Misirin Prezidenti Abd Al-Fattah Al-Sisi: Sizcə, 1,6 milyard müsəlmanın yaşaması üçün bütün dünyanı məhv etmək olarmı?

Публицистика

 

Sisi deyib: "Tamamilə ağlasığmazdır, bizim ümma (islam camaatı, islam icması) üçün müqəddəs hesab elədiyimiz fikirlər bütün dünya üçün narahatlığa, təhlükəyə, ölümə, dağıdıcılığa çevrilib. Dəhşətli vəziyyət yaranıb.” 

"Bu fikirlər – mən dini demirəm, mən düşüncə tərzini, ideyaları, mətnləri deyirəm. Onar bizim üçün o qədər sakral məna qazanıb, o qədər müqəddəs şəkil alıb ki, ondan hər hansı formada imtina praktiki olaraq mümkünsüz olub – bütün dünyanı bizim əleyhimizə qalxmağa məcbur edib. 
Buna qarşı bütün dünya birləşib! Sizcə, 1,6 milyard müsəlmanın yaşaması üçün bütün dünyanı məhv etmək olarmı? – Mümkünsüzdür!” 
Al Sisi:"Mən bunu demişəm, bir daha deyirəm – bizə dini inqlab lazımdır. Siz, imamlar, Allah qarşısında məsuliyyət daşıyırsınız. Bütün dünya, təkrar edirəm bütün dünya sizin sonrakı fəaliyyətlərinizi gözləyir...Çünki islam camaatı dağıdılıb, çünki islam camaatı pərən-pərəndir, çünki islam camaatı özünü itirib. Bütün bunların günahkarı isə bizlərik."


Çıxışın bir hissəsi ilə bu linkdə tanış ola bilərsiz: https://www.youtube.com/watch?v=DEhNarfrlec

 

Kultura.az | Developed by Samir Yahyazade