post-title

Millətçilik

İstənilən toplumda ideologiyaların mütləq ehkam halında tətbiqi onların tənəzzülü ilə nəticələnib. Bunun isə tək səbəbi var, o da azadlığın, daha dəqiq azad təfəkkürün, azad düşüncənin boğulmasıyla bağlıdır. Bütün ideologiyalara nisbi mövqeydən yanaşsaq, onların hər birində az və ya çox müsbət tərəflər görə bilərik, lakin mənfi tərəflərini necə? Deyərdim ki, mənfi tərəflərini görməyə başladıqca, həmin müsbət tərəflərin hər biri getdikcə gözə görünməməyə başlayır. Həqiqətən də istənilən tarixi əsərlərə müraciət etsək, hər bir imperiyanın və ya dövlətlərin dağılma səbəbi həmin imperiyadakı mövcud ideologiyanın içindən çürüməsinin getdikcə artmasıyla başlanmışdır. Misal üçün, Ərəb Xilafətini, Osmanlı imperiyasının adlarını çəkə bilərik.

 
 
Bu dövlətlərin əsas kimi götürdükləri dini ideologiya onların inkişafında rol oynadığı kimi, onun məhv olmasında da əsas rol oynadı. Bizə yaxın dövrdə Sovetlər İttifaqı da həmçinin marksist-leninist ideologiya bu İttifaqı əvvəllər inkişafına səbəb olurdusa sonda onun ifratcı mövqeyi dövlətin suqutuna gətirib cıxartdı.
Həmin ideologiyalar icində isə  bəşəriyyət tarixində ən faciəvi rol oynayan millətçilik ideologiyası- onun nüvəsi sayılan irqcilik təlimi durur. Millətcilik hər bir formasiya dövründə kortəbii, sistemsiz halda da olsa mövcud olmuşdur, lakin onun inkişafı məhz XX əsrin əvvəllərində kapitalist  münasibətlərinin inkişafı və müstəmləkəçilik siyasətinin genişlənməsilə başlanmışdır. Həmin dövrdə inkişaf edən bu ideologiya mənsub olduğu xalqlar arasında onun ikiyə bölünməsinə gətirib çıxartmışdı. Belə ki, XX əsrdə qeyd etdiyimiz ki, müstəmləkəcilik millətçiliyin inkişafını sürətləndirirdi. Həm müstəmləkəyə məruz qalan xalaqlar arasında həm  də müstəmləkəcilik edən xalqlar arasında bu ideologiya sürətlə inkişaf edirdi. Birincilər özlərini müdafiə etmək üçün bu ideologiyaya sığınırdılarsa da ikincilər bundan  öz xalqlarına həyata kecirdiyi istilaların haqq olduğunu inandirmaq üçün istifadə edirdilər. Yaşadığımız dövrdə isə mövcud Qarabağ problemi həm bizim cəmiyyətdə həm də erməni cəmiyyətində bu təhlükəli ideologiyanın genişlənməsinə səbəb olur. Düzdür bizə nisbətdə erməni toplumunda ifrat millətçilik ruhu məhz XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Fizikanın təsir əks təsirə bərabərdir qanununu cəmiyyətə tətbiq edən də bunun həqiqiliyini görürük. Belə ki, məhz millətcilik bizdən əvvəl ermənilər tərəfindən sistemləşdirilsə də məhz onların bilavasitə təsirilə bizim də millətcilik ruhumuzun alovlanmasına gətirib cıxartdı. Nəticədə 1905, 1918, 1988 ci il hadisələrindən hər iki xalqın sadə insanları olduqca çox əziyyət cəkdilər. Amma bu irrasional ideologiyanın pafos ecazkarlığı çox insani hələdə yüzlərlə, minlərlə insanı öz arxasınca aparır. Sadə insanlar arasında millətcilik, irqcilik təliminin yayılması faciənin görünən tərəfidirsə onun ən dərin və görünməz hissəsi ziyalılar,alimlər, sənətkarlar arasında günü gündən geniş yayılmasıdır.
 
Millətciliyin əsasında irqcilik dayanır və o insanlığın düşmənidir. Elmin antropologiya sahəsi modern dövrümüzdə sürətli inkişaf kecib böyük nəaliyyətlər əldə etməsi və bu elm vasitəsilə insanların məhz bioloji və fizioloji fərqliliklərini isbatlamasına baxmayaraq rasional təfəkkürdən sağlam düşüncədən kənar olan bu onormal təlim insanları bir birindən köklü sürətdə fərqləndirir. 
 
Qeyd etdiyimiz kimi hər bir ideologiyanın müsbət tərəfi mövcuddur. Məsələn ana dilinin qorunub saxlanılması, milli mənəvi dəyərləri qoruyub saxlamaq, uzaq və yaxın keçmişi unutdurmamaq və s kimi hallarda elə də ciddi neqativlik yoxdur, lakin bir insanın onun hec bir əxlaqi, intellektual keyfiyyətlərini nəzərə almadan məhz mənsub olduğu irqinə görə onu qiymətləndirib aşağı səviyyədə görmək anormallıqdan başqa bir şey deyil. Nasist Almaniyasının 1933-45 ci illərdə iqtidarda olarkən bütün dünyada həyata kecirdiyi faciəvi siyasəti buna örnəkdir.
 
Millətcilik mədəniyyətin düşmənidir. İstənilən xalqda onun mədəni göstəricisindən asılı olmayaraq bu mikrob ideologiyanın yayılması öz mədəniyyətini üstün tutub digərlərini aşağı səviyyədə görməsinə vadar edir. 
 
Ən təhlükəli millətçilik dinlə birləşməsidir. Bu cür millətcilik isə insanların nəinki düşüncəsini yox edir həmcinin onu obyektivlikdən daha da uzaqlaşdırır. Dini ehkamlarda öz millətinə aid yüksək qiymətin verildiyini iddia edən həmin millətcilik hətta eyni dinin mənsubu olmasına rəğmən insanlar arasında böyük ucurumlar acır. Bu əsasən Qafqaz, Cənub Şərqi Avropa ölkələrində daha geniş yayılmışdır. Kecən əsrin 90 cı illərində Qarabağ və Bosniya müharibələri bunu isbatlayır. İstənilən dinin əsasəndə islam və xristianlıq kimi dinlərdə millət, xalq anlayışlarından elə də qabarıq istifadə olunmur. Hətta islam peyğəmbəri Məhəmməd özünün vida həccində minlərlə müsəlmana ərəbin əcəmdən (qeyri ərəbdən) üstün olmadığı fikrini hər bir ilahiyyatcı qəbul edir.  Həm islamda həm də xristianlıq dinlərində millətcilik cəhalət kimi dəyərləndirilir. Çox təəssüf ki, günümüzdə türk-islam birliyi, provaslav slavyan birliyi kimi məntiqdən və dindən kənar təlimlər də öz təsirini çox böyük coğrafiyada göstərir. Bəşəriyyətin məhvinə yönəlmiş bu təhlükəli irrasonal ideologiyalardan qurtulmağın tək yolu maarifcilik, təhsilin inkişafı və sağlam düşüncədir. Sonda müasir dövrümüzün mütəfəkkiri Pierre Bertonun irqcilik haqqında fikirlərilə bitirmək istəyirəm 
“İrqcilik cahilliyin qoruyucusudur. Bölmək və yox etmək istəyir. Azadlığın düşmənidir və mübarizə aparılıb məhv edilməyə layiqdir”
 
Tural Metesoy
 
Kultura.az
 
Yuxarı