post-title

Rafiq Tağının esseləri çap olunacaq

Rafiq Tağının esselər toplusu çapa hazırlanır.

Bunu "Alatoran yayınları"nın direktoru, şair Rasim Qaraca bildirib: 

"Rafiq Tağını oxucular daha çox kiçik hekayələr ustası kimi tanıyır, lakin ona şöhrət qazandıran daha çox publisistik yazıları, başqa sözlə desək, esseləri olub. Yazıçının qələmindən çıxan esselər tez-tez skandala səbəb olur, güclü rezonans doğururdu, - ixtisasca həkim olan Rafiq cəmiyyətin ağrılı məqamlarını tuta bilir, bəzən cərrah bıçağıyla müdaxilə edirdi. 

Kitabda oxuculara təqdim olunan esselər Rafiq Tağının bu janrda yazdıqlarının yalnız kiçik bir hissəsi olsa da, onların necə böyük ustalıqla qələmə alındığını görmək və öyrənmək üçün yetərli sayıla bilər. Rafiqin esselərini bundan sonra da yayımlamağa davam edəcəyik".
Yuxarı