post-title

Tənqidə dözümsüzlük

Tənqid- nəyin isə qiymətini müəyyənləşdirmək, çatışmamazlıqları üzə çıxarmaq məqsədilə müzakirə etmək və araşdırmaqdır. Hər hansı bir şey haqqında mənfi fikir yürütmək, onun catışmamazlıqlarını qeyd etməkdir. (S.İ.Ojeqov)

 
 
Hər bir cəmiyyətin inkişafı onu təşkil edən fərdlərin elmi- mədəni- fəlsəfi fəaliyyətləri zamanı mövcud tənqidlərə qarşı dözümlülük nümayiş etdirmək və onlardan nəticə cixartmaq nəticəsində baş verir. Lakin çox təəssüfər olsun ki, hələ də inkişaf etmiş ölkələrdən geri qalan bizim və bizim kimi cəmiyyətlərdə insanlara edilən tənqidlərə qarşı nəinki dözümlülük nümayiş etdirilmir, edilən hər bir tənqid təhqir kimi başa düşülür və çox kobudcasina reaksiya verilir. Belə olan halda da mövcud köhnəlmiş ehkamları təfəkkürlərdən təmizləmədikcə və ya təmizləməyə imkan verilmədikcə inkişafdan söhbət belə gedə bilməz.
 
Müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi ədəbi-mədəni sferada da durğunluq yaşanıldıvə bu proses indi də davam etməkdədir. Düzdür müstəqilliyin qazanilmasilə azad yaradıcılıq fəaliyyəti yenidən bərpa olundu və ədəbi təfəkkürümüzə yeni ideyalar, fikir axinları gəlməyə başladi. Lakin həmin yeni düşüncə, fikir axinina necə münasibət göstərildi? Tənqidlərdən nəticə çixartmaq, ondan səmərəli istifadə etmək kimi hallarin çox zəif olduğu bizim cəmiyyətdə   xüsusəndə ədəbi  sahəsinin nümayəndələrində yaradıçılıq keyfiyyətlərinin neçə acinacaqlı vəziyyətdə olduğu çox insana məlumdur. Bu da danilmaz bir faktdir ki, ədəbi yaradiciliq sahəsində yaşlı və gənc nəsil arasinda çox böyük boşluqlar və konfilik mövcuddur və həmin konfliktin kökündə də məhz axin etməkdə olan yeni düşüncə tərzinin hezm etmək problemi dayanir.
 
Müasir dünya ədəbiyyat  xəzinəsinə bir çox xidmətləri olan inkişaf etmiş cəmiyyətlərin yazicilarindan fərqli olaraq bizim yaşli nəslin yazicilari hələ də ölkə daxilində taninmağı nəaliyyətin son zirvəsi hesab edir və bunu da gənclərə aşılamağa çalışırlar. Maksimum postsovet ölkələrində əsasəndə inkişafdan geri qalan Orta Asiya türk dilli xalqlar arasında əsərləri tərcümə olunan həmin yazarlarimizin heç bir əsəri Qərb dünyasında ciddi qəbul olunmur bu isə “aci” bir həqiqətdir.  Hələ bu faciənin görünən tərəfidir. Faciəmizin görünməyən tərəfi isə bir çox istedadlı  gənclərin elə məhz həmin yaşlı nəsil yazarlar, şairlər tərəfindən düzgün istiqamətləndirilməməsi, onları özləri kimi etməsidir. Bunu iki səbəblə izah etmək olar
 
1) Həmin istedadlı gənclərə qarşı yüksək qisqanclıq duyğusunun mövcudluğu
2) Gənclərin beyinlərini zəhərləməklə onlara ediləcək istənilən tənqiddən qorunmaq məqsədilə həmin gənc yazarlardan müdafiə ordusu hazirlamaq.
Bütün bunlar müəyyən mənada özünü doğruldur və bu isə milli ədəbiyyatin əleyhinə işləyir, çünki bir çox yaşlanmış yazarlarmiz var ki, yaradıcılıqları boyu heç bir ciddi ədəbi əsər ortaya qoymayib və buna görə də tənqid olunur lakin onun müdafiəsinə bir çox gənc yazar, şair cixir. Belə olan halda həmin gənclərdən gələcəkdə hansı böyük uğur gözləmək olar?
 
Edilən tənqidlərdən yayınmaq və tənqidçiləri müəyyən yollarla susdurmaq kimi halların günü-gündən artdığı bir şəraitdə milli ədəbiyyatda necə bir “ilahiləşdirmə” prosesinin getdiyinin şahidi ola bilərik. Yenə də bu prosesdə öndə gedən yaşlı nəslin kəmiyyətinin yüksək olduğunu görürük və onların arxasınca da beyinlərini zəhərlədikləri həmin gəncləri görə bilərik. Belə ki, milli poeziyada hələ M.F.Axundov tərəfindən tənqid olunan Füzulicilik ənənəsi yenidən bu yaşlı nəsil tərəfindən müdafiə olunur. Onların fikrincə istər Nizami, istər Füzuli yaradıcılığı toxunulmazdır! Buna əsas kimi bu şairləri tənqid etməyə cəhd edənlərə qarşı çox maraqlı “arqument” gətirirlər
“Hələ bir siz Nizami, Füzuli yaradiciliğina catin sonra danişin” 
 
Deməli Nizamini, Füzulini tənqid etmək üçün ilk öncə Nizami, Füzuli olmaq lazımdır.
 
Bu “arqument” vasitəsilə dolayı yolla özləri üçündə gətirməkdən çəkinmirlər. “Mən sovet vaxtı belə fikrlər ordaya qoymuşam, belə yazmişam və s və i deməli mən də toxunulmazam və tənqid yox tərifə layiqəm” 
Biz belə halları çox yazarda görə bilərik, lakin onlar unudurlar ki, bir yazicinin, şairin yüksək yaradıcılığı onun siyasi fəaliyyəti və mövqeyilə yox sırf zəngin ədəbi fəaliyyəti ilə bağlıdır. Bütün bunları isə yenə də dünya miqyasında tanınan yazıçıların, şairlərin yaradıcılıq fəaliyyətində görə bilərik.
 
Tural Metesoy
 
  
Kultura.az
 
 
 
Yuxarı