post-title

Ağarəhim Poladov: Anticisimlər

Mən talehə inanmıram. Və biz istənilən bir tipaj ola bilərdik, istənilən virusa yoluxa bilərdik. Amma onların əvəzinə anticism qəbul etdik. Builki sıfır nöqtəsində başa düşürəm ki, mütləq böyüklərin sözünə qulaq asmalıyıq: özümüzü soyuğa verməyək, başımızı isti və quru saxlayaq, xəstə adamlarla məsafə saxlayaq, yoluxmayaq, bir sözlə özümüzü qoruyaq.

 

Nostalji kimi bədbin, melanxolik, lazımzıs bir hiss yoxdur. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki özüm beləyəm və həm gündəlik həyatda, həm uzun perspektivli planlarımda bu xasiyyətin mənə necə mane olduğunu hiss edirəm. Bu hiss əslində həyatın dəyişkənliyindən yaranan zərurətdir. Bəzən irəli getməmişdən qabaq bir anlıq (bu an saatlar günlər çəkə bilər) nə olduğunu, nə baş verdiyini düşünürük. Bu anların yaranmasında simvolların rolu çox böyükdür. Sonda material olan əşyalar, təqvim günləri, şəkillər, mahnılar və digər şeylər simvol olub bizi həmin o “sıfır nöqtəsinə” enməyə vadar edir. Və bu gün daha bir simvol məni sıfır nöqtəsinə enməyə məcbur etdi. 

Bu gün 1 Avqust – Simvolik Dalğa günüdür. Məhz simvolik. Çünki bu gün biz tərəfdən ac olub kef etmək üçün icad olunmuş bir gündür. Lakin zaman keçdikçə bu cür günlər bizim üçün daha önəmli və daha dəyərli olur. Heç bir təcrübə fərqli insanlar üçün eyni olmur. Təcrübənin dəyəri birmənalı olaraq bizim ona qarşı olan münasibətimizdən asılıdır. Və kiminsə peşman olduğu və ya nostalji ilə xatırladığı, bəzən söydüyü və ya fəxr etdiyi Dalğa təcrübəsi mənim bu günə qədər yaşadığım kiçik həyat xəttinin üç ən vacib hadisəsindən biridir. Bu yazıda heç kimə nələrdən keçdiyimizi anlatmaq, nə yaşadığımızı bir daha danışmaq fikirində deyiləm. Bu yazı özümüzkülər üçündür.
Köhnə dalğaçılarla bu tip sentimental söhbətlərimizdə tez - tez işlətdiyimiz sözlərdən biri “virus” idi. Canımıza düşən və heç cür bədənimizdən çıxarda bilmədyimiz bir virus kimi adlandırırdıq Dalğa təcrübəsini. Builki sıfır nöqtəsində özüm üçün “virus” terminini dəyişmək istəyirəm. Virus termini mənim üçün neqativ təsir bağışayır. Virus xəstəlik simvoludur, və mənim Dalğa təcrübəsi ilə bağlı nikbin xatirələrimlə üst - üstə düşmür. Doktor House filmindən aldığım tibb biliklərindən yararlanaraq mən bu təcrübəyə yeni ad vermək istəyirəm – anticism. Dalğa təcrübəsi o gündən bizi əhatə edən viruslara qarşı mübarizə aparmaq üçün bədənimizə kiçik anticismlər daxil edib və ekstrimal vəziyyətlərdə bizi xilas edən xeyrli bakterialardır. Və həyatımda etdiyim seçimlərin, viruslara tab gətiməyimizin, xəsələnməməyimizin səbəbkərı olan anticismlər – nə yaxşı ki varsız.


Mən talehə inanmıram. Və biz istənilən bir tipaj ola bilərdik, istənilən virusa yoluxa bilərdik. Amma onların əvəzinə anticism qəbul etdik. Builki sıfır nöqtəsində başa düşürəm ki, mütləq böyüklərin sözünə qulaq asmalıyıq: özümüzü soyuğa verməyək, başımızı isti və quru saxlayaq, xəstə adamlarla məsafə saxlayaq, yoluxmayaq, bir sözlə özümüzü qoruyaq. 
Sağlam olun

 

Kultura.az
 

Yuxarı