Rəna Əffəndi dünyanın ən nüfuzlu müsabiqəsində mükafat qazandı

Фото

 
Bu, dünyada ən nüfuzlu foto-müsabiqə sayılır. Rəna Əffəndi bu mükafatı “Observed portrait” (Müşahidə edilmiş, yəni səhnələşdirilməyən portret) nominasiyasında qazanıb.
 
Rəna Əffəndinin müşahidə edib fotosunu çəkdiyi şəxs isə ABŞ-da – Şimali Dakotadakı rezervasiyada yaşayan 10 yaşlı hindi oğlandır. O, bu yaşa qədər saçını kəsdirməyib…
 
Mükafat 9 nominasiyada verilib. Bütün mükafatçıların fotolarından ibarət sərgi təşkil olunacaq və bir il ərzində dünyanın 100-cən şəhərində nümayiş olunacaq. Müsabiqəni keçirən “World Press Photo” təşkilatı qeyri-kommersiya qurumudur, baş ofisi Amsterdamda yerləşir.
 
Azadlıq Radiosu
Kultura.az | Developed by Samir Yahyazade