Tural Metesoy: Homofobiya problemi

Публицистика

 

Homofobiya eynicinslilərə qarşı qorxu, qorxu əsasında nifrət duyğusu bəsləyən insanlara deyilir və müasir dövrümüzün aktual problemlerindən biridir. Homofobik olan insanlar homoseksuallara qarşi bəslədiyi psixoloji anormal hərəkətlər bir sıra neqativ nəticələrə səbəb olur. Bələ ki, tədqiqatlar nəticəsində məlum olur ki, hər 48 saatdan bir homoseksual olan bir nəfər homofobik insanlar tərəfindən zorakılığa məruz qalaraq öldürülür. Beynəlxalq Əfv Təşkilatının tədqiqatlarına görə təxminən 70 ölkədə eynicinslilərə zorakılıq tətbiq olunur və səkkiz ölkədə homoseksuallığa görə edam cəzası verilir. Göründüyü kimi homofobiya istər cəmiyyət, istərsə də bir sıra dövlətlər tərəfindən insan həyatının məhvinə, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olur. Sual yaranır homofobizm tarix boyu daima mövcud olubmu? Bunun tarixi kökləri hara gedib çıxır?

Demək olar bütün dinlər homoseksuallığa qarşı cıxmaqla öz homofobik münasibətini eyni cür göstərsələr də dünya xalqlarının müxtəlif mədəniyyətləri buna bir mənalı münasibət bəsləməyiblər. Belə ki, eramızdan əvvəlki dövrlərdə xüsusəndə antik yunan mədəniyyəti kimi tanınan klassik dövrdə cinsi münasibətlər hec də müasir dövrümüzlə eyni formada davam etmirdi. O dövrün əsas filosoflarından olan Platonun dialoqlarına müraciət etdikdə həmin dövrdə homoseksuallığın necə geniş yayıldığını görə bilərik və maraqlıdır ki, buna hər kəs normal yanaşırdı. Platon "Mərasim" adlı kitabında köklü və uzun müddətli əsl sevginin məhz iki kişi arasında olan sevgi olduğunu, qadın kişi arasındakı eşqin isə adi, qısamüddətli və məqsədli olduğunu çox geniş izah edir. Bunun isə əsas səbəbi qadına bioloji varlıq kimi baxılmasında idi. Belə ki, antik Yunanıstanda qadın çox aşağı səviyyəli varlıq kimi görülürdü, hatta qadının insan olub olmadığı əsas müzakirə obyekti idi. Buna görə də gənc oğlanlarla yaşlı kişilər cinsi əlaqədə olar, gənclər yaşlı partniyorlarına həzz, yaşlılar isə gəncləri bunun əvəzində intellektual məlumatlarla təmin edərdi. Onlara görə bir qadına aşiq olmaq ən böyük günahlardan hesab olunurdu. Normal qadınlarla yalnız nəsli davam etdirmək üçün yaxınlıq edilirdi. Buna baxmayaraq bir fahişə ilə də cinsi əlaqədə olmaq sərbəst idi.

Fahişələr isə o dövrdə üç cür idi.

1) Bugünkü küçə fahişələrinə oxşar adi fahişələr
2) Bir sahibi olan qul fahişələr 
3) Krallara ve din xadimlərinə xidmət edən rütbəli fahişələr.

Bir sözlə antik yunan mədəniyyətinin nümayəndələri demək olardı ki, hamısı homoseksual idi və onlarda homofobiklikdən söhbət bələ gedə bilməzdi. Lakin antik yunanlardan fərqli olaraq onların müasirləri olan şərqlilərdə vəziyyət başqa cür idi. İstər uzaq, istərsə də yaxın şərqdə Hegelin də qeyd etdiyi kimi azad fikirlilik olmadığı üçün burda homoseksuallıq elə də normal qarşılanmırdı, xüsusəndə səmavi dinlərin banisi hesab olunan yəhudilərin tək allahlıq dininə kecməklərilə homofobizm sistemli xarakter daşımağa başladı. İudaist yəhudilərə görə eynicinslilər arasında evlənmək ve homoseksualizm böyük günahdır və Tövratda qadağan əməl kimi göstərilir. İudaizmin sistemli davamçıları olan xristianlıq və islamda da buna baxış eyni cürdür. Belə ki, hər üç din bu əməli Lut peyğəmbər və onun qövmülə əlaqələndirirlər. Qurani-Kərimdə Lut peyğəmbərin (ə. s.) xalqının homoseksuallıqla məşğul olduğu bildirilib və bunu iyrənc bir iş adlandırılıb (Əraf, 7/80-81). Lut peyğəmbər uzun müddət öz camaatını belə bir iyrənc əməllə məşğul olmamağa çağırsa da, onlar onun sözünə qulaq asmayıb işlərinə davam ediblər. Belə olduqda Allah Təala onların üstünə daş yağdıraraq yaşadıqları şəhəri alt-üst edib (Hud, 11/82). Maraqlıdır ki, islam dini bu dinlər arasında ən yenisi olsa da, məsələyə hələdə radikal tərəfdən yanaşır. Artıq qərb aləmində xristianlıqdakı islahatlar nəinki özünü tez bir zamanda doğrultdu, həmçinin yəhudilərin İudaizm kimi köklü və sistemli dinlərinə yenidən baxıb islahatlar etməsinə səbəb oldu. Təbii ki, homofobizm əlamətlərinin aradan qaldırılması üçün də lazımı addımlar atdılar. Bu islahatlar islam dinində edilsə də, sistemli yox kortəbii olduğu ücün özünü doğrultmadı. Müqayisə üçün bunun əyani göstəricisi kimi 2006-ci il dekabr ayında İsrail Respublikasında " eynicinslilərin evlənməyi" rəsmiləşdirildiyi halda bügünün özündə hələ də islam qanunları ilə idarə olunan İran və bir sıra ərəb dövlətləri homoseksuallara qarşi ölüm hökmünü icra edir. Tarixi köklərə nəzər saldıqda sadaladıqlarımıza əsasən deyə bilərik ki, homobofiyanın tarixi qədim olsa da onun aradan qaldırılması elə də müşkül məsələ deyil, həmçinin homoseksuallar üçün rahat həyat təmin etmək, onları elm, mədəniyyət, siyasət və b sahələrdə olduqları kimi qebul etmək onlara azadlığın verilməsi yox, keçmiş əvvəlki azadlıqlarını qaytarmaq kimi başa düşülməlidir.

 

Tural Metesoy
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade