post-title

Stephen Hawking-in azərbaycanca ilk kitabı çıxdı

Azərbaycan dilində nəşr olunan ilk elmi-kütləvi kitab - Zamanın daha qısa tarixi.

Stephen Hawking-in və Leonard Mlodinovun yazdığı Zamanın daha qısa tarixi kitabı Aristoteldən Nyutona, Eynşteyndən müasir günümüzə qədər elmdəki yenilikləri geniş oxucu kütləsi üçün anlaşıqlı dildə addım-addım izah edir. Kitab oxucuya kvant fizikası, qara dəliklər, sinqulyarlıqlar, soxulcan dəlikləri kimi anlayışlar haqqında ciddi təsəvvür qazandırır.

“Kainat haqqında, həqiqətən, nə bilirik? Bunu necə bilirik? Kainat hardan gəlir və hara gedir? Bu suallar Stiven Hokinqin 1988-ci ildə nəşr edilmiş “Zamanın qısa tarixi” kitabının mövzusunu müəyyən etmişdi. Kitab “Sunday Times” qəzetinin bestsellerlər siyahısında 4 ildən çox qalmış və dünyadakı hər 750 nəfərdən biri bu kitabı oxumuşdu. Bu statistika müasir fizikanın ən çətin problemlərindən bəhs edən bir kitab üçün çox böyük uğur idi.

“Zamanın daha qısa tarixi” Stiven Hokinq və Leonard Mlodinov tərəfindən yazılmış, “Zamanın qısa tarixi”nin yenilənmiş və elmdəki son kəşflər nəzərə alınmaqa zənginləşdirilmiş versiyasıdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab, antik dövrlərdən günümüzdəki müasir kosmologiya anlayışına doğru inkişafı, müxtəlif elmi nəzəriyyə və anlayışları, Kainatın daha dərindən və bütünlükdə anlaşılması üçün elmin mümkün araşdırma istiqamətlərini oxucuya çatdırır. Kitab "Parlaq İmzalar" nəşriyyatı tərəfindən çap olunub.

Yuxarı