz etmək olmaz. Yüksək vəzifəli rəisin təklifindən imtina etmək olmaz. Yəni elə belə də lazımdır. Minnixanov gözləmədən antik faciənin qəhrəmanı oldu. Hərçənd yunan mifologiyasında belə süjet yoxdur. Yunanların ağlına belə süjet gəlməyib. Bu təmiz rus əhvalatıdır.
 
İvan Qolunov
Slon.Ru
(Tərcümə Aliyə Dadaşova - Kultura.Az)
Yuxarı