Vladimir Sorokinin avtobioqrafik kitabı çap olunub

Литература

Rus postmodernist yazıçısı Vladimir Sorokin oxucularına yeni kitab təqdim edib.

“Normal tarix” adlandırdığı esselər kitabına yazıçının 2010-cu illərdə yazdığı esselər daxil edilib.

Bədii olmayan mətnlərdə müəllif öz sevimli mövzusunu davam etdirir: mətnlərdə yemək və içkinin milli xarakteri necə əks etdirməsindən danışılır. Bundan başqa mətnlərdə Sorokini yazıçı kimi formalaşdıran 80-ci illər ədəbi mühiti də təsvir olunub.

Şərhçilərin yazdığına görə, həmçinin kitabda müsahibələr verməyən, publıikadan qaçan Sorokinin özü haqqında məlumatlar da tapmaq olar. O, rəssamlıqdan necə yazıçılığa gəlməsini həmçinin yenidən kətana qayıtmasını, Yaponiyadakı həyatını, qızlarının dünyaya gəlməsini, xokkey və kino haqqında fikirlərini bu esselərdə təsvir edib. Tənqidçilər bunu yazıçının ilk açıq abtobioqrafik kitabı hesab edirlər.

Xatırladaq ki, yaxın günlərdə yazıçı haqqında çəkilmiş "Sorokin trip" adlanan ilk sənədli film də tamaşaçılara təqdim olunacaq. (Kulis.az)
Kultura.az | Developed by Samir Yahyazade