Finlandiyanın Jijeki, hardasan?

Литература

 

Çiçəklənmə ssenaristi Pekka Himanen, fantastika elçisi Esa Saarinen, peşəkar mütəfəkkir   Kirsti Lonka, iqtidarın düşüncə yardımçısı İlkka Niiniluoto da – hamısı yanılır. Çünki tanınırlar, gördükləri işlərin müqabilində də şirkət və dövlətdən pul alırlar.

Hansısa bir universitet idarəsinin zirzəmisindən axşam tv ulduzu, Slavoy Jijek kimi bir nərildəyən aslan çıxsa, görəsən, Finlandiyada buna necə reaksiya verərlər? Fəlsəfə peşəkarlarının fikrinə görə, Sloveniyalı Jijek — “Stalin hələ çox da dərinə getmədi” və “Lenin haqlıydı” deməklə kommunist totalitarizmi ilə naz-qoz eləyən  populist və perfomans aktyorudur. 

Jijekin dediklərini düzgün anlamırlar. O, paradokslar vurğunudur. Bundan başqa, gərək bu adamı fəaliyyət başında görəsən, o zaman Jijek pyskyrən bir insan vulkanına dönür. “Filmin gizli dili” (2006)  adlı filmin davamı olan “Jijek və  filmin gizli ideologijası”  tv-serialına bugün bir bütün olaraq baxmaq gərəkdir. Millət belə filosoflar istəyir. Hər halda — millətin əsasən müdrikləri dinləyən bölümü.

Jijekin əlləri bir an olsa belə bir yerdə durmur. Onun əlləri düşüncə selini nevrotik stereotip jestlərlə ritmlərə bölür. Saçları daranmamış, ağzı köpüklü, gözlərindən od yağır. Jijek, məhşər günün artıq gəldiyini və bunu liberal kapitalizmin gətirdiyini deyən  apakalips peyğəmbəridir. 

Jijeksayağı mütəfəkkirlər özəlliklə aktiv solçu gəncləri cəlb edir. Bu insan azqala hər şeyə qarşı çıxır, çünki hər şey yalnız ideologiya, yanlış maariflənmə, bir də sistemə və onun lordlarına xidmət edən süni gerçəklikdir. Bu sapıq — başqa cür düşünməyə, ideologiyanın qücünü qırmağa cəsarət edən sağlam bir insandır.

Son zamanlar Jijek Pussy Ruot hərəkatındakı Nadejda Tolokonnikova ilə məktublaşırdı. Filosof  büsbütün məktubdaş və “cinayət yoldaşı”dır, bununla belə o da ya yandaş ya qarşıdaş qaydaları hökm sürən toplum diqqəti altında yaşayandır.

Filosofa görə, Pussy Potun fəaliyyətini avtoritar hakimiyyətə qarşı yönəlmış liberal protest sayırlar. Əslində isə məsələ daha da ciddidir, bu da liberallara həmçinin mane olur.

Məktubunda Jijek yazır: “Siz stalinizm və müasir qlobal kapitalizmin arasındakı fasiləsizliyi nümayiş edirsiniz.” 

Fəlsəfəni dadsız-duzsuz sayan mədəniyyət tədqiqatçısı Hanna Kuuselaya görə, Jijek bir çox cəhətdən nifrət edilən mütəfəkkirdir, bu üzdən də Jijeki çox asanlıqla lətifə söyləyənlər cərgəsinə qoşmaq olar.

Finlandiyada media fiquru və fəlsəfə klounluğunu bacaran Jijek kimi birisi hansı gözümçıxdılara, linçlərə məruz qala bilər?

Bizdə fəlsəfi fikir birliyini fəlsəfə nəzəriyyəsi dosenti Panu Raatikainen səsləndirir. O, demək olar ki, ilboyu Pekka Himanenə qarşı savaş açıb.  Noyabr ayının əvvəlində öz köşəsində Finlandiyada  fəlsəfənin dik duruşa ehtiyacı olduğunu yazır. Raatikaineni qıcıqlandıran odur ki, filosofları azqala toplum masqarası və ictimai zarafat kimi qəbul edirlər. Deyəsən, Raatikainen özünün çalışqan lətifəçi olduğunu görmür: “Hal-hazırda Finlandiyanın ictimai fəlsəfə imicində bir-birini görkəmli filosof  kimi qələmə vermək adəti hökm sürür. Bunlar üçün önəmli olan özlərini toplumun projektorları hesab etmək, siyasi və maliyyə elitalarına yaxın olmaq və, əlbəttə ki, öz pul kisələrinin ağırlaşmasını yəqinləşdirməkdir. Asta, əziyyətli akademik fəlsəfi araşdırma və onun nəşri bunları maraqlandırmır.”

Tənqid başadüşüləndir, amma Himanen kimilərinin elmi araşdırmaları hansı yolla, nə cür əngəlləmələrini anlamaq olmur. Hakimiyyətin “Gələcək 2013”  adlı proyektinə aid raportları hazırlamağa Himanen də qoşulmuşdu. Bu proyektdə Finlandiyanın iqtisadi, ekoloji və mənəvi cəhətdən daha yaxşı yönəldilməsi üzərində düşünülmüşdü. Bundan daha da pis günahlar kəşf etmək heç də çətin iş deyil.  

İlin ortasında İlkka Niiniluoto Ahonun hakimiyyəti zamanı 1993-cü ilin iqtisadi durumu haqda “Finlandiyanın ruhsal durumu və gələcəyə baxış” adlı raport hazırlayıb. Hər iki dialoq peşəkarca nokauta göndərildi. Göründüyü kimi, filosof, qəddar elmi fəlsəfədən başqa heç bir işlə, xüsusilə də hakimiyətdəkilər üçün statistika ilə məşğul ola bilməz. 

 

Bəlkə hər şeyi tərsinə və dəli notlarla söyləyən Jijek kimi daha cəsarətli filosoflara ehtiyacımız var? Fəlsəfə zövqsüzlük, utanmazlıq və təhlükə donuna da girə bilər.

Beləsi katalizator, acaba yeni növ oyun açarı qismində çıxış edə bilər. Fəlsəfi araşdırma önəmlidir, amma müqəddəs məcnunlar və ya dəbli şarman çalğıçıları oradan kənarlaşdırılmamalıdır. Onlar heçnə aparmır, əksinə -- meydana əlavə nələrsə gətirir.  

Kari Salminen

Aamulehti qazetindən

20.11.2013
 
Böyük Azərbaycan filosofu Asif Atanın əziz xatirəsinə fincədən çevirdi
İlahə Ucaruh
Kultura.az | Developed by Samir Yahyazade