Sosya-bioloq E. O. Vilson: İnsanlığın inkişafı üçün dinlər aradan qalxmalıdı

Публицистика

 

New Scientist (Yeni Elm) Jurnalının son sayında verdiyi müsahibədə, yeni kitabı haqqında məlumat verən bioloq, insanın bir növ olaraq hara getdiyi, dünyanı yavaş-yavaş necə məhv etdiyimizi araşdırdığını, “qəbilə təbiətimiz” səbəbindən dünyaya vurduğumuz zərərlərin elm tərəfindən ortaya çıxırılmasına necə laqeyd yanaşdığımızı qeyd edib:

"Bütün idealogiyaların və dinlərin böyük suallarla bağlı öz cavabları var, amma bu cavablar ümumən bir qəbilənin inancı ilə məhdudlaşır. Xüsusi ilə dinlər, bir digər qəbilənin – digər bir inancın – qəbul edə bilməyəcəyi təbiət-üstü ünsürlərə sahibdir... Və hər bir inanc, nə qədər comərd, sevimli, səfqətli və yardımsevən olsun, yenə də, digər inancları aşağılayır. Bizi geriyə aparan şey dini inanclardır.”

Vilson sözlərinə belə davam edir: "Dünyanın hər yerində, insanların bir Tanrı tərəfindən izlənib-izlənilmədiyinə dair güclü bir meyil var. Demək olar hər bir insan, başqa bir dünyanın var olub-olmadığına dair baş sındırır. Bu şeylər, insanları birləşdirən ortak məsələlərdəndir.”

Amma Vilson, "insan ağlının sərhədlərini aşan nəsnələrin qəbilə dinləri tərəfindən qəsb edildiyini” qeyd edir:

"İnsanlığın faydası üçün edə biləcəyimiz ən yaxşı şey, dini inancları yox etmək nöqtəsinə qədər azaltmaqdır. Amma, əlbətddə ki, növümüzün təbiətindəki arzunu və bu böyük suallar haqqında düşünməyimizi yox etmək deyil.”

Vilson insanlığın gələcəyinə dair düşüncəsində, dünyanın artıq tarazlığı pozulan bir nöqtəyə gələcəyini bildirib: “Bu baş verdikdə, hər şey çökəcək, hamı ilə birgə biz də məhv olacağıq.”

Alabama ştatında anadan olan, Baptist kimi tərbiyə olunan Vilson, Xristianlıqdan uzaqlaşdığını amma özünü atist hesab etmədiyini bildirib: “Mən bir elm adamıyam” deyə, fikrini yekunlaşdırıb.

www.newscientist.com

Kultura.az

Tərcümə: Emin Aslan

Kultura.az | Developed by Samir Yahyazade