Zamin

Сеймур БАЙДЖАН

 
O vaxtlar ölkə mediasında Zamin hər mənada fərqlənirdi. Onu görməmək mümkün deyildi. Xüsusən bir az azadlığa meyilli adamlar onu bir neçə tərəfdən görə bilərdilər. O vaxt bir adama oxşamaq olardi ki, o adamın ta özü Zamin idi. Həm geyimi, həm davranışı ilə başqalarından tamam fərqlənirdi. Çoxları onu yekəxana adlandırırdı. Bir çoxlari paxıllıq edirdi, bir çoxları qərəzli yanaşırdı. Amma bütün bunlar ona bir qram da mane olmurdu. Fakt faktlığında qalırdı. Zamin təkbaşına bizim publisistikamız üçün böyük bir iş görmüş oldu. Zaminə qədər bizim mətbuatda səhifə-səhifə ovqat yazıları yazırdılar. Adamın əti tökülürdü,bilmirdin müəllif nə istəyir, guya fəlsəfi yazı yazıb, amma əslində gülməli şəkildə gicləyib.
 
Zamin tez bir zamanda öz üslubu ilə bu gicləmələri əhəmiyyətsiz yazilara çevirdi, onları oxucusuz qoydu  və bizim publisistikaya xeyli ritm, xeyli rəng qatmalı oldu. Publisistikamızın ayağı yerə dəydi. Bir dəfə müsahibəmdə demişəm,Zamin mənə hamıdan və hər şeydən çox təsir göstərdi, çünki gözümün qarşısında idi. Başqa cür geyinirdi başqa cür yazırdı. Biz çox tez tanış olduq və ünsiyyət qurduq.  Müəllif yazısı yazmağa başlayanda mənə özünü Zaminə oxşadırsan dedilər. Bu söhbət təxminən iki il davam etdi. Sonra bir yerdə işlədik. Sonra yazı davamız oldu. Deyim ki, çox mehriban olmuşuq, yox, amma buna baxmayaraq  onu bilmirəm mən Zaminin lazım olduğunu heç zaman unutmamışam. Buna görə bir çox məsələlərdə dərinə getməmişəm. Bir nüansı da qeyd etməliyəm, haqqımda gəzən söhbətlərə əhəmiyyət verməməyimin səbəblərindən biri də bir neçə adamın məni tanımasıdı. Düşünürəm ki, həmin adamlardan biri də Zamindi. 
 
Seymur Baycan
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade