Sosial şəbəkələrdə dərinmənalı sitatları sevən ağılsızlar

Публицистика

 
O da məlum olub ki, bu cür insanlar paranormal hallara və konspirasiya nəzəriyyələrinə çox inanırlar. Bu mövzuyla bağlı aparılan araşdırma “Judgment and Decision Making” dərgisində nəşr edilib, Daily Mail isə araşdırmanın qısa məzmunu haqda məlumat yayıb.
 
Biriləri digərlərinə nisbətən bu cür cəfəngiyyatı fərqli tərzdəmi qəbul edir sualına “Müdrik cəfəngiyyatın qəbul və müəyyən edilməsi” adlı məqalədə psixoloqlar cavab verməyə çalışıblar. 
 
Onlar internetdə əllərinə keçən və xüsusi sayt vasitəsilə yaradılan “dərinmənalı” sitatları (“Sən edəcəyin növbəti hərəkət qədər güclüsən”, “Hərəkət və xaos arasında daxilində sakitliyini itirmə”), eksperimentdə iştirak edən 845 könüllüyə göstəriblər. Bu sitatlara həmçinin artıq hamıya təsdiq edilmiş fikirlər (məsələn, “yeni doğulan körpələrin xüsusi qayğıya ehtiyacı var”, bir çox insanlar musiqini sevir”) də əlavə edilib.
 
Nəticədə məlum olub ki, təcrübə iştirakçıları uydurma (kompüter vasitəsilə yaradılan) və real ruhlandırıcı sitatları fərqləndirə bilmir. Onlar bütün sitatlara “fikir dərinliyi” dərəcəsinə görə təxminən eyni qiymət veriblər.
 
Daha sonra iştirakçılar psixoloji testlərdən də keçərək öz inancları ilə bağlı sualları cavablandırıblar.
 
“Dərinmənalı” sitatları dəyərləndirənlər (belə sitatları daha yüksək qiymətləndirənlər) təxminən 27 faiz təşkil edib. Məlum olub ki, onların hamısı “özünütəhlilə meylsiz, hesabda zəifdi, ləng düşünür və tapşırıqları gec həll edirlər, bir çox hallarda isə dini inanclara və müxtəlif xurafatlara inanırlar, konspirologiya nəzəriyyəsinin mövcüduluğuna meyllidirlər”.
 
Tərcümə: Gülnar Səlimova
Kultura.az | Developed by Samir Yahyazade