post-title

Bakıda Nobel mükafatçısının əsəri nəşr olunub

"Teas Press" nəşriyyatında Haynrix Böllün kitabı nəşr olunub. 

Kultura.az xəbər verir ki, "Teas Press"  nəşriyyatında tanınmış alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün "Kişisiz ev" əsəri Azərbaycan dilində nəşr olunub. 

320 səhifədən ibarət yumşaq cilddə nəşr olunan əsər Azərbaycanda dünya ədəbiyyatının tərcüməsi və nəşri sahəsində daha bir nailiyyətdir. 

Kitabı paytaxtın kitab mağazalarından əldə etmək mümkündür.

Kultura.az


Yuxarı